Kris Sfiris — (tam adı: ing. Chris Spheeris; d.1956 8 iyun; ABŞ, Viskonsin ştatı, Milvoki şəhəri) amerikalı bəstəkar, New-age üslubunda yunan mənşəli multi-instrumentalist. Kris Sfiris yeniyetmə yaşından gitara üçün musiqi və mahnı yazmağa başlamışdır. O, bənzərsiz musiqi üslubu yaratmış və New-age musiqi üslubunun əfsanəsi sayılır. Vangelis, Kitaro, Karunesh, Era, Enia kimi musiqiçi və kollektivlər ilə bir sırada dayanır.
Kris Sfiris | |
---|---|
Chris Spheeris | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | ABŞ, Viskonsin ştatı, Milvoki şəhəri |
Vətəndaşlığı | ABŞ |
Milliyyəti | yunan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, musiqiçi, prodüser, gitaraçı, |
Janr | New-age |
Musiqi aləti | gitara |
Albom şirkətləri | "Columbia Records", "Higher Octave Records" |
Vikianbarda əlaqəli mediafayllar |
Kris Sfiris 1956-cı ilin iyunun 8-də ABŞ-nin Viskonsin ştatının Milvoki şəhərində anadan olmuşdur. K.Sfirisin ailəsi sirk şousu "Magic Empire Shows"nu idarə edirdi. Sfirisin doğma əmisi sirkə rəhbərlik etmiş və orada pəhləvan kimi çıxış etmişdir. Əmisinin həyat yoldaşı sirkdə bilet satan idi. Sfirisin əmisi oğlu Cimmi Sfiris (Jimmie Spheeris), 70-ci illərdə caz-rok və yeni dalğa janrında işləyən, məşhur müğənni və musiqiçi idi. O, 1984-cü ilin iyunun 4-də vəfat etmişdir. K.Sfirisin əmisi qızı Penelopa Sfiris (Penelope Spheeris) amerikalı rejissor, ssenarist və prodüserdir. O, "Qərb sivilizasiyasının dağılması" kimi məşhur sənədli filmlərin rejissorudur. Bundan başqa, o, onlarla kinofilmlər çəkib, onlardan kommersiya cəhətdən ən uğurlusu 1992-ci ildə çəkilmiş "Ueynin dünyası"dir. K.Sfirisin kiçik qardaşı Kosta Qavras (Costa Gavras) isə yunan və fransız rejissoru və ssenaristidir.
K.Sfiris musiqidə ilk addımlarını atmağa başlayanda onun hələ yeddi yaşı tamam olmamışdı. Ona ilk addımları atarkən ailəsi kömək olmuş və dəstəkləmişdir. Kris Sfirisin böyük bacısı pianoçu idi, anası və nənəsi Yunan xalq melodiya və mahnılarını ifa edirdilər. O, uşaq olarkən öz qohumlarından musiqi dərsi alıb, onlar vaxtilə çox düzgün musiqi təhsili alıblar. K.Sfiris, həmçinin Elton John, The Beatles, Johnny Mitchell və s. kimi müasirlərini dinləməyi sevib. O, çox illər sonra tanınmış bəstəkar və gitaraçı kimi deyil, həmçinin uğurlu prodüser kimi etiraf etdi ki, indiyə kimi vəfat etmiş əmisi oğlu — Cimmi Sfiris kimi yaxşı musiqiçi tanımır.
Kris Sfirisin musiqi karyerasının lap əvvəlində əsərlərində Yunan xalq musiqi motivləri xüsusi üstünlük təşkil edirdi. Krisin karyerasında dönüş baş verənə qədər o yalnız gitara çalırdı. 20 yaşı olanda o, gitaraçı və bəstəkar Polom Vudurisom (Paul Voudouris) ilə tanış olmuş və birlikdə çalışmışlar - bu 70-ci illərin sonlarında və 80-ci illərin əvvəllərində baş vermişdir. Pol Sfirisi sintezatorlarla və yeni albomu Genesis və Yes and Brian Eno ilə tanış etdi. Elə o zaman K.Sfiris elektron alətlərdən istifadə etməyə başlamış və təkcə gitarada çalmaq yox, daha aydın, parlaq hiss və emosiyalar ifadə edən musiqi yaratmışdır. Kris tez-tez valideynləri ilə dünya səyahətinə çıxırdı və bu, onun musiqi zövqünə təsir edirdi. O, səyahət edərək fərqli mədəniyyət üçün xarakterik olan səslərə diqqət edirdi. Kris ekzotik ahəngliyi olan "musiqi lüğəti" yaratmış, hansı ki gələcəkdə öz əsərlərində istifadə etmişdir. 1996-cı ildə Robert Cory ilə birlikdə unikal iş olan - "Mystic Travellər" albomu işıq üzü gördü, bu əsaslı surətdə Sfirisin əvvəl etdiklərindən fərqlənirdi. Kris bütün treklərin əsasını təşkil edən etnik lövhələri dünyaya səyahət edərkən qeyd etmişdir.
Qrup dağılandan sonra 80-ci illərin ortalarında K.Sfiris klavişli üçün daha mürəkkəb kompozisiyalar yaratmağa başladı, hansı ki bu, nümayiş örtüyü üçün yazıdı. Bu örtüklərdən biri Columbia Records şirkətinin diqqətini çəkmiş və 1985-ci ildə onunla müqavilə bağlamışdır. Bu etiket altında debüt albomları - "Desires Of The Heart" и "Pathways To Surrender" işıq üzü görmüşdür. Columbia Records ilə əməkdaşlıqdan sonra, Kris Sfiris şəxsi etiketini yaratmışdır. Həmçinin Sfiris televiziya üçün sənədli filmlərin musiqi tərtibatında fəal iştirak etmişdir.
Kris Sfiris son 20 il ərzində toplular daxil olmaqla 17 albom buraxmışdır.
Kris Sfiris hərtərəfli istedadlı insan, uşaqlıqdan rəssamlıqla, poeziya və musiqi ilə məşğul olmuşdur. Sonralar onun maraqları sırasına sənədli kino və praktiki fəlsəfə əlavə olunmuş, hansı ki Sfiris İngiltərədə öyrənmişdir. Bu gün onun sayca 13 solo plastinka, 60-dan çox sənədli film üçün yazılan musiqi parçaları vardır. K.Sfirisin fikrincə, onun musiqisi - fiziki, səs təcəssümünü ali emosional və mənəvi ali sahələri ilə əlaqələnir. Sitat: "Musiqiçi riskdən qorxmamalıdır. Risk - böyük sənətin açarıdır. Musiqiçi riski itirirsə, bu, sondur".[1]