Laminqton (ing. lamington) — Avstraliya deserti, şokolad qlazuru və kokos yonqarı ilə örtülmüş biskvitli düzbucaq formasında təqdim olunur. Bəzən iki birləşmiş laminqton bir krem və ya çiyələkli cemin köməyi ilə bir pirojna olur.
Laminqton deserti Laminqtonun ikinci baronu, 1896-1901-ci illərdə Kvinslend ştatının qubernatoru Çarlz Uollis Aleksandra Napira Kokreyn-Beyllinin (Charles Wallace Alexander Napier Cochrane-Baillie) şərəfinə adlandırılıb.
Bu desertin yaranmasına dair bir neçə versiya mövcuddur.
Bir əfsanəyə görə, qubernatora gözlənilmədən qonaq gəlir, evdə bayat biskvitdən başqa heç nə olmur. Aşpaz şokolad biskvitini 4-5 sm-lik kubik şəklində doğrayır və doğranmış kokosla dilimləri örtür.
Digər versiyada isə deyilir ki, biskvitin keçə forması Laminqton baronu Xomburqun sevimli forması olub.
Qəribə təsadüfə görə, desert Laminqtonda bəyənilmir, o «acı, kobud, boş biskvit» adlandırılır.
Laminqton snek (yüngül qəlyanaltı) kimi Avstraliya və Yeni Zelandiyada populyar olaraq qalır.
21 iyul 2006-cı ildə, cümə günü Avstraliyada "Laminqton milli günü" adlandırılmışdır.[1][2].
Laminqton məktəblər üçün vasitə yığılan yerlərdə və xeyriyyə təşkilatlarında tez-tez satılır, «laminqton hərəkatı» (ing. lamington drives) kimi tanınır.[3].
Çiyələkli variantına çox vaxt Yeni Zelandiyada rast gəlinir, Avstraliyada daha çox limonlu variantı məşhurdur.[4].
Analoji olaraq, daha kiçik şirniyyat məhsulları Cənubi Afrikada «ystervarkies» (oxlu kirpi) kimi tanınır, Ohayo ştatının Klivlend şəhərində, o «kokos qozu» adlanır. Digər buna bənzər desert, «čupavci» kimi tanınır, həmçinin Serbiyada, Bosniya və Hersoqovinada, Xorvatiyada istifadə edilir.