Ləki-Qəbələ dəmiryolu — Ləki ilə Qəbələ arasında 2018–2021-ci illər ərzində salınmış bir xətli dəmiryolu. Dəmiryolunu sərnişin daşımada istifadə olunur.
Ləki-Qəbələ dəmiryolu |
---|
Qəbələnin turizm əhəmiyyətinin artması səbəbindən şəhərə gedişi asanlaşdırmaq məqsədilə Bakı–Tbilisi dəmiryolunun Ləki stansiyasına bitişəcək xəttin tikinti işlərinə 2018-ci ildə başlanılır. Dəmir yolunun iki məntəqə arasında bir başa uzunluğu 42,3 km, yan yollarla birlikdə isə 44,5 km təşkil edir.[1] Dəmiryolunun bir hissəsi çətin relyef ərazisindən keçdiyindən ümümilikdə 122 süni mühəndis qurğusunu inşa edilmişdir. Xəttboyu Ağdaş dəmir yolu dayanacağı, Qəbələ Dəmir Yolu Vağzalı və stansiyası, Qəbələ dartı yarımstansiyası tikilmiş, həmçinin Hacıalı yarımstansiyasıda təmir işləri yerinə yetirilmişdir. 2021-ci il mayın 15-də Ləki-Qəbələ birxətli dəmir yolunun və Qəbələ Dəmir Yolu Vağzalının açılışı olub. Bu xətt Qəbələdən paytaxta və digər yerlərə gedən sakinlərin rahat və təhlükəsiz şəkildə mənzil başına çatmasına imkan verir.