Leonid İvanoviç Abalkin (rus. Леони́д Ива́нович Аба́лкин 5 may 1930[1][2], Moskva – 2 may 2011[3][4], Moskva) — Rusiya iqtisadçısı, Rusiya Elmlər Akademiyasının akademiki (1991; 1987-ci ildən SSRİ Elmlər Akademiyasının akademiki), 1986-cı ildən Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, 1989–1991-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin müavini.
Leonid Abalkin | |
---|---|
Doğum tarixi | 5 may 1930[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 2 may 2011[3][4] (81 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Elm sahəsi | iqtisadçı |
Elmi dərəcəsi | |
İş yeri |
|
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
Leonid İvanoviç Abalkin 5 may 1930-cu ildə SSRİ-də, Moskva şəhərində anadan olmuşdur. 1952-ci ildə Georgi Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1952-ci ildən Kalininqrad vilayətinin Qusev şəhərində kənd təsərrüfatı texnikumunda dərs demiş, direktoru olmuşdur. 1958-ci ildən Moskva Dövlət İqtisadiyyat İnstitutunun aspirantı olmmuşdur. 1961-ci ildən Georgi Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunda assistent, müəllim, dosent, 1966-cı ildən siyasi iqtisad kafedrasının müdiri kimi çalışmışdır. 1976–1985-ci illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasında professor və siyasi iqtisad kafedrasının müdiri olmuşdur. 1985-ci ildən İqtisadiyyat İnstitutunun direktoru. 1984-cü ildən SSRİ Elmlər Akademiyasının müxbir üzvü, 1988–1990-cı illərdə SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü. 1989-cu ilin avqustundan 1990-cı ilin dekabrına qədər Nikolay Rıjkovun kabinetində baş nazirin müavini.[5] 2 may 2011-ci ildə Moskva şəhərində vəfat etmişdir.