Zolaqlı kərtənkələ (lat. Lacerta strigata) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü. Uzunluğu 25 sm çatır. Cavan kərtənkələlərdə adətən rəng qəhvəyi-zeytunu olur. 5 xətdən ibarət zolaq keçir. Böyüklərdə isə parlaq-yaşıl olur və üstəlik qara nöqtələr müşahidə edilir. Çütləşmə zamanı baş, boğaz mavi rəng alır.
Zolaqlı kərtənkələ | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstəüstü: Dəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Zolaqlı kərtənkələ |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Otlaqlar, çöllüklər və su tutarlarının kənarlarını daha çox sevirlər. Əsasən Cücülər və Onurğasızlarla qidalanırlar. Sürətli canlıdır. Təhlükə zamanı quyruğunun bir hissəsini qoyaraq qaçır.
Yumurta qoyaraq çoxalır. Dişilər 5–9 yumurta qoyur. Bir mövsüm ərzində 2 dəfə yumurta qoyurlar. Balalar 7–8 sm uzunluğa malik olurlar. Balalar avqust ayında yumurtadan çıxırlar. Bu növ əsasən Qafqazda (Azərbaycan), cənub-şərqi Türkmənistan, şimali İran, İraq, şərqi Türkiyə ərazilərində yayılmışdır.