Göytəpə (əvvəlki adı: Prişib) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Göytəpə şəhər inzibati ərazi dairəsində şəhər.[1] Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Cəlilabad rayonunun Prişib şəhərinin tarixi adı özünə qaytarılaraq Göytəpə şəhəri adlandırılmışdır.[2]
Göytəpə | |
---|---|
39°07′00″ şm. e. 48°35′43″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1840 |
Mərkəzin hündürlüyü | 5 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan tarixçilərinin yazdığına görə, Rusiya İmperiyası XIX əsrdə Azərbaycan xanlıqlarını işğal edəndən sonra özünə dayaqlar yaratmaq üçün bölgəyə 250 min nəfərdən çox rus millətindən olan şəxs köçürüb. Onlar həm Bakı və Gəncə kimi böyük şəhərlərdə yerləşdirilirdi, həm də bölgələrdə. O vaxt ruslarına bir hissəsi də indiki Cəlilabad ərazisində yerləşdirilib. Cəlilabad rayonunda rus yer adları çoxdur — Astraxanovka, Tatyanovka, Nikolayevka, Petrovka, Privolnoye, Mixaylovka və s.
XIX əsrdə Azərbaycana köçürülən ruslar üçün münbit torpaqlar ayrılır, onlara yerli əhaliylə müqayisədə müxtəlif güzəştlər edilirdi. Cəlilabad rayonunun indiki ərazisi demək olar ki meşə örtüyündən məhrumdur, çöllükdü. İqlimi qurudu. Elə Göytəpə şəhərinin ətrafı da yalnız kartof sahələri və üzümlüklərdən ibarətdir. Amma 200 il əvvəl bölgənin təbiəti bir qədər ayrı cür olub. 1840-cı ildə Prişib kəndinin əhalisi Rusiyanın Orenburq quberniyasından zorla köçürülərək Lənkəran qəzasının Astraxanbazar ərazisinə gətirilmişdir. XX əsrdə toponim Prişib adlandırılmışdır.[3]
Sovet İttifaqı dağılandan sonra rusların çoxu Rusiyaya köçüb getsələr də, Göytəpədə rus üslubunda tikilmiş palıd evlərin çoxu durur, həmin evlərdə azərbaycanlılar yaşayır, burada yaşamaqda davam edən ruslar isə ahıl yaşında olanlardı.[4]
2022-ci ilin məlumatına əsasən Göytəpə şəhərinin əhalisinin sayı 15 600 nəfərdir.
Heydər Əliyev adına park- Göytəpə çayının sahilində inşa edilmişdir.
Park-bulvarın ərazisində ümummilli lider Heydər Əliyevin bürüncdən abidəsi ucaldılıb.Bu istirahət məkanının ümumi ərazisi 30 min kvadratmetrdir. Burada iki artezian quyusu qazılıb. Park-bulvarda musiqili fəvvarə, müasir işıq dirəkləri, rahat oturacaqlar quraşdırılıb, 15 min kvadratmetr sahədə yaşıllıq zolağı salınıb. 11 avqust 2015-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev adına park-bulvarın açılışı olmuşdur.
Göytəpə şəhərində Milli Qəhrəman Vüqar Mürsəlov adına 1 saylı tam orta məktəb, Şəhid Vasif Hüseynov adına 2 saylı tam orta məktəb, 3 saylı natamam orta məktəb və həmçinin texniki peşə məktəbi fəaliyyət göstərir.
İnsanlar müxtəlif sahələrdə dövlət və özəl müəssisələrdə çalışır.Əkinçilik daha çox inkişaf etmişdir.Əkin sahələrində əsasən çiyələk,kartof,üzüm,buğda,arpa, yonca əkilir.Burada yetişdirilən kartof öz dadı ilə seçilir.Digər ərazilərdə yetişdirilən kartofdan daha gec xarab olur.Ölkə daxilində satılır və xaricdəki bazarlara ixrac olunur.Üzümünün dadı isə şirin olur və digər rayonların üzümündən seçilir, daxili bazarlarda satılır.Göytəpədə yetişdirilən çiyələk sortu həm daxili bazarda satılır həm də xarici ölkələrə göndərilir.Həm açıq sahələrdə həm də istixanalarda becərilir.Xaricdən gətirilən çiyələk sortlarından yüksək məhsuldarlıq əldə edilir.Becərilən çiyələyin çox gözəl dadı və qoxusu olur.Daxili bazarın çiyələyə olan tələbatının ödənilməsində Göytəpə çiyələyi mühüm əhəmiyyət kəsb edir.Burada yetişdirilən çiyələyin suvarılması isə damcılama sistemi vasitəsi ilə aparılır.
Göytəpə şəhərində 1878-ci ildə inşa edilmiş rus kilsəsi hələ də qalmaqdadır. Turizm nazirliyi tərəfindən qorunan, 4177 saylı inventarla rəsmi qeydiyyata alınan bu tarixi abidə öz görkəmini hələ də itirməyib. Dindar insanlar tərəfindən istifadə olunmadığı üçün Göytəpə şəhər mədəniyyət evi də elə bu kilsənin birinci mərtəbəsində yerləşdirilib. Mədəniyyət işçiləri tərəfindən bu kilsə daim nəzarətdə olmaqla daim qorunur.
Cəlilabad rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |