Leonid Borisoviç Krasin (rus. Леони́д Бори́сович Кра́син); (15 (27) iyul 1870[1][2], Kurqan, Qərbi Sibir general-qubernatorluğu[d][3] – 24 noyabr 1926[3][1][…], London[3]) — sovet mühəndisi, diplomat.
Leonid Krasin | |
---|---|
Doğum tarixi | 15 (27) iyul 1870[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 24 noyabr 1926[3][1][…] (56 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | ürək-damar xəstəliyi[d] |
Dəfn yeri | |
Fəaliyyəti | diplomat, jurnalist, siyasətçi, iş adamı, mühəndis, inqilabçı |
Partiyası | |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Bakıda işə başlarkən R. E. Klasson sonralar görkəmli sovet diplomatı olan Leonid Borisoviç Krasini özünə baş köməkçi vəzifəsinə təyin etdi. L. B. Krasin Bakıda elektrik stansiyalarının tikintisində 4 il ərzində — 1 iyul 1904-cü ilə qədər işlədi. O, faktiki olaraq, bütün tikinti, quraidırma və montaj işlərinə rəhbərlik edirdi, hərçənd ki, peşəsi mühəndis-kimyaçı idi, tikinti sahəsindəki bilik və təcrübəsini Orta Sibir, Zabaykalski və Kruqlobaykalski dəmir yollarının tikintisində qazanmışdı. İşlər dayanmadan, R. E. Klasson və L. B. Krasin tərəfindən tərtib olunmuş cədvələ əsasən aparıldı. Hər şeydə bir qayda var idi. Korpuslar, maşın zalları, istehsalın inkişafını nəzərə alaraq, gələcəkdə daha güclü aqreqatların quraşdırılması perspektivi ilə tikilirdi.
Leonid Borisoviç Krasin! O Krasin ki, bir vaxtlar Bakı neft mədənlərində mühəndis işləyirdi. Şəhərin Kömürçü meydanı səmtində bolşeviklərin gizli "Nina" mətbəəsi də onun köməkliyi ilə qurulmuşdu. Sovet hakimiyyəti dövründə bir müddət yüksək vəzifələrdə çalışdı və ömrünün son illərində İngiltərədə işlədi. 1926-cı ildə 56 yaşında ikən Londonda vəfat edəndə xidmətlərini nəzərə alıb Qızıl meydanda Kreml divarları önündə dəfn etdilər.