Xaçmaz azərb. Xaçmaz Dəmiryolu Vağzalı | |
Bakı — Moskva xətti | |
Ölkə | Azərbaycan |
Rayon | Xaçmaz |
Şəhər | Xaçmaz |
Memarlığı | ingilislər tikib, ancaq fəhlə kimi almanlardan istifadə edilib |
Tikilmə ili | 1898 |
İstismar ili | 1902 |
Vəziyyəti | Tam işlək |
Xaçmaz Vikianbarda |
Xaçmaz Dəmiryol Stansiyası — Xaçmaz rayonunun inzibati mərkəzində yerləşən vağzal tipli dəmiryol stansiyası. Memarlığı ilə seçilən vağzal binası 1898-ci ildə inşa edilib. Zaqafqaziyada çəkilən ilk dəmiryollarındandır.
Deyilənlərə görə, Quba quberniyasından məktubla Çara müraciət edərək dəmiryollarının buradan keçməsini xahiş ediblər. XIX əsrin ikinci yarısında kapitalizmin inkişaf eməsi ilə Qafqazdakı təbii zənginliklərin Rusiyaya daşınması üçün əlverişli və sürətli nəqliyyat vasitəsinə yaranan zərurətdən irəli gələrək və relyef uyğun olduğuna görə Xaçmazdan dəmiryolu çəkilib. Rayonda mövcud olan 7 tarixi dəmiryolu stansiyasının hamısı tarixi əsər statusu daşıyır.