Ksantenli Norbert və ya Laonlu Norbert (lat. Norbertus; 1080[1] – 6 iyun 1134, Maqdeburq) — katolik müqəddəs, premonstrantlar ordeninin banisi.
Ksantenli Norbert | |
---|---|
Doğum tarixi | 1080[1] |
Vəfat tarixi | 6 iyun 1134 |
Vəfat yeri | |
Xatirə günü | 6 iyun[2], 6 iyun |
Vikianbarda əlaqəli mediafayllar |
Norbert təxminən 1080-ci ildə Ksantendə (indiki Almaniya) və ya Gennepdə (indiki Niderland) anadan olmuşdur. Hər iki şəhər o dövrdə Müqəddəs Roma imperiyasının Köln arxiyepiskopluğuna aid idi. O, Gennep qraf ailəsindən idi. Nortbert gəncliyini Ksantendə və V Henrixin sarayında keçirmişdir. Ölümcül təhlükədən xilas olduqdan sonra onda elə dini təbliğatçıya çevrilmiş, bütün Fransa və Niderlandda gəzərək təbliğat aparmışdır. 1119-cu ildə premonstrantlar ordeninin əsasını qoymuşdur. Norbert 1126-cı ildə Maqdeburq arxiyepiskopu olmuşdur. O, II Lotarı papa İnnokentini tanımağa və II Anakleti tərk etməyə inandırdıqdan sonra kilsənin işlərində böyük nüfuz qazanmışmışdır. Norbert 1134-cü ildə vəfat etmişdir.[3]