Lemmi Kilmister (ing. Lemmy, əsl adı Ian Fraser Kilmister — İen Freyzer Kilmister; 24 dekabr 1945, Berslem — 28 dekabr 2015, Los-Anceles) — İngilis musiqiçi, bəstəkar və bass gitaraçı, Motorhead qrupunun yaradıcısı.
Lemmi Kilmister | |
---|---|
ing. Lemmy Kilmister | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Ian Fraser Kilmister |
Ləqəbi | Ian Fraser Willis |
Doğum tarixi | |
Doğum yeri |
Börslem, Stok-on-Trent, {{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }} |
Vəfat tarixi | (70 yaşında) |
Vəfat yeri | Los-Anceles, ABŞ |
Vəfat səbəbi | prostat xərçəngi, ürək çatışmazlığı |
Dəfn yeri |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Musiqiçi, bəstəkar |
Fəaliyyət illəri | 1965-2015 |
Janrlar | Rok-n-roll, Metal musiqi, Spid-metal |
Musiqi aləti | Rickenbacker bass |
Səs tembri | bariton |
Əlaqəsi | Motorhead |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
1945-ci ildə Stok-on-Trentdə doğulmuşdur. Atası və anasının ayrılığından sonra ögey atası ilə Uelsin Anqlsi adasına köçən Kilmister ilk dəfə burada Lemmi kimi tanınmağa başlamışdı.[1] Daha sonra orta məktəbi tərk etmiş və yenə Uelsin Konui şəhərində Hotpoint elektrik şirkətində çalışmağa başlamış, yerli qruplarda gitarist kimi fəaliyyətə başlamışdır.[2] 16 yaşında Beatles konsertinə gedən Lemmi bu konsertdən sonra albomları dinləməyə başlayıb və peşəkar musiqiçiliyə qədəm qoyub.[3] 17 yaşında Keti adlı sevgilisi ilə Stokporta köçən Lemmi burda ata olsa da oğlunu övladlıq kimi verib.[2]
Stokportda Rainmakers və Motown Sect kimi qruplarda ifa edən Lemmi, 1965-ci ildə The Rockin' Vickers qrupuna qoşularaq ilk Avropa turuna getdi. Qrupla birlikdə Mançesterə köçən Lemmi burda da Treysi adlı bir qız ilə münasibətində Paul İnder adlı oğlu oldu.[2] 1967-ci ildə Rockin' Vickers qrupundan çıxan Lemmi Londona köçdü və Cimi Hendriksin yol qrupunda işləməyə başladı. 1968-ci ildə Sem Qopal psixodelik rok qrupuna qoşuldu və bir albomun yazılmasında iştirak etdi. 1969-cu ildə Opal Butterfly qrupuna qoşulsa da daha sonra qrup dağıldı.
1971-ci ilin avqustunda Hawkwind qrupuna qoşuldu və ilk dəfə bass gitarist kimi fəaliyyətə başladı.[4] 1975-ci ildə ABŞ-Kanada sərhədini keçərkən üzərində narkotik maddə tapılaraq ilə həbs olunan Lemmi buna görə də qrupdan ixrac edildi.[5]
1975-ci ildə Hawkwinddən qovulmasından sonra Lerri Uollis ilə Bastard adlı qrup yaratsa da çox keçmədən bu adı dəyişərək Motörhead qrupunun əsasını qoydu.[6] 1980-1981-ci illərdə məşhurluğun zirvəsinə çıxan Motörhead son konsertini 11 dekabr 2015-ci ildə Berlində vermişdir.[7]
Lemmi musiqi karierasından əlavə 1990-cı ildə fantastika filmi olan Hardware və 1987-ci ildə Eat the Rich adlı komediya filmində çəkilmişdir. 1994-cü ildə Airheads (Boş başlar) filmində də rol almışdır.[8] Haqqında çəkilən Lemmy sənədli filmində Joy Division, Metallica, Megadeth, Anthrax və Hawkwind kimi qrupların musiqiçiləri də rol almışdı.[9]
1992-ci ildə Amiqa və Atari sistemləri üçün yayımlanan Motörhead adlı 16 bitlik oyunda əsas personajdır.[10] Guitar Hero: Metallica oyununda səviyyələrdən birində yer alır[11] və Brütal Legend oyunu üçün Kill Master personajını səsləndirmişdir.[12]
Lemmi alkoqolizm və seks həyatı ilə məşhur musiqiçilərdəndir. 30 yaşından bəri hər gün bir Jack Daniel's viski butulkası bitirirdi.[13] Maxim jurnalının siyahısına görə "10 Yaşayan Seks Əfsanəsi"ndən biri olub, 1200 qadınla yatmışdı.[14] LSD-ni mütəmadi olaraq istifadə edirdi.[15] 2005-ci ildə Uels Milli Məclisində çıxış etmiş və heroin istifadə etməyinə baxmayaraq onun leqallaşdırılmasını təklif etmişdi.[16] Özünü anarxist və ya libertarian kimi təqdim edirdi və aqnostik idi.
1990-cı ildən bəri Los-Ancelesdə yaşamışdır. 2013-cü ildə implantat kardioverzion-defibrilyator istifadəsinə başlamışdı. 26 dekabr 2015-ci ildə xərçəng diaqnozu qoyulmuş, 2 gün sonra vəfat etmişdir.[17]
1990 – Lemmy & The Upsetters – Blue Suede Shoes
2000 – Lemmy, Slim Jim & Danny B – Lemmy, Slim Jim & Danny B
2006 – The Head Cat – Fool's Paradise
2006 – The Head Cat – Rockin' the Cat Club: canlı from the Sunset Strip
2006 – Lemmy – Damage Case
2007 – Keli Raven & Lemmy Kilmister "Bad Boyz 4 Life" (sinql).
2011 – The Head Cat – Walk The Walk… Talk The Talk