Kristiano Fiqeres (isp. Karen Christiana Figueres Olsen) — Kosta-Rikadan olan diplomat, 2010–2016 Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Komissiyasının (UNFCCC) icraçı katibi.[5] O, Paris İqlim Sazişinin "memarı" adlanır.[6][7] Dan David Mükafatının laureatıdır (2019).[8]
Kristiano Fiqeres | |
---|---|
Doğum tarixi | 7 avqust 1956[1][2][…] (68 yaş) |
Doğum yeri |
|
Təhsili | |
Fəaliyyəti | diplomat, iqtisadçı, siyasətçi, ətraf mühit fəalı[d], podkaster |
Partiyası | |
christianafigueres.com/#/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Kosta-Rikanın üç dəfə prezidenti olan Xose Fiqeres Ferrerin qızı, 1994–1998-ci illərdə Kosta-Rika prezidenti olan Xose Mariya Fiqeresin bacısıdır.
Soutmor kollecini Antropologiya üzrə bitirib. 1981-ci ildə London İqtisadiyyat Məktəbində antropologiya üzrə magistr dərəcəsi almışdır.
O, karyerasına 1982-ci ildə Kosta-Rikanın Almaniyadakı səfirliyində başlayıb. 1987–1990-cı illərdə Kosta-Rikada planlaşdırma və kənd təsərrüfatı nazirliklərində rəhbər vəzifələrdə çalışıb.
1995–2009-cu illərdə Kosta-Rika danışıqlar qrupunun üzvü kimi 1995-ci ildən iqlim dəyişikliyi danışıqlarında iştirak etmişdir.
Global Optimism qurucu-partnyorudur.
Mükafatları və fərqlənmələri arasında: Almaniya Federativ Respublikasına xidmətlərinə görə Böyük Xaç ordeni (1985), Fəxri Legion ordeni (2015), Nature's 10 (2015), FP Top 100 Global Thinkers (2015), Orde van Oranje-Nassau (2016), Edinburq medalı (2019), Fəxri doktor dərəcələri alır.
İspan, ingilis və alman dillərində danışır. İki qızı vardır.