Yevlax-Balakən dəmiryolu — Yevlax ilə Balakən arasında 1986-cı ildə salınmışdır. Bu dəmiryolunu həm yük, həm də sərnişin daşımaları üçün istifadə edilir. Bir zamanlar Azərbaycanın BAM-ı adlandırılır.
Yevlax-Balakən dəmiryolu |
---|
Dəmiryolu ilk olaraq 80-ci illərdə Balakən rayonunda planlaşdırılan polimetal filiz yataqlarının hasilatı üçün tikilib. Lakin müxtəlif səbəblərdən yataqların hasilatı istənilən səviyədə olmur, buna görə xət üzrə daşımaların həcmi olduqca az olur. Buna baxmayaraq bu xəttin Şəki-Balakən bölgəsinin inkişafında böyük rol oynayır. Xəttin istər yük istərsə sərnişin daşımalarında yüksək potensiallı vardır. Üstəlik Balakən Dəmiryol Stansiyasından Gürcüstanla sərhəddəki Siteli-Sigaro Dəmir Yol Stansiyasına qədər məsafə isə 25-30 kilometrdir ki, cəmi 25 km-lik bir dəmir yolu xətti çəkməklə ölkə daha bir alternativ marşruta çıxış əldə bilər.
Azərbaycan Respublikanın Şəki-Zaqatala bölgəsində yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılması, həmçinin bu regionun iqtisadi potesialının artırılması məqsədi ilə Yevlax–Balakən dəmir yolu xəttinin tikintisinə 1980-ci ildən başlanılmışdır. Çətin dağlıq relyefi olan bu sahədən keçən 165 km-lik dəmir yolu xəttinin tikintisi zamanı 6 yeni stansiya və vağzal binaları (Balakən, Zaqatala, Qax, Şəki, Səbuhi, Xanabad) inşa edilmiş və bütün tikinti işləri 1985-ci ildə başa çatdırılmışdır.[1]