Kyell Abell (dan. Kjeld Abell; 25 avqust 1901[1][2][…] – 5 mart 1961[3][4][…], Kopenhagen[3][1]) — Danimarka dramaturqu, fəlsəfi və simvolik dramın yaradıcısı.
Kyell Abell | |
---|---|
dan. Kjeld Abell | |
Doğum tarixi | 25 avqust 1901[1][2][…] |
Vəfat tarixi | 5 mart 1961[3][4][…] (60 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | dramaturq, səhnə dizayneri, teatr rejissoru, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Kyell Abell 25 avqust 1901-ci ildə Danimarkanın Ribe şəhərində anadan olmuşdur. O, 1927-ci ildən teatr rəssamı işləmişdir. Fəlsəfi və simvolik antifaşist pyeslərinin, "İtirilmiş melodiya" (1935), "Anna Sofi Hedviq" (1939), "Silkeborq" (1946) komediyalarının müəllifidir. Onun "Andersen və ya həyatının nağılı" (1955), "Kameliyaların xanımı" (1959) və "Fəryad" (1961) dramları bədbinliklə doludur.[5]