Krit müharibəsi (1645-1669)

Krit müharibəsi və ya Kritin fəthi (yun. Κρητικός Πόλεμος, it. Guerra di Candia ) — Osmanlı-Venesiya müharibələrinin beşincisinə verilən ad. Müharibə Venesiya Respublikası ilə müttəfiqləri (Malta, PapalıqFransa Krallığı) və Osmanlı İmperiyası arasında aparıldı. Krit adasının fəthi 1645-ci ildə başlamış və 1669-cu ilə qədər davam etmişdir. Müharibə çərçivəsində Krit xaricində Egey dənizi və Dalmaçiya sahillərində qarşıdurmalar yaşandı.

Krit müharibəsi
Osmanlı-Venesiya müharibələri
Tarix 1645-1669'cu illər arası
Yeri Krit, Dalmatsiya, Egey dənizi
Nəticəsi Krit adası Osmanlının əlinə keçdi
Münaqişə tərəfləri

Osmanlı İmperiyası

Venesiya Respublikası
Malta cəngavərləri
Papa dövləti
Müqəddəs Roma İmperiyası
Fransa krallığı
Toskana hersoqluğu

Komandan(lar)

Silahdar Yusif Paşa
Qoca Musa Paşa
Dəli Hüseyn Paşa
Voynuq Əhməd Paşa
Qara Div Murad Paşa
Körpülü Mehmed Paşa
Körpülü Fazil Əhməd Paşa

Andrea Corner
Niccolò Ludovisi
Tommaso Morosini †
Giovanni Battista Grimani
Leonardo Foscolo
Lorenzo Marcello †
Francesco Morosini
Almerigo d'Este François
Duke of Beaufort †

İtkilər

Ağır

Ağır

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kritin böyük bir hissəsi müharibənin ilk illərində Osmanlılar tərəfindən fəth edilərək Krit vilayətinə çevrilsə də, Heraklion qalası uzun müddət müqavimət göstərməyə davam etdi. Mühasirə zamanı Venesiyalılar, Osmanlı təchizat yollarını kəsərək ordunu geri çəkilməyə məcbur etməyi hədəflədilər. Beləliklə, qarşıdurmalar sadəcə ada ilə yetinmədi müxtəlif dəniz döyüşləri və sahil basqınları baş verdi.