Qara Div Murad Paşa

Qara Murad Paşa (d. 1596 - ö. Oktyabr 1655, İstanbul) — IV Mehmed dönəmində 2 dəfə - ümumilikdə 1 il 5 ay 24 gün müddətinə Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.

Qara Murad Paşa
كارا مراد باشا
21 may 1649 – 5 avqust 1550
ƏvvəlkiSofu Mehmed Paşa
SonrakıMələk Əhməd paşa
11 may 1655 – 19 avqust 1655
Əvvəlkiİbşir Mustafa Paşa
SonrakıErməni Süleyman Paşa
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Rütbəsi Admiral

1596-cı ildə dünyaya gəlmişdir. Əslən alban olub, atasının adı Mustafadır. I Əhmədin dövründə yeniçəri ocağına alınaraq tərbiyə edilmişdir. 1638-ci ildə IV Muradın Bağdad səfərinə qatıldı. Bağdadın fəthindən sonra bir müddət burada qaldı.

1645-ci ildə kəndxudalığa gətirilən Murad ağa, uzun müddətdir unudulmuş, bəzi adət-ənənələri yenidən canlandırdı. Bu vəzifədə ikən yeniçərilərlə birlikdə Kritə getdi və venesiyalılarla vuruşdu. Burada bəzi qalaların alınmasında önəmli rol oynamışdır. Krit adasının şimal-qərbindəki Kisamo qalasının fəthini də təmin edən Murad ağa, Dəli Hüseyn Paşanın Krit sərdarlığı əsnasında bir müddət bu qalanın da mühafizəsi ilə vəzifələndirilmişdir.

İstanbula döndükdən sonra Sultan İbrahimin taxtdan endirilməsində iştirak etdi. Yeniçəri ocağında rəsmi bir vəzifəsi olmasa da, böyük nüfuza malik idi. Sədrəzəm Həzərparə Əhməd Paşadan narazı olan bütün yeniçərilər Murad ağanın ətrafında birləşmişdilər. Əhməd Paşa yeniçəri ağalarını toplu olaraq öldürmək üçün Murad ağanın evində ziyafət təşkil etmiş, ancaq planı aşkar olduqdan sonra Əhməd Paşanın qətlinə qərar verildi və üsyan hazırlıqlarına başlanıldı. Fateh məscidində toplanan üsyançılar əvvəlcə Əhməd Paşanı parça-parça edərək öldürdülər. Ardından Sultan İbrahimi taxtdan endirib, 7 yaşındakı oğlu IV Mehmedi taxta çıxardılar. Murad ağa, cülusun ardından 14 yanvar 1649 tarixində yeniçəri ağalığına gətirildi. Yeni sədrəzəm Sofu Mehmed Paşanın yeniçəri ağalarından kəndxuda Sarı Hüseyni qətlə yetirməsi və Kösəm Sultana qarşı mövqe tutmasının ardından Murad ağa məsələni Kösəm Sultana bildirdi və sədarətə gətirilməsi barədə söz aldı.

Çox keçmədən Osmanlı donanmasının venesiyalılara məğlub olması bəhanə edilərək Sofu Mehmed Paşa vəzifədən alındı və yerinə 21 may 1649 tarixində Murad ağa sədrəzəmliyə gətirildi. Sədarətinin ilk həftəsində Üsküdara qədər irəliləyən Cəlali üsyançısı Gürcü Nəbi üsyanı ilə məşğul oldu və onu məğlub edi.

Dövlət işlərini əvvəlcə yeniçəri ağaları ilə birlikdə yerinə yetirən Murad Paşa, daha sonra bu müdaxilələrdən narazı qalmağa başladı. Kösəm Sultan dəstəkləndiyi üçün onun ən güclü rəqibi olan Turhan Sultanın dövlət işlərinə müdaxiləsinə qarşı çıxırdı. Yeniçəri ocağı da ikiyə bölünmüşdü. Hərəmxanadan sədrəzəmə göndərilən təhqir dolu məktub və əmrlərdən cana gələn Murad Paşa 5 avqust 1650 tarixində sədarətdən çəkildi və öz istəyilə Budin bəylərbəyliyinə gətirildi. 3 il bu vəzifədə qaldıqdan sonra 26 noyabr 1653 tarixində kaptan-ı dərya oldu. Sədrəzəm Dərviş Mehmed Paşa ilə münasibətləri pis olduğundan xəzinədən tərsanə üçün ayrılan pul miqdarı gecikdirilirdi. Bu səbəbdən bir hissəsini öz hesabına inşa etdridiyi donanma ilə Gəliboluya irəlilədi. Bozca adada Misirdən gələn gəmilərlə də birləşən Osmanlı donanması Çanaqqala boğazını işğal edən venesiyalılara hücum etdi və 6 saat davam edən dəniz döyüşü Osmanlıların qələbəsi ilə başa çatdı. Bunun ardından Egey dənizinə gedən Osmanlı donanması burada qalan venesiyalıları da sıxışdırıb çıxardı. Murad Paşa isə bir neçə gəmiylə Kritə hücum etdi və 1654-cü ilin noyabrında 6 düşmən gəmisi və yüzlərlə əsirlə İstanbula döndü.

Bu əsnada iflic olan Dərviş Mehmed Paşa isə vəzifədən alınmış, yerinə Hələb bəylərbəyi İbşir Mustafa Paşa sədrəzəmliyə gətirilmişdi. Ancaq İbşir Mustafa Paşa Anadoludakı qarışıqlıqları aradan qaldırma bəhanəsi ilə paytaxta gəlməkdən imtina etmiş, bundan istifadə edən Dəftərdar Mustafa Paşa açıqca sədarətə gətirilməyi tələb etdi. İbşir Mustafa Paşaya rəqib olmasına baxmayaraq Qara Murad Paşa padşahın qəbuluna gedərək bu təyinatın böyük bir qarışıqlığa səbəb olacağını bildirmiş, beləliklə, bu təyinatı önləmişdir. Vəziyyəti İbşir Mustafa Paşaya məktubla bildirsə də, sədrəzəmin paytaxta gəlməməsi və saraydakı rəqiblərinin Dəftərdar Mustafa Paşanı yenidən namizəd olaraq irəli sürməsi ilə sarayda vəziyyət dəyişdi. Ancaq bu dəfə də Murad Paşanın müdaxiləsi ilə padşah fikrindən daşındı. Divan məclisinin sonunda saray ağalarının hücumuna məruz qalan Murad Paşa İbşir Mustafa Paşa paytaxta gələnədək bir daha divan məclislərinə qatılmadı.

Öldürülməkdən çəkinən və bu səbəblə İzmiti keçməyən İbşir Mustafa Paşa isə validə Turhan Sultanın yaxın adamı Reyhan ağanın gəlişi ilə razı salındı və paytaxta gətirildi. Gələn kimi paytaxtdakı ən böyük rəqibi Dəftərdar Mustafa Paşanı öldürtdü. Ona kömək etməsinə baxmayaraq Murad Paşanı da aradan qaldırmaq istəyirdi. Çünki, Murad Paşanın padşaha yaxınlığından çəkinirdi.

Venesiyalılara qarşı qazandığı dəniz döyüşləri ilə nüfuzu artan Murad Paşanın səylərinə baxmayaraq sədrəzəmlə münasibətləri düzəlmədi. Vaxtilə Kösəm Sultan tərəfindən dəstəkləndiyi üçün sarayda sadiq adamları var idi. Məqsədi böyük bir üsyan tərtibləmək və İbşir Mustafa Paşanı aradan götürmək idi. Əvvəlcə İbşir Mustafa Paşa ilə paytaxta gələn ancaq sonradan araları açılan üsyançı sipahiləri ələ aldı. Bunlardan ən nüfuzlusu olan Cəlali Kürd Mehmedi razı saldı və onun köməyilə digər sipahiləri də yanına çəkdi. Ertəsi gecə dövlətdən narazı olan və malları müsadirə edilmiş digər şəxslərlə də görüşdü. Bu əsnada Yeniçəri ocağında nüfuzu olan Qara Hüseyn ağanı da öz tərəfinə çəkmişdi. Yeniçərilərə vəzifələrini bildirərək guya səfər hazırlıqları görürmüş kimi donanma işləri ilə məşğul oldu.

Üsyan Üsküdarda başladı. Kəndxudanın ordu qışlağının qapılarını bağlatdırması isə vəziyyəti daha da ağırlaşdırdı. 8 may 1655 tarixində 500 sipahi Kürd Mehmed rəhbərliyində Atmeydanına gəldi. Üsyançı rəhbərinin nitqindən sonra yeniçərilər də üsyançılara qoşuldu. Şeyxülislam Əbu Səid Mehmed Əfəndini də razı salaraq öz cərgələrinə alan üsyançılar əsl hədəfləri olan sədrəzəm İbşir Mustafa Paşanı da aralarına dəvət etsələr də, aqibətini başa düşdüyü üçün sədrəzəm bu təklifi qəbul etmədi. Digər tərəfdən üsyanın əsas tərtibatçısı olan Qara Murad Paşa heç bir şeylə əlaqəsi olmamış kimi, donanma işləri ilə məşğul olurdu. Sədrəzəm sonunun yaxşı olmadığını başa düşərək Üsküdara qaçmaq istəsə də, bütün limanlar tutulmuşdu. Ardından İbşir Mustafa Paşa şeyxülislamla birlikdə saraya getdi. Bu əsnada sədrəzəminşeyxülislamın köşklərinə hücum edən üsyançılar, xüsusilə də Həsən Canın oğlu Xoca Sadəttin Əfəndinin nəslindən olan Əbu Səid Əfəndinin 150 illik əşyalarını və var-dövlətini ələ keçirdi. Sarayda keçirilən məclisdə artıq öldürüləcəyini başa düşən İbşir Mustafa Paşa sədarət möhürünü padşaha təslim etdi. Elə o andaca, möhür Qara Murad Paşaya verilərək sədarətə gətirildi.

Tərtiblədiyi üsyanın nəticəsində 11 may 1655 tarixində ikinci dəfə sədrəzəm olan Murad Paşa çətin vəziyyətə düşmüşdü. Çünki həm vaxtilə dövlətdən narazı olanları razı salmaq üçün xəzinəni bitirmiş, həm də üsyanda ona kömək edən sipahilərin övladlarını da qanunsuz olaraq sipahi ocağına yazdırmaqla xəzinə xərclərini ən azı bir dəfə artırmışdı. Bu qədər xərclərin ödənilməsində çətinlik çəkən Murad Paşa saraydan gələn əmrlər, üsyançıların bütün dövlət işlərinə qarışması və Anadoluda Abxaz Həsən üsyanı nəticəsində öz istəyilə sədarətdən çəkildi (19 avqust 1655). Həccə getmək istəyi səbəbilə Dəməşq bəylərbəyliyinə gətirildi. Bir neçə gəmiylə Dəməşqə gedən Murad Paşa Hatayda dəniz səyahətini sonlandırdı və qalan yolu karvan yolu ilə getmək istəyirdi. Ancaq burada xəstələndi və yolda xəstəliyi ağırlaşdı. Həmada Alban Mehmed Paşanın köşkündə qaldı və orada malyariyadan vəfat etmişdir (Oktyabr 1655). Burada Alban Mehmed Paşanın özü üçün inşa etdirdiyi türbəyə dəfn olundu.

  • Kâtib Çelebi, Fezleke, II, 239, 242, 247, 282, 283, 327, 329, 339, 344, 346, 347, 348, 349, 357, 358, 360, 361, 392, 393-395;
  • a.mlf., Tuhfetü’l-kibâr, s. 130-132;
  • Karaçelebizâde Abdülaziz Efendi, Ravzatü’l-ebrâr, Bulak 1248, s. 630, 635;
  • a.mlf., Zeyl-i Ravzatü’l-ebrâr (haz. Nevzat Kaya, doktora tezi, 1990), İÜ Sosyal Bilimler Enstitüsü, s. 27, 32, 41, 59, 60, 211, 223, 226, 228, 250-251, 253, 255, 264, 268;
  • Mehmed Halîfe, Târîh-i Gılmânî (haz. Ömer Karayumak), İstanbul, ts. (Tercüman 1001 Temel Eser), s. 57-58, 82-83;
  • Vecîhî Hüseyin, Târih, Süleymaniye Ktp., Hamidiye, nr. 917, vr. 35a, 36b;
  • Evliya Çelebi, Seyahatnâme, I, 274; III, 78-81;
  • Abdurrahman Abdi Paşa, Vekāyi‘nâme (haz. Fahri Çetin Derin, doktora tezi, 1993), İÜ Sosyal Bilimler Enstitüsü, s. 10, 30, 45, 53-58, 61, 64-69;
  • Naîmâ, Târih, IV, 111-205, 253, 295-301, 318, 322, 331, 380-406, 411 vd., 451, 456;
  • Hadîkatü’l-vüzerâ, s. 89-91;
  • Silâhdar, Târih, I, 7, 9-11, 12, 15-16, 19-20, 168;
  • Şeyhî, Vekāyiu’l-fuzalâ, I, 585, 588, 599-600, 601, 657, 659;
  • Ayvansarâyî, Vefeyât-ı Selâtîn, s. 121; Sefînetü’l-vüzerâ, s. 35;
  • Râmizpaşazâde Mehmed İzzet, Harîta-i Kapûdânân-ı Deryâ, İstanbul 1258, s. 62-64;
  • Hammer (Atâ Bey), X, 67, 108, 109 vd., 143, 144-145, 160-164, 220-221, 225-227, 233, 234, 238, 239, 244-249;
  • Sicill-i Osmânî, IV, 356;
  • Ahmed Refik, Ocak Ağaları, İstanbul 1931, s. 3-75;
  • a.mlf., “Kara Murad”, İkdam, sy. 7787, 17 Ekim 1918;
  • Danişmend, Kronoloji, III, 400, 408, 412, 413, 414, 415, 419, 420, 509, 511, 554;
  • Uzunçarşılı, Osmanlı Tarihi, III/1, s. 218, 222, 233-235, 240-248, 267, 268-269, 272-276, 279-288, 313, 314, 316, 328, 336;
  • Ersen Bulam, Kara Murad Paşa (lisans tezi, 1961), İÜ Ed. Fak., Tarih Seminer Kitaplığı, nr. 122;
  • Cavid Baysun, “Kösem Sultan”, İA, VI, 918, 919;
  • İsmet Parmaksızoğlu, “Murad Paşa (Kara, Dev)”, TA, XXIV, 440-441.