Li Sol Çju (kor. 리설주; 28 sentyabr 1985, Çxoncin) — Şimali Koreya lideri Kim Çen Inın həyat yoldaşı. 25 iyul 2012-ci ildə onların qanuni münasibətləri haqqında KİV-ə məlumat verilib. Cütlük ictimaiyyət arasında bu tarixə bir neçə həftə qalmış görünməyə başlayıb.
Li Sol Çju | |
---|---|
kor. 리설주 | |
Vəzifədədir | |
29 dekabr 2011-ci ildən | |
Əvvəlki | Ko Yon Xi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 sentyabr 1985 (39 yaş) |
Doğum yeri | |
Partiya | Koreya Əmək Partiyası |
Təhsili | Kim İr Sen adına Universitet |
Fəaliyyəti | müğənni |
Həyat yoldaşı | Kim Çen In |
Uşağı | 3 övladı olduğu barədə məlumatlar var |
Dini | ateizm |
Vikianbarda əlaqəli mediafayllar |
Li Sol Çju Pxenyanda yerləşən Kim İr Sen adına Universitetin məzunudur. Onun atası müəllim, anası isə həkimdir. Bəzi ehtimallara görə isə, o, hərbçi ailəsində dünyaya gəlib.[1]
O, İnçxon şəhərində keçirilən Yüngül atletika üzrə Asiya çempionatı zamanı Şimali Koreya nümayəndə heyətinə dəstək qrupunun tərkibində 2005-ci ildə Cənubi Koreyaya səfər edib.[2]
Kim Çen Inın onunla münasibətlərini 2009-cu ildə rəsmiləşdirdiyi güman edilir.[3][4] KİV-də yayılmış məlumatlara əsasən, Kim Çen İrin təkidindən sonra 2010-cu ilin payız-qış aylarında, yaxud 2011-ci ilin qışında onların övladı dünyaya gəlib.[5] Cütlüyün ikinci övladı 2012-ci ilin dekabrın sonunda anadan olub. Uşaq Çju E adını daşıyır. 2017-ci ildə Cənubi Koreya kəşfiyyatı Kim və Linin üçüncü övladının dünyaya gəlməsi barədə xəbərlər yayıb[6].
Kim Çen Inın həyat yoldaşı kimi ilk dəfə onun haqqında kütləvi informasiya vasitələri 25 iyul 2012-ci ildə məlumat yaymışdır. Lakin cütlük ictimaiyyət arasında bu tarixə bir neçə həftə qalmış görünməyə başlamışdı.[7][8] Daha sonra Li Sol Çju haqqında müntəzəm surətdə Koreya Əmək Partiyasının əsas mətbuat orqanı olan "Nodon sinmun" qəzetində onun müxtəlif rəsmi tədbirlərdə iştirakı barədə məlumatlar verilmişdir. Məqalələrdə cütlüyün toyundan bir il sonra onların birgə çəkilmiş fotoşəkilləri də yayımlanmışdır.[9][10]
Bir sıra müşahidəçilərin rəyinə əsasən, həyat yoldaşının təsiri altında Kim Çen In Şimali Koreya qadınlarının xarici görünüşü ilə bağlı bəzi məsələlərə göz yumdu: artıq ölkədə qadınların şalvarlı kostyum, cins, qara kolqotqa, platformalı və dikdaban tufli geyinmələrinə icazə verilir; həmçinin qadınların velosiped sürmələrinə qoyulmuş qadağa da aradan qalxıb.[11][12]