Kratos və ya Kratus (yun.Κράτος — "güc"[2][3] və ya "hakimiyyət"[4][5]) — Qədim yunan mifologiyasında güc və hakimiyyət tanrısı, titan tanrı. O, Pallantın və ilahə Stiksin oğlu, Biya (qüvvət), Zel (qısqanc), Nikanın (zəfər) qardaşıdır.[6] Kratos ilk dəfə qardaş və bacıları ilə birlikdə Hesiodun "Teoqoniya" poemasında görülmüşdür. Hesioda görə Kratos və onun qardaş və bacıları Zevs ilə bir yerdə yaşayırdılar. Bunun səbəbi onların anaları Stiksin Zevsdən hakimiyyətində vəzifə istəyən ilk şəxs olması idi. Kratos və bacısı Biya ən çox Esxilin "Zəncirlənmiş Prometey" faciəsinin açılış səhnəsindəki rollarına görə tanınırlar. Onlar burada Zevsin qulluqçusu olurlar və titan Prometeyi səhnəyə gətirirlər. Kratos dəmirçilik və vulkanlar tanrısı Hefesti Prometeyi alovu oğurladığına görə cəza olaraq qayaya zəncirləməyə vadar edir.[7] Kratos vəhşi, əzazil və zülmkar olaraq xarakterizə edilir. O, tez-tez Hefesti və Prometeyi lağa qoyur, lüzumsuz şiddətdən istifadəni dəstəkləyir. Kratos Zevsin zülmkar hakimiyyətini dəstəkləyir və Prometeyin heç vaxt azadlığa qovuşa bilməyəcəyini deyir. Eskilin "Xoeforlar" faciəsində Elektra Kratos, Dike (ədalət) və Zevsi qardaşı Orestə ataları Aqamemnonun intiqamını almaqda kömək etməyə çağırır. Kratos və Biya e.ə. V əsrin axırların hazırlanmış "İksionnun cəzalandırılması" adlı bir qırmızıfiqurskifos dulusçuluq işində də görülürlər. Bunun Evripidin qeyb olmuş bir faciəsindən səhnə olduğu ehtimal olunur. Onlar həmçinin "Zəncirlənmiş Prometey" faciəsinin XVIII və XIX əsrlərdə hazırlanmış romantik təsvirlərində və adaptasiyalarında da görülürlər.
Kratos
Prometeyin zəncirlənməsinin Con Flaksman tərəfindən çəkilmiş təsviri. Bu təsvir ilk dəfə 1795-ci ildə "Zəncirlənmiş Prometey" faciəsinin Riçard Porson tərəfindən edilən tərcüməsində nəşr edilmişdir. Hefest Prometeyi zəncirləyərkən Kratos və Biya onu tuturlar.[1]
Börton, Dayana. Chapter Four: Nike, Dike and Zeus at Olympia // MakUilyam, Canet; Puttok, Soniya; Stivenson, Tom; Taraporevalla, Raşna (redaktorlar ). The Statue of Zeus at Olympia: New Approaches. Kembric: Cambridge Scholars Publishing. 2011. ISBN978-1-4438-2921-2. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-14.
Çmyelevski, Silviya. C://Hercules in Computer Games/A Heroic Evolution // Dominas, Konrad; Vesolovska, Elzbiyeta; Troça, Boqdan (redaktorlar ). Antiquity in Popular Literature and Culture. Kembric: Cambridge Scholars Publishing. 2016. 177–192. ISBN978-1-4438-9024-3. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-14.