Ləqəbi "İKA"dır — 1997-ci il Azərbaycan istehsalı dram janrında film.
Film SSRİ Dövlət Təhlükəsizlik Komitəsi əməkdaşlarının 1953–1990-cı illərdəki fəaliyyətindən, 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciəli hadisələrin təşkilində bu komitənin bilavasitə iştirakından bəhs edir.
- Film rejissor Teymur Bəkirzadənin kinoda son işidir.
- Filmdə sənədli kadrlardan istifadə edilmişdir.
- Çəkiliş vaxtı səhvən İran sərhədi 25 km keçilmişdi. Xəbərdarlıqdan sonra çəkiliş vertolyotu geri qayıtdı.
- Kütləvi səhnələrin birində Prişibdə yaşayan malakanlar iştirak etmişlər.
- Filmin çəkilişinə Ramanadakı hərbi hissənin paraşütçüləri köməklik göstəriblər.
- "Ürək yaddaşı" adlanan ədəbi ssenarini rejissor Vaqif Mustafayev 90-cı il hadisələri zamanı yazıb, amma öz ssenarisinə quruluş vermək fikrində olmayıb. Ssenarini Teymur Bəkirzadə bəyənmişdi. Filmin çəkilişlər tamamlansa da, Teymur Bəkirzadənin qəflətən dünyasını dəyişməsi yaradıcı heyəti çaşqın vəziyyətə salır. Film 1997-ci ilə qədər kinostudiyanın arxivində yatır. Bunun səbəbləri arasında maliyyə məsələləri də var idi. Amin Novruzov "Özgə vaxt" filminin aşkarlanması üçün Minskə (Belorusiya) gedir. O, orada "Belarusfilm" kinostudiyasının direktoru ilə danışıqlar apararaq "Ləqəbi "İka"dır" filminin montaj və səsləndirilməsi üçün kömək istəyir. Amin Novruzov: "Direktor xahişimə biganə qalmadı. Tapşırdı ki, filmi videolentə yazıb gətirsəm nazirliyə təqdim edər, bəyənilərsə müştərək şəkildə filmin tamamlanmasına köməklik göstərərlər". Nazir filmi bəyənir və filmin tamamlanma işləri "Belarusfilm"də başa çatdırılır.
- Amin Novruzov: "Rejissor Teymur Bəkirzadə çəkiliş zamanı ssenaridəki finalı dəyişdirib. Belə ki, son səhnədə qəhrəman ayaqyoluna gedir, sonrakı səhnədə qapı açılarkən orda heç kim olmur və bu zaman da unitazdan suyun sürətli şəkildə axması göstərilir. Məna belə çıxırdı ki, qəhrəman həm burdadır, həm heç yerdə. Bu ədəbi ssenaridə olan sonluq idi. Rejissor ssenarisində isə oğul atasının təkidi ilə onun yolunu davam etdirir, məcburən çekist olur. 20 yanvar hadisələrində rol oynayır. Vaxt gəlir, ata çıxılmaz vəziyyətə düşdüyü üçün özünü öldürür. Filmin sonunda oğul da atası kimi özünü güllələyir"[1]
- Rus dilində olan film Space Televiziyası tərəfindən dublyaj olunub.
- 1)1997-ci ildə Minskdə (Belarus) "Listopad" beynəlxalq kinofestivalı
- Filmə MDB Ölkələrinin İcraiyyə Komitəsinin Prizi verilmişdir.
- Quruluşçu rejissor və quruluşçu operator Amin Novruzova operator sənətində və rejissorluqda yüksək professionallığa görə Diplom verilmişdir.
- 2)2002-ci ilin avqust ayında Bakıda "Araz" kinoteatrında keçirilmiş "Bizim Naməlum Kino" festivalı
- Quruluşçu operator Amin Novruzova bədii filmdə uğurlu işinə görə Pul Mükafatı verilmişdir.
- Ssenari müəllifi: Vaqif Mustafayev
- Quruluşçu rejissorlar: Teymur Bəkirzadə, Amin Novruzov
- Quruluşçu operator: Amin Novruzov
- Quruluşçu rəssam: Mayis Ağabəyov
- Bəstəkar: Aqşin Əlizadə
- Montaj edən: Valentina İvanova, Esmira İsmayılova
- Geyim rəssamı: Vaqif Mustafayev
- Qrim rəssamı: Telman Yunusov
- Səs operatoru: Gernard Basko, Teymur Abdullayev, Vitali Metko
- Rejissor qrupu: Murad Məlikov, Yusif Əlizadə, Zaur Novruzov, Səhiyəddin Həsənov, Aydın Mahmudbəyov
- Dekor rəssamı: Elyaz Səfərov
- Fotoqraf-rəssam: Pərviz Quliyev
- Operator qrupu: Kamal Məlikov, Sahib Səfərov, Fuad Cabbarov
- Səs operatoru assistenti: Bəkir Bəkirzadə
- Montaj üzrə assistent: İrina Aksenenko
- Geyim üzrə assistent: Afət Məmmədova
- Geyimçi: Sofa Hüseynova
- İşıqçı: Akif Rəhimov, Eldar Muradov, Həsən Sultanov
- Texnik: Sahib Səfərov
- Rəng quraşdırıcısı: Əminə Cəfərova, Tamara Yerxova
- Quraşdırılmış səhnələrin operatoru: Valentin Şvetsov
- İnzibatçı: Arif Kərimov, Eyyub Məmmədov, Nəmxuda Usubəliyev, Məryəm Nuriyeva, İnessa Safronova, Çingiz Əliyev
- Redaktor: Yelena Deniseviç
- Filmin direktoru: Azər Quliyev, Arif Səfərov, Faiq Əliyev, Valentin Deniseviç
- Prodüser: Cəsarət Quliyev
- Andrey Bubaşkin — "İKA"
- Vadim Lobanov — Sergey Sergeyeviç
- Ovazklıç Şarlıyev — Bakıcan
- Oksana Kaliberda — Nadya
- Lyudmila Duxovnaya — Klara Şagenovna
- Rafiq "Lapa" — Rudolf Nikolayeviç
- Aleksey Buldakov — baba
- Tamara Mujenko — nənə
- Rafiq Əliyev
- Murad Məlikov
- Yuri Rjov
- Nəriman Axundov
- Yusif Əlizadə
- Rafiq Qasımov
- Kazım Abdullayev — agent
- ↑ Ulduzə Qaraqızı, "Ləqəbi "İka"dır – Arxivdə yatan film necə "dirildi"?, Ekspress qəzeti, 02.06.2007, səh. 18
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 362; 372.