LiSA (yapon musiqiçi, 1987)

Risa Oribe (織部 里沙, Oribe Risa?, d. 24 iyun 1987)[1] və ya səhnə adı ilə LiSA (Live Is Smile Always ifadəsinin qısaltması)[2]Aniplex şirkəti üçün fəaliyyət göstərən Yaponiya pop müğənnisi və söz yazıçısı. Yaponiyanın Gifu prefekturasının Seki şəhərində anadan olmuşdur. Erkən yaşlarda musiqiçi olmağa qərar vermiş və musiqi karyerasına Chucky adlı indi qrupunda başlamışdır. Musiqi qrupunun 2008-ci ildə fəaliyyətini dayandırmasından sonra LiSA solo karyerasını davam etdirmək üçün Tokio şəhərinə köçmüşdür. 2010-cu ildə əsas debütünü etmişdir: uydurma Girls Dead Monster qrupunun iki vokalistindən biri kimi "Angel Beats!" anime serialı üçün mahnılar ifa etmişdir.[3] 2011-ci ilin aprelində "Letters to U" adlı mini-albomunu buraxaraq solo debütünü etmişdir.[4][5] LiSA 2010-cu ilin avqustunda Animelo Summer Live festivalında, 2012-ci ildə isə Anime Expo tədbirində çıxış etmişdir. Anime Festival Asia tədbirinin daimi qonağıdır.

LiSA
LiSA Petit Fancy 2018 tədbirində.
LiSA Petit Fancy 2018 tədbirində.
Ümumi məlumatlar
Doğum adı Risa Oribe (織部 里沙, Oribe Risa?)
Ləqəbi LiSA
Doğum tarixi (37 yaş)
Doğum yeri Seki,  Gifu prefekturası, Yaponiya Yaponiya
Vətəndaşlığı Yaponiya Yaponiya
Milliyyəti yapon
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, söz yazıçısı, mahnı yazıçısı
Fəaliyyət illəri 2005 – hazırda
Janrlar J-pop, rok, anison
Albom şirkətləri Key Sounds Label (2010)
Aniplex (Sony Music Arts) (2011 – 2017)
Sacra Music (2017 – hazırda)
Əlaqəsi Girls Dead Monster
lxixsxa.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

LiSA-nın mahnıları "Sword Art Online", "Fate/Zero""Demon Slayer" kimi bir çox anime seriallarında səsləndirilmişdir.[3][5] Onun sinqlları Oricon-un həftəlik sinqllar çartının ilk onluğunda yer almışdır. "Crossing Field" sinqlı Yaponiya Səsyazma Sənayesi Assosiasiyası tərəfindən platin sertifikasiya, "Oath Sign" sinqlı isə qızıl sertifikasiya almışdır.[6] 2014-cü və 2015-ci ildə Nippon Budokanda çıxış etmişdir. 2015-ci ildə "Minionlar" filminin yaponca dublajında Mec Nelson personajını səsləndirərək seyyu kimi debüt etmişdir.[7]

İlk illəri və debütü

[redaktə | mənbəni redaktə et]

Oribe 24 iyun 1987-ci ildə Gifu prefekturasının Seki şəhərində anadan olmuşdur. İlk musiqi təcrübəsini 3 yaşında yaşamışdır: anasının məsləhətlərindən sonra piano dərsləri almağa başlamışdır. Uşaq bağçasında utancaq uşaq olsa da, musiqi dərslərində iştirak etməkdən zövq alırdı. İbtidai məktəbdə təhsil alarakən Speed qrupunun televiziyadakı çıxışı onu mahnı oxumaya təlqin etmişdir. Oribe orta məktəb illərində rəqs və vokal dərsləri də almışdır.[8] Eyni zamanda ibtidai məktəbdə Nippon Budokanda keçirilmiş dinləmədə iştirak etmişdir və bu zaman sənətkar olmağa qərar vermişdir.[9] Orta məktəbdə ikən Avril Lavin, Love PsychedelicoEgo-Wrappin'-in mahnılarını ifa edən musiqi qrupu yaratmışdır.[8]

Oribe müğənni karyerasına 2005-ci ildə — liseydə təhsil alarkən Chucky adlı indi-rok qrupunu quraraq başlamışdır.[1] Bu musiqi qrupu müxtəlif müğənnilərin mahnılarını ifa edirdi. Liseyin ikinci ilində Oribenin həmkarları musiqi qrupuna öz mahnılarını ifa etməyi məsləhət görmüşdürlər. Osaka, NaqoyaGifuda çıxış etdikdən sonra qrupun şöhrəti kifayət qədər artmışdır. Liseydə qiymətləri yaxşı olsa da, Oribe müəllimlərinin məsləhətlərinə qulaq asmayıb universitetə getməməyə və bütün diqqətini musiqi qrupuna ayırmağa qərar vermişdir. Bununla belə, məzuniyyətdən sonra qrup üzvlərinin həyatdakı planları müxtəlif olduğundan qrupun gələcəyi sual altına düşmüşdür.[8][10] 2008-ci ilin iyulunda qrupun dağılmasından sonra Oribe karyerasını davam etdirmək üçün Tokio şəhərinə köçmüşdür.[8]

Tokio şəhərinə köçdükdən sonra Parking Out adlı indi qrupunun üzvləri ilə birlikdə Love is Same All adlı musiqi qrupu təşkil etmiş və LiSA-dan (Love is Same All ifadəsinin qısaltması) səhnə adı kimi istifadə etməyə başlamışdır. Qrup LiSA-nın canlı solo performanslarında çıxış etmişdir. 2010-cu ildə LiSA əsas debütünü etmişdir: uydurma Girls Dead Monster qrupunun iki vokalistindən biri kimi "Angel Beats!" anime serialı üçün mahnılar ifa etmişdir.[11][12] O, Yui personajı üçün, ikinci müğənni Marina isə Masami İvasava personajı üçün vokalist olmuşdur.[12] 2010-cu ildə LiSA Girls Dead Monster adı altında Key şirkətinin Key Sounds Label səsyazma studiyasında üç sinql və bir albom yayımlamışdır. Birinci sinqlı "Thousand Enemies" 12 mayda, ikinci sinqlı "Little Braver" 9 iyunda və üçüncü sinqlı "Ichiban no Takaramono (Yui final ver.)" (一番の宝物 〜Yui final ver.〜?) 8 dekabrda buraxılmışdır.[13] 30 iyunda isə "Keep The Beats!" adlı albomu buraxılmışdır.[13] 28 avqust 2010-cu ildə LiSA ilk dəfə Animelo Summer Live tədbirində çıxış etmişdir.[14]

20 aprel 2011-ci ildə LiSA "Letters to U" adlı mini-albom buraxaraq (Aniplex tərəfindən) solo debütünü etmişdir. Alboma daxil olan mahnılar docin və tanınmış sənətkarlar tərəfindən bəstələnmişdir. LiSA albomun birinci mahnısı "Believe in Myself" mahnısını bəstələmiş, eləcə də, albomun sözlərini yazmışdır.[15][16] 12 noyabr 2011-ci ildə LiSA ilk dəfə Cənub-Şərqi Asiyanın ən böyük anime və pop mədəniyyət tədbiri olan Anime Festival Asia tədbirində çıxış etmişdir.[17] "Oath Sign" adlı ilk solo sinqlını 23 noyabr 2011-ci ildə buraxmışdır və bu mahnıdan 2011-ci ildə "Fate/Zero" anime serialının birinci açılış mahnısı kimi istifadə olunmuşdur.[18] Sinql Oricon-un həftəlik çartında 5-ci yerə qədər yüksəlmiş və Yaponiya Səsyazma Sənayesi Assosiasiyası tərəfindən qızıl sertifikasiya almışdır.[6]

LiSA Anime Expo 2012 tədbirində.

LiSA ilk tam solo albom olan "Lover"s"mile" albomunu 22 fevral 2012-ci ildə buraxmışdır. Albom Oricon-un həftəlik çartlarında 7-ci yerə qədər yüksəlmişdir.[19] O, 2012-ci ildə Los-Anceles şəhərində baş tutmuş Anime Expo tədbirinə fəxri qonaq kimi qatılmış və Şimali Amerikadakı ilk konsertini 1 iyul 2012-ci ildə vermişdir.[20] "Oath Sign" sinqlının uğurundan sonra LiSA 2012-ci ilin anime serialı olan "Sword Art Online"-ın birinci açılış mahnısını ifa etmək üçün seçilmişdir: ikinci sinqlı olan "Crossing Field" 8 avqust 2012-ci ildə buraxılmışdır və Oricon çartlarından 5-ci yerə qədər yüksəlmişdir.[21] Sinql daha sonra Yaponiya Səsyazma Sənayesi Assosiasiyası tərəfindən platin sertifikasiya almışdır.[22] Üçüncü sinqlı "Best Day, Best Way" Oricon-da 6-cı yerdə görünmüş və 3 aprel 2013-cü ildə buraxılmışdır.[23] Dördüncü sinqlı "Träumerei" Oricon çartlarından 15-ci yerə qədər yüksəlmiş və 2013-cü ildə "Day Break Illusion" anime serialının açılış mahnısı kimi istifadə olunmuşdur. Bu sinql 7 avqust 2013-cü ildə buraxılmışdır.[24] 30 oktyabr 2013-cü ildə LiSA "Landspace" adlı ikinci solo albomunu buraxmışdır. Bu albom Oricon çartlarında 2-ci yerdə görünmüşdür.[25] 22 noyabr 2013-cü ildə LiSA-nın "Lis Ani!" jurnalı tərəfindən 3 il ərzində çəkilmiş şəkillərindən ibarət "Kyō mo Ii Hi da" (今日もいい日だっ?) adlı fotokitab nəşr olunmuşdur.[26] 2013-cü ildə Sinqapurda baş tutmuş Anime Festival Asia tədbirində LiSA Nihongogo-ya verdiyi müsahibədə bildirmişdi ki, əgər gələcəkdə qısaltma adının mənası dəyişdirsəydi, "Lovely international Super Apple" ifadəsini seçərdi.[27]

3 yanvar 2014-cü ildə LiSA-nın Nippon Budokanda solo konserti baş tutmuşdur.[28][29] 2014-cü ilin anime serialı olan "The Irregular at Magic High School"-un açılış mahnısı olmuş "Rising Hope" adlı beşinci sinqlı 7 may 2014-cü ildə buraxılmış və Oricon çartlarında 4-cü yerə qədər çatmışdır.[30] LiSA daha sonra "Mekakucity Actors" anime serialının 6-cı seriyasının açılış və bağlanış mahnıları olan "Headphone Actor" (ヘッドフォンアクター?)"Yūkei Yesterday" (夕景イエスタデイ?) mahnılarını ifa etmişdir.[31] "Bright Flight / L. Miranic" adlı altıncı sinqlı 17 sentyabr 2014-cü ildə, "Shirushi" (シルシ?) adlı yeddinci sinqlı 10 dekabr 2014-cü ildə buraxılmışdır. Bu sinqllar Oricon çartlarında, uyğun olaraq, 8-ci və 3-cü yerlərə qədər yüksəlmişdir.[32] "Shirushi" sinqlının eyniadlı mahnısı "Sword Art Online II" animesinin üçüncü bağlanış mahnısı, "No More Time Machine" mahnısı isə "Sword Art Online II" animesinin ikinci bağlanış mahnısı olmuşdur.[33]

10-11 yanvar 2015-ci ildə Nippon Budokanda ikinci konserti baş tutmuş və konsertin bütün biletləri satılmışdır.[34] 4 mart 2015-ci ildə "Launcher" adlı üçüncü solo albomunu buraxmışdır.[35] 27 may 2015-ci ildə buraxdığı səkkizinci sinqlı "Rally Go Round" "Nisekoi" anime serialının ikinci mövsümünün açılış mahnısı olmuşdur.[36] LiSA "Minionlar" filminin yaponca dublajında Mec Nelson personajını səsləndirmişdir. Bu filmin Yaponiyada premyerası 31 iyul 2015-ci ildə baş tutmuşdur.[7] 30 sentyabr 2015-ci ildə "Empty Mermaid" adlı doqquzuncu sinqlı buraxılmışdır.[37] 2015-ci ilin sonunda ifa etdiyi "ID" mahnısı "Dengeki Bunko: Fighting Climax" video oyununun əsas mahnısı olmuşdur.[38]

Solo müğənni karyerasının beş illiyi münasibətilə 23 mart 2016-cı ildə "Letters To U" mini-albomunu məhdud nəşrdə buraxmışdır.[39] 20 aprel 2016-cı ildə "Lucky Hi Five!" adlı mini-albomu buraxılmışdır.[40] 24 avqust 2016-cı ildə isə "Qualidea Code" (2016) anime serialının açılış mahnısı kimi istifadə olunan "Brave Freak Out" sinqlını buraxmışdır.[41][42] Sinqla daxil olan digər mahnı — "AxxxiS" isə "Qualidea Code" animesinin 2-ci açılış mahnısı kimi istifadə olunmuşdur.[43] 15 fevral 2017-ci ildə buraxdığı "Catch the Moment" sinqlı 2017-ci il istehsalı "Sword Art Online: Ordinal Scale" anime filminin tema mahnısı olmuşdur.[44] LiSA 2017-ci ilin aprelində Sacra Music leyblına keçmişdir.[45] 24 may 2017-ci ildə Little Devil Parade adlı dördüncü studiya albomunu buraxmışdır.[46] Saitama Super Arenada 24–25 iyun 2017-ci il tarixlərində ikigünlük konsert vermişdir.[47] 2 avqust 2017-ci ildə ""Datte Atashi no Hero."" (だってアタシのヒーロー。?, azərb. Çünki o mənim qəhrəmanımdır‎) adlı sinqlını buraxmışdır; bu mahnı "My Hero Academia" anime serialının ikinci mövsümünün ikinci bağlanış mahnısıdır.[48] 29 noyabr 2017-ci ildə (1 oktyabr 2017-ci ildə rəqəmsal)[49] buraxılmış "Ash" adlı sinqlı "Fate/Apocrypha" anime serialının ikinci açılış mahnısı olmuşdur.[50]

LiSA Sword Art Online: Fatal Bullet oyunu üçün "Thrill, Risk, Heartless" adlı mahnı ifa etmişdir.[51] Mahnı rəqəmsal şəkildə 8 yanvar 2018-ci ildə buraxılmışdır.[52] 9 may 2018-ci ildə "LiSA Best -Day-""LiSA Best -Way-" adlı iki yığma albom buraxmışdır.[53] Onun "Adamas" adlı 2018-ci ildə "Sword Art Online: Alicization" anime serialının birinci açılış mahnısı olmuşdur.[54] Hiroyuki Savanonun "Narrative" mahnısından iştirak etmiş və həmin mahnı "Mobile Suit Gundam Narrative" anime filminin bağlanış mahnısı olmuşdur.[55] "Gurenge" (紅蓮華?) adlı sinqlı 2019-cu ildə "Demon Slayer" anime serialının açılış mahnısı olmuşdur.[56] Sinql 22 aprel 2019-cu ildə rəqəmsal,[57] 3 iyul 2019-cu ildə isə fiziki olaraq buraxılmışdır.[58] FictionJunction ilə birlikdə isə "Demon Slayer" animesinin bağlanış mahnısı olan "From the Edge" mahnısını ifa etmişdir.[59] Mahnı 1 sentyabr 2019-cu ildə rəqəmsal olaraq buraxılmışdır.[60] 11 dekabr 2019-cu ildə "Unlasting" adlı sinqlı rəqəmsal olaraq buraxılmışdır (21 oktyabr 2019-cu ildə isə fiziki olaraq).[61] Bu sinql "Sword Art Online: Alicization" animesinin bağlanış mahnısı olmuşdur.[62] 2019-cu ildə "Kōhaku Uta Gassen" verilişində iştirak etmişdir.[63] 17 avqust 2020-ci ildə buraxılmış "Aijo" (愛錠?) rəqəmsal sinqlı "13" serialının mahnısı olmuşdur.[64][65] 14 oktyabr 2020-ci ildə "Leo-Nine" adlı beşinci studiya albomunu və "Homura" (?) adlı sinqlını buraxmışdır.[66] Həmin sinql "Demon Slayer: Mugen Train" anime filminin mahnısı olmuşdur.[67][68] "Homura" 62-ci Yaponiya Səsyazma Mükafatının da qalibi olmuşdur.[69]

2020-ci ilin iyulunda müğənninin "Gurenge" sinqlı 1 milyon yüklənməni keçmişdir. Bu, Oricon tarixində 1 milyon yüklənməni keçən ilk qadın ifaçı sinqlı olmuşdur.[70] 2020-ci ilin oktyabrında "Homura" sinqlı Bilboard Global 200 çartında 8-ci yerə yüksəlmişdir.[71]

4 avqust 2021-ci ildə LiSA Shūkan Bunshun qəzetinin əri Tatsuhisa Suzukinin başqa qadınla münasibəti barədə xəbərd dərc etməsindən sonra karyerasına fasilə verdiyini açıqlamışdır.[72] Buna baxmayaraq, tədricən musiqi fəaliyyətlərinə davam etməyə başlamış, 28 avqustda Hokkaydoda konsert vermişdir.[73] 8 sentyabr 2021-ci ildə "Hadashi no Step" adlı sinqlını buraxmışdır. Bu mahnı "Sindrellaya söz ver" serialının mahnısı kimi istifadə olunmuşdur.[74] 24 mart 2022-ci ildə Netflix onun karyerasından bəhs edən "Lisa, başqa bir böyük gün" adlı sənədli film çəkəcəyini açıqlamışdır. Film 18 oktyabr 2022-ci ildə buraxılmışdır.[75] 2022-ci ilin iyununda LiSA, Abema TVTV Asahi "Issei no Kassai" adlı sinqlının 2022 FİFA Dünya Kubokunun yayım mahnısı kimi istifadə olunacağını açıqlamışdırlar.[76][77] Sinql 2022-ci ilin noyabrında buraxılmışdır.[78]

Musiqi stili və təsirləri

[redaktə | mənbəni redaktə et]

LiSA Avril Lavin, Keşa, Rihanna, eləcə də, Oasis, Green DayParamore musiqi qruplarından[8][79][80]Chucky qrupunda əldə etdiyi təcrübədən təsirləndiyini bildirmişdir.[8] LiSA "Landspace""Launcher" albomlarındakı bəzi mahnılarının, eləcə də, "Bright Flight / L. Miranic", "Shirushi""Rally Go Round" sinqllarının sözlərini özü yazmışdır. "Rally Go Round" sinqlının sözlərini Şin Furuya ilə yazmışdır.[36][81][82]

J!-ENT-dən Denis Amit LiSA-nın stilini digər anison müğənnilərindən fərqləndirərək xoşbəxt, optimist və ya "daha qaranlıq" stillə xarakterizə etmişdir.[81] LiSA karyerası boyunca "kyō mo ii hi da" (今日もいい日だっ?, "Başqa bir böyük gün") ifadəsindən mövzu kimi istifadə etmişdir.[80] Bu ifadə həm də onun şəxsi bloqunun adıdır.[83] HMV Japan-a verdiyi müsahibədə LiSA bildirmişdi ki, əsas debütünü etməmişdən əvvəl pop mahnılar oxumağa daha meyilli idi. Buna görə də daha qaranlıq və ağır stildə olan "Oath Sign" üzərində işləyərkən çətinlik yaşamışdır, lakin sinqlla bağlı müsbət rəylər almışdır. Bunun sayəsində növbəti sinqlı olan "Crossing Field" üzərində inamla işləyə bilmişdir. LiSA "Crossing Field" haqqında bildirmişdi ki, sevginin görüşlər və sevgi məktubları vasitəsilə gücləndiyi kimi, o da hər dəfə mahnını oxuduqca mahnının gücləndiyini hiss edir. "Best Day, Best Way" mahnısında müğənni demişdi ki, mahnının mövzusu "dünən nə etdinsə, bu gün baş verəcək şeyə səbəb olacaq"dır və mahnının sözləri dinləyicilərə öz sözləri kimi çatdırılır. LiSA sinqlın B tərəfi ilə təcrübəsini bölüşmüşdür: "I'm a Rock Star" onun müğənni olmaq arzusunu gerçəkləşdirməsini, "Shiroi Toiki" (シロイトイキ?) isə xoşbəxt hisləri təmsil edir.[80]

Oricon-a verdiyi müsahibədə LiSA "Träumerei" ilə bağlı təcrübələrini bölüşmüşdür. O bildirmişdi ki, "Day Break Illusion" orijinal anime olduğuna görə o, öz işinin rəngində təmsil olunan mahnı istəmişdi. Lakin hətta anime dünyasında belə, "Best Day, Best Way" sinqlında istifadə etdiyi pop stilinin əksinə olaraq rok atmosferinə davam edəcəkdi. Müğənni mahnını hekayədəki konfliktləri hiss edəcək şəkildə və verilişin bir hissəsi olan güclə ifa etdiyini bildirmişdir. LiSA mahnının musiqili videosunda rənglərinin emosiyaları təmsil etməsini arzulayırdı. Məsələn, LiSA istəyirdi ki, qırmızı rəng qarşıdurmanı, qara rəng itmək hissini, yaşıl rəng isə qorxulu şeyləri təmsil etsin.[84]

"Bright Flight / L. Miranic" sinqlının istehsalı zamanı LiSA HMV Japan-a verdiyi müsahibədə sinqlın konsepsiyanının iki hissəyə ayırmaq mümkün olduğunu qeyd etmişdir: çəhrayı və qara. Çəhrayı pop stilində və "şirin" şəkildə yazılmış "Bright Flight"-ın rəngidir. Qara isə qaranlıq rok stilində olan və "pis qadın" mövzusuna malik "L. Miranic"-in rəngini təmsil edir. Müğənni bildirmişdi ki, "L. Miranic" adının seçmə səbəbi mahnının cinayətkarlarla əlaqəli olması ilə bağlı idi və əlavə etmişdi ki, "Miranic" sözünə öz adını daxil edərək "LiSA-Miranic" etməsi mahnıdakı cinayətkarın o olması mənasını verəcəkdi.[85]

J!-ENT-dən Denis Amit LiSA-nın "Landspace" albomunu qiymətləndirmiş və "Crossing Field" mahnısının "zəifliyi unutmağı və səni daha güclü olman üçün sənə güc verən sevdiyin biri ilə birlikdə olmağı istəmək" haqqında mahnı olduğunu qeyd etmişdir. Eyni zamanda Denis "Best Day, Best Way" mahnısını "özünə inanmaq və keçmişdə baş vermiş hansısa pis şeyin öhdəsindən gəlib irəliləmək haqqında olan əyləncəli və xoşbəxt trek" kimi təsvir etmişdir. Sonda isə "Träumerei" mahnısını "ürəklərindəki ahəngi itirmiş və indi tək-tənha olan, lakin hələ də səmanı öz işıqları ilə dəlib keçmək, qaranlığı parçalamaq və həyata yenidən başlamaq istəyən şəxslər haqqında olan başqa bir ruhlandırıcı mahnı" kimi xarakterizə etmişdir. O, tənqidini albomun optimist və ruhlandırıcı mahnılarla dolu olduğunu və "şirin" vokalları ilə tanınan bir çox anison müğənnilərindən fərqli olaraq LiSA-nın bir çox janrlarla işləyə bildiyini bildirərək yekunlaşdırmışdır.[81]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

2019-cu ilin mayında LiSA Tatsuhisa Suzuki ilə nişanlanmışdır.[86] 2020-ci ilin yanvarında isə evləndiklərini açıqlamışdırlar.[87][88][89] 25 aprel 2023-cü ildə ilk uşağını doğduğunu açıqlamışdır.[90][91][92]

border=none Əsas məqalə: LiSA diskoqrafiyası

LiSA-nın diskoqrafiyasına 5 studiya albomu, 2 yığma albom, 2 mini-albom, 19 sinql və 5 video albomu daxildir.

Studiya albomları
  • Lover"s"mile (2012)
  • Landspace (2013)
  • Launcher (2015)
  • Little Devil Parade (2017)
  • Leo-Nine (2020)

Mükafat və nominasiyalar

[redaktə | mənbəni redaktə et]
İl Mükafat Kateqoriya Nominasiya/əsər Nəticə
2012 Billboard Yaponiya Musiqi Mükafatı Ən yaxşı animasiya ifaçısı LiSA Namizəd[93]
2017 Newtype Anime Mükafatı Ən yaxşı tema mahnısı "Catch the Moment"
(Sword Art Online: Ordinal Scale)
Qazandı[94]
2019 Newtype Anime Mükafatı Ən yaxşı tema mahnısı "Gurenge"
(Demon Slayer)
Qazandı[95]
2020 34-cü Yaponiya Qızıl Disk Mükafatı Ən yaxşı yüklənən 5 mahnı "Gurenge" Qazandı[96]
62-ci Yaponiya Səsyazma Mükafatı Baş mükafat "Homura"
(Demon Slayer: Mugen Train)
Qazandı[97]
  1. 1 2 "Biography" (Japanese). Chucky. June 18, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2016.
  2. "Official LISA Website]]" (Japanese). June 24, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 30, 2017.
  3. 1 2 "7 Popular Japanese 'Anime Song' Artists". Manga.Tokyo. January 18, 2017. June 21, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2018. (#invalid_param_val)
  4. Lim, Paige. "Shoot to fame with anime". The Straits Times. July 27, 2015. January 24, 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2018. (#invalid_param_val)
  5. 1 2 Leung, Melanie. "LiSA transitions from anime voice talent to successful starlet". South China Morning Post. October 19, 2014. August 25, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2018. (#invalid_param_val)
  6. 1 2 "Japanese album certifications 2013" (Enter LiSA into the アーティスト then select 検索) (yapon). Recording Industry Association of Japan. August 2013. 2019-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2018.
  7. 1 2 "LiSA、『ミニオンズ』で日本語吹替え初挑戦 オーディション審査員長に就任" (Japanese). Oricon. 5 iyun 2018. May 2, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 16, 2015.
  8. 1 2 3 4 5 6 "LiSA「best day, best way」インタビュー (1/4) - 音楽ナタリー Power Push" (Japanese). 2020-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2016.
  9. "LiSA、自身初の日本武道館ライブを振り返る - 「LiVE is Smile Always~今日もいい日だっ~in日本武道館」 (1) 日本武道館までの道程". Mynavi news (Japanese). Mynavi Corporation. June 17, 2014. November 10, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2016.
  10. "News" (Japanese). Chucky. June 18, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2016.
  11. "スペシャル" (Japanese). Aniplex. 2010-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2016.
  12. 1 2 "2人の"ユイにゃん"に会場が熱狂! 『Crow Song』発売記念イベントをレポ!!" (Japanese). ASCII Media Works. April 28, 2010. May 25, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2016.
  13. 1 2 "Discography | LiSA Official Website" (Japanese). Aniplex. 2018-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2016.
  14. "Girls Dead Monster (LiSA, marina)" (Japanese). Animelo Summer Live. 2020-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2016.
  15. "Letters to U" (Japanese). Sony Music Entertainment Japan. 2020-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2016.
  16. "Sony Music Online Japan : LiSA : Letters to U" (Japanese). Aniplex. 2013-03-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2016.
  17. "Anisong Rising Star LiSA". Anime Festival Asia. 2011-09-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2016.
  18. "Fate/Zero Opening Theme 'oath sign' Sung by LiSA". Anime News Network. September 8, 2011. 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2016.
  19. "Lover"s"mile" (Japanese). Oricon. 2013-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2016.
  20. "Anime Expo 2012 Welcomes Record Number of Attendees to Los Angeles Convention Center". Anime Expo. 2013-07-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2016.
  21. "LiSA to Sing Sword Art Online Anime's Opening". Anime News Network. June 7, 2012. 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2016.
  22. "ゴールド等認定作品一覧 2012年11月" (Japanese). Recording Industry Association of Japan. 2012-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2016.
  23. "Best Day, Best Way" (Japanese). Oricon. 2013-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2016.
  24. "LiSA, Natsumi Okamoto to Perform Gen'ei o Kakeru Taiyō Theme Songs". Anime News Network. May 26, 2013. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2016.
  25. "Landspace" (Japanese). Oricon. 2013-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2016.
  26. "LiSA本特設ページ「今日もいい日だっ」" (Japanese). LisAni!. 2015-08-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2016.
  27. Justin C. "LiSA x Nihongogo Interview @ Anime Festival Asia Singapore 2013". Nihongogo. November 16, 2013. February 3, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2016.
  28. "LiSA「LiVE is Smile Always ~今日もいい日だっ~ in 日本武道館」インタビュー (1/4) - 音楽ナタリー Power Push". natalie.mu. 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2016.
  29. "Landspace". LiSA OFFICIAL WEBSITE (Japanese). 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2016.
  30. "Rising Hope" (Japanese). Oricon. 2014-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2016.
  31. "MUSIC | 「メカクシティアクターズ」公式サイト" (Japanese). Shaft. 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2016.
  32. "Bright Flight / L. Miranic" (Japanese). Oricon. 2014-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2016.
  33. "シルシ" (Japanese). Oricon. 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2016.
  34. "日本武道館ワンマンライブにて、初のライブパンフレット発売決定☆". LiSA OFFICIAL WEBSITE (Japanese). Aniplex. 2021-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2016.
  35. "Launcher" (Japanese). Oricon. 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2016.
  36. 1 2 "LiSA Co-Writes, Sings 2nd Nisekoi Season's Opening Theme". Anime News Network. March 18, 2015. 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2016.
  37. "Empty MERMAiD" (Japanese). Oricon. 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2016.
  38. "Dengeki Bunko: Fighting Climax Ignition's Video Reveals LiSA Song". Anime News Network. September 16, 2015. 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2016.
  39. "3/23(水)LiSA初のアナログ盤「Letters to U」リリース決定☆". LiSA OFFICIAL WEBSITE (Japanese). Aniplex. December 23, 2015. June 5, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2016.
  40. "4/20(水)2ndミニアルバム「LUCKY Hi FiVE!」リリース決定☆". LiSA OFFICIAL WEBSITE (Japanese). Aniplex. December 23, 2015. June 5, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2016.
  41. "Qualidea Code Anime Reveals 3 Promo Videos, Theme Song Artists". Anime News Network. March 26, 2016. 2022-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2016.
  42. "8/24(水)ニューシングル「Brave Freak Out」リリース決定☆". LiSA OFFICIAL WEBSITE (Japanese). Aniplex. June 10, 2016. June 17, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2016.
  43. "LiSA Performs New Qualidea Code Opening Theme". Anime News Network (ingiliscə). 4 sentyabr 2016. 2021-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2016.
  44. "2/15(水)ニューシングル「Catch the Moment」リリース決定!!" (Japanese). Aniplex. November 26, 2016. June 5, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2016.
  45. "ソニー、新レーベル『SACRA MUSIC』4月発足 Kalafina、ClariSら擁し海外展開". Oricon. January 6, 2017. January 8, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2017.
  46. "5/24(水)ニューアルバム「LiTTLE DEViL PARADE」リリース決定☆" (Japanese). Aniplex. 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2017.
  47. "2017年アリーナツアー決定!!!!" (Japanese). Aniplex. November 26, 2016. June 5, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2016.
  48. "LiSA To Perform Second Cour "My Hero Academia 2" Anime End Theme". Crunchyroll. June 18, 2017. June 5, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2017.
  49. "ASH - Single" (Japanese). iTunes. 2018-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2018.
  50. "LiSAニューシングル「ASH」、11/29(水)リリース決定!超 先行フル配信も決定!". Sacra Music. September 24, 2017. June 5, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 oktyabr 2017.
  51. "LiSA新曲「Thrill, Risk, Heartless」がゲーム『ソードアート・オンライン フェイタル・バレット』主題歌に決定!" (Japanese). Sony Music Artists. December 22, 2017. June 22, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2018.
  52. "Thrill, Risk, Heartless - Single" (Japanese). iTunes. 2018-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2018.
  53. "5/9(水)LiSA初のベストアルバム、2タイトル同時リリース決定☆" (Japanese). Sacra Music. February 24, 2018. August 9, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2018.
  54. "LiSA, Eir Aoi Perform Sword Art Online: Alicization Anime's Theme Songs". Anime News Network. August 16, 2018. August 16, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 16, 2018.
  55. Sherman, Jennifer. "'Gundam NT' Anime Reveals Trailer, Theme Song, Additional Cast". Anime News Network. 16 October 2018. 3 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 December 2018.
  56. "Demon Slayer: Kimetsu no Yaiba Anime's Video Previews LiSA's Opening Song". Anime News Network. 24 March 2019. 24 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 March 2019.
  57. "紅蓮華 – Single" (yapon). iTunes Store. 26 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 April 2019.
  58. "LiSAニューシングル「紅蓮華」、7/3(水)リリース決定☆" (yapon). Sacra Music. 29 April 2019. 9 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 April 2019.
  59. Hodgkins, Crystalyn. "'FictionJunction feat. LiSA' Performs Ending Theme for Demon Slayer: Kimetsu no Yaiba Anime". Anime News Network. 13 April 2019. 13 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 April 2019.
  60. "From the Edge" (yapon). Mora. 19 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 September 2019.
  61. "TVアニメ「ソードアート・オンライン アリシゼーション War of Underworld」EDテーマ「unlasting」、フル配信開始☆" (yapon). Sacra Music. 21 October 2019. 5 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 November 2019.
  62. "LiSA Performs Sword Art Online: Alicization – War of Underworld Anime's Ending Theme". Anime News Network. 6 October 2019. 24 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 November 2019.
  63. "「紅白」初出場は日向坂、Foorin、LiSA、ヒゲダン、キスマイ、King Gnu、ジェネ、菅田将暉" (yapon). Natalie (website). 14 November 2019. 16 November 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 November 2019.
  64. "LiSA新曲「愛錠」、東海テレビ・フジテレビ系全国ネット オトナの土ドラ「13」主題歌に決定!& 8/17(月)から配信スタート!" (yapon). Sacra Music. 31 July 2020. 5 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 August 2020.
  65. Komatsu, Mikikazu. "LiSA's New Song "Aijou" to be Featured as Theme Song for Live-action TV Drama "13"". Crunchyroll. 31 July 2020. 5 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 August 2020.
  66. "10/14(水)発売 LiSA ニューアルバム「LEO-NiNE」・ニューシングル「炎」 W購入者特典&先着購入者特典 決定☆" (yapon). Sacra Music. 18 August 2020. 5 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 August 2020.
  67. "LiSA、劇場版「鬼滅の刃」無限列車編 主題歌アーティストに決定☆" (yapon). Sacra Music. 2 August 2020. 5 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 August 2020.
  68. Loo, Egan. "Demon Slayer: Kimetsu no Yaiba Film's New Trailer Previews LiSA's New Song". Anime News Network. 2 August 2020. 5 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 August 2020.
  69. Ryusenkai. "Winners and Nominees for the 62nd Japan Record Awards Announced". Arama! Japan. 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
  70. Pineda, Rafael Antonio. "LiSA's Demon Slayer: Kimetsu no Yaiba Song Tops 1 Million Downloads". Anime News Network. 28 July 2020. 7 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 September 2020.
  71. "Homura". Billboard. 9 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 December 2020.
  72. "Singer LiSA, Voice Actor Tatsuhisa Suzuki Go on Hiatuses (Updated)". Anime News Network. August 4, 2021. 2022-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2024.
  73. "LiSA Slowly Returning After Going on Hiatus Earlier This Month". Anime News Network. August 19, 2021. 2022-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2024.
  74. "HADASHi NO STEP" (Japanese). Oricon. 2022-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2024.
  75. "Netflix Streams LiSA's 10th Anniversary Documentary This Fall". Anime News Network. 2022-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2024.
  76. WEBザテレビジョン. "LiSA、武尊、高橋ひかる、中澤佑二、せいや、浪川大輔、安元洋貴など「ABEMA FIFA ワールドカップ サポーターイレブン」決定". WEBザテレビジョン (yapon). November 11, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 11, 2022.
  77. LiSA Official Account. "The new song " 一斉ノ喝采 " has been selected as the official theme song for the ABEMA and TV Asahi FIFA World Cup Qatar 2022 broadcast". Twitter. June 24, 2022. July 15, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 10, 2024.
  78. LiSA『一斉ノ喝采』 -MUSiC CLiP- (ingilis), 2023-12-22 tarixində arxivləşdirilib, İstifadə tarixi: 11 noyabr 2022
  79. "Profile". www.lxixsxa.com (Japanese). Aniplex. 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2016.
  80. 1 2 3 "LiSAニュー・シングル「best day, best way」発売記念インタビュー" (Japanese). 2020-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2016.
  81. 1 2 3 Amith, Dennis. "LiSA – LANDSPACE (a J!-ENT World Groove Album Review)". J!-ENT Online. October 31, 2013. March 5, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2016.
  82. "LiSA Launcher jacket covers and more revealed, 3rd album". Comtrya. February 10, 2015. March 4, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2016.
  83. "LiSA's personal blog" (Japanese). 2015-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2016.
  84. "LiSA『"秘めた強さ"がテーマに――自分なりの色出した最新作!』" (Japanese). Oricon. 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2016.
  85. "6thシングル「BRiGHT FLiGHT / L.Miranic」をリリースするLiSAにインタビュー!" (Japanese). HMV Japan. September 3, 2014. May 16, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2016.
  86. "左手薬指には指輪!「Free!」声優・鈴木達央とアニソン歌姫LiSA「熱愛同棲」を直撃". Shūkan Bunshun (yapon). 14 May 2019. 16 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 March 2020.
  87. "【2020年】結婚した有名人・芸能人を総まとめ 出産&妊娠も随時更新!". Oricon (yapon). 28 February 2020. 30 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 March 2020.
  88. Nishimura, Shigeto. "歌手・LiSAが声優・鈴木達央との結婚発表!". Cinema Today (yapon). 22 January 2020. 27 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 March 2020.
  89. Loo, Egan. "Singer LiSA, Voice Actor Tatsuhisa Suzuki Get Married". Anime News Network. 22 January 2020. 23 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 January 2020.
  90. Pueyo, Ken. "Japanese Artist LiSA Announces Birth of First Child". Anime Corner (ingilis). April 25, 2023. December 10, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2024.
  91. Harding, Daryl. "Japanese Superstar LiSA Announces Birth of First Child". Crunchyroll (ingilis). April 25, 2023. May 3, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2024.
  92. "LiSA on Instagram: "いつも応援してくださる皆様へ 私事ではありますが、先日第一子を出産いたしました。 パワーアップした私で、音楽を届けられることが楽しみです。 どうぞ今後ともよろしくお願いいたします。 今日もいい日だっ。 LiSA I'd like to share some personal news, that I recently gave birth to my first child. I'm back stronger than ever, and so excited to continue making music for everyone. Thank you all for your continued support & I promise I'll see you soon! Today's another great day. 雖然是私事,想借此分享我平安生下了第一胎。 變得更堅強的自己,非常期待繼續製作音樂給大家。 感謝大家一直以來的支持,今後也請多多指教! 我們約定好見面! 今天也是的美好的一天。 LiSA"". Instagram (ingilis). 2023-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2024.
  93. "Billboard Japan Music Awards 2012" (yapon). Billboard Japan. 15 December 2012. 5 December 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 February 2019.
  94. Sherman, Jennifer. "Attack on Titan, Sword Art Online top 2017 Newtype Awards' preliminary results". Anime News Network. September 12, 2017. 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2018.
  95. Hodgkins, Crystalyn. "Demon Slayer: Kimetsu no Yaiba, Promare anime win top Newtype Anime Awards". Anime News Network. 27 October 2019. 17 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 March 2020.
  96. "The Japan Gold Disc Award 2020 | Winners" (yapon). Japan Gold Disc Award. 26 February 2020. 22 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 March 2020.
  97. "日本レコード大賞:LiSA「炎」が大賞に決定" (yapon). mantan-web. 30 December 2020. 31 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 December 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]