Leyla — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun 1935-ci ildə yazdığı şeir.[1] Azərbaycanda, Qafqazda, həmçinin bütün Cənubi Avropada və Ön Asiyada ilk qadın təyyarəçi Leyla Məmmədbəyovaya həsr edilmiş əsər.[1]
Leyla | |
---|---|
| |
Janr | şeir |
Müəllif | Səməd Vurğun |
Orijinal dili | Azərbaycan |
Yazılma ili | 1935 |
Nəşr ili | 1935 |
Əvvəlki | Xatirə |
Sonrakı | Qələm ustası |
Səməd Vurğun "Leyla" şeirini Leyla Məmmədbəyova həsr etmişdir. Məmmədbəyova Azərbaycanın ilk peşəkar qadın təyyarəçisi olub. O, 1930-cu ildən Bakı aeroklubunun üzvü olub. Leyla Məmmədbəyova ilk uçuşunu 1931-ci ildə yerinə yetirmişdir. Təhsilini 1932-ci ildən Moskvada davam etdirən Məmmədbəyova 1933-cü il, martın 17-də Moskvanın Tuşino aerodromunda U-2 təyyarəsindən paraşüt ilə atlanaraq Sovet İttifaqının ikinci qadın paraşütçüsü olmuşdur (Nina Kamnevadan sonra). 1934-cü ildə Cənubi Qafqaz respublikaları arasında keçirilən paraşütçülər yarışında birinci yeri tutmuş və 1941-ci ilədək artıq aviasiya mayoru olmuşdu. Sonralar sənətini Bakı aeroklubunda müəllim kimi davam etdirmişdir.[2]
Leyla Məmmədbəyovanın bu uğuru diqqətdən kənar qalmamış, ona bir sıra şeir və kinofilm həsr olunmuşdur. Qadın təyyarəçiyə həsr edilmiş şeirlər sırasında ən uğurlusu Səməd Vurğunun 1935-ci ildə yazıdığı "Leyla" şeiridir.
Sənətşünas Qabib Babayevin fikrincə, Səməd Vurğun Leylanın ümumiləşdirilmiş obrazında Azərbaycan qadını simasını ucaltmış, onun “çətin keçmişini, sevincli bu gününü, gələcəyin üfüqlərini əks etdirmişdir:[1]
Bu ad şairlərə çoxdan tanışdır,
Bu adla çoxları tutulmuş dərdə...
Bəlkə deyiləcək söz qalmamışdır?
Doğdu Leylasını bizim günlər də...
Füzuli çataraq sıx qaşlarını,
Leylinin eşqinə saldı Məcnunu.
Axıtdı həsrətlə göz yaşlarını,
Bizə xəbər verir tarixlər bunu.
Sevişən iki qəlb, duyan iki qəlb
Döyünüb çırpındı daş qəfəslərdə...
Aşiqin dərdinə "eşq oldu səbəb",
Asıldı ortadan qara bir pərdə.[3]
1936-cı ildə Şadurun tərcümə etdiyi şeir “Literaturnı Donbass”da (№3,s.13-14), həmçinin “İzvestiya” qəzetinin 28 yanvar tarixli sayında Adelina Adalisin tərcüməsində dərc olunub.[4]