Lolita Milyavskaya

Lolita Milyavskaya (ukr. Лоліта Марківна Мілявська; 14 noyabr 1963[1], Mukaçevo[d], Zakarpattya vilayəti) — sovetrus estrada müğənnisi, aktrisa, teleaparıcı, rejissor və prodüser.

Lolita Milyavskaya
rus. Лолита Милявская
Ümumi məlumatlar
Doğum adı Лолита Марковна Горелик
Doğum tarixi 14 noyabr 1963(1963-11-14)[1] (61 yaş)
Doğum yeri
Həyat yoldaşları
  • bilinmir (19841987),
  • bilinmir (19871987),
  • bilinmir (20042009),
  • bilinmir (20102020)
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, aktrisa, aparıcı, rejissor, televiziya aparıcısı, teatr rejissoru, səsyazma sənətçisi[d]
Fəaliyyət illəri 1979-cu ildən
Janrlar pop musiqisi, romans, caz, rok, estrada[d]
Səs tembri kontralto
Albom şirkətləri CD Land[d], Soyuz[d]
Mükafatları Golden Gramophone Award
İmzanın şəkli
lolita.su
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tərcümeyi-halı

[redaktə | mənbəni redaktə et]

1963–1984: Uşaqlıq və gənclik

[redaktə | mənbəni redaktə et]

1963-cü il, 14 noyabrda Ukrayna SSR-da Zakarpat vilayətinin Mukaçova şəhərində anadan olmuşdur. Atası — Mark Lvoviç Qorelik (1932–1978[2]), ixtisasca aktyor və səhnə rejissoru olub, Yoşkar-Olada rejissor kimi çalışıb. Anası — Alla Dmitrievna Nikiforova (18 yanvar 1943-cü ildə anadan olub[2][3]) Lvov Musiqi Kollecini bitirib, caz müğənnisi olub, İvano-Frankivsk Filarmoniyasında Karpat Caz Orkestrində və "Jazz Band"da işləyib. 25 il səhnədə çalışıb.[2] Evləndikdən sonra Lolitanın valideynləri Kiyevə köçdü və Ukrkonsertdə işləməyə başladılar.[4] Lakin atası 1974-cü ildə İsrailə mühacirət etdi , Lolita o zaman dördüncü sinifdə oxuyurdu, anası mühacirət etmək istəmədi və valideynləri boşandı. Lolitanın anası əri İsrailə getdiyi üçün Ukrkoncertdən qovulmuşdu və o , Kiyev Dövlət Musiqi Zalında işə düzəldi.

Lolita valideynləri boşandıqdan sonra nənə və babası ilə Lvova köçdü və 1973-cü ilin sonuna qədər orada yaşadı. Sonra nənəsi öldü və Lolita Kiyevə anasının yanına mənzilə köçdü.[5]

Səkkizinci sinifdən sonra anası Lolitanı qastrol səfərlərinə aparmağa başladı və o, oxumağa maraq göstərdi. 1974-cü ildə Lolitanın anası onu müğənni İrina Ponarovskaya ilə tanış etdi və Ponarovskaya Lolitanı özü ilə birlikdə qastrollara aparmağa başladı.[4]

1981-ci ildə[4] Lolita Moskva Dövlət Mədəniyyət İnstitutunun Tambov filialına mədəni tamaşaların və şənliklərin rejissorluğu ixtisasına sənədlərini verdi.[6] İnstitutda sonradan onun birinci əri olacaq qrup yoldaşı Aleksandr Belyayevlə tanış oldu.[5]Lolita 1985-ci ildə institutu bitirdi.[7]

Daha sonra Tambovdan Odessaya köçdü, burada Aleksandr Belyaev teatrda çalışırdı. Orada Odessa Filarmoniyasında işlədi və orada Alexander Tsekalo ilə tanış oldu. 1987-ci ildə onunla birlikdə Moskvaya getdi, Tsekalonun keçmiş həyat yoldaşı Alena Şifermanı əvəz edərək "Şlyapa" kvartetində oxudu.[7] Moskvada qeydiyyatdan keçmək üçün o, Vitali Milyavski ilə nikaha daxil oldu, lakin bir yerdə yaşamırdılar.

1985–2000: Kabaret dueti "Akademiya"

[redaktə | mənbəni redaktə et]

1985-ci ildə Aleksandr Tsekalo və Lolita Milyavskaya "Kabaret dueti "Akademiya" adlı pop qrupunu yaratdılar. Duet 1990-cı illərin sonuna qədər məşhur idi.

1993-cü ildə Moskva telekanalında Tsekalo və Milyavskayanın aparıcı kimi çıxış etdiyi "TV-Pizza" proqramı yayımlanmağa başladı.

1995-ci ilin sonundan Milyavskaya və Tsekalo Səhər poçtu (ORT) və 1997-ci ildən Sabahın xeyir, ölkə! (RTR) televiziya proqramlarının aparıcıları oldular. On ildən çox müddətdə Lolita əri Aleksandr Tsekalo ilə birlikdə çıxış etdi. Lakin barışmaz fikir ayrılıqları sonda boşanma ilə nəticələndi. 1998-ci ildə Tsekalo ilə evliliyinin sonunda Lolita Yeva adlı bir qız övladını dünyaya gətirdi.

2000–2009: "Lolita. Komplekssiz"

[redaktə | mənbəni redaktə et]

2000-ci ilin yazında Lolita solo karyerasına başladı və "Tsvetoçki" mahnısını buraxdı. 2001-ci ilin yanvarında 50.000 nüsxə satılan eyniadlı albom çıxdı. İki il yarım sonra Lolita ikinci albomunu və "Boşanmış qadının şousu" (RTR) proqramını buraxdı. Diskin satışı 300.000 nüsxəni keçib.

2003-cü ilin mart ayında o, Moskvadakı Rusiya Dövlət Mərkəzi Konsert Salonunda ilk böyük solo konsertini verdi — "Boşanmış qadının şousu".[8]

2005–2007-ci illərdə "Lolita. Komplekssiz" adlı verilişini Pervıy Kanalda apardı.[9] Həmçinin 2005-ci ildə müğənninin 700.000 nüsxəsi satılan"Format" adlı üçüncü diski çıxdı.

2010-cu ildən: Anatomiya və Ranevskaya

[redaktə | mənbəni redaktə et]
Lolita " JARA " festivalında. Bakı, 2017.

2009-cu ildə müğənni yeni "Ostanovite zemlyu" sinqlının daxil olduğu "Zapavşeye" hit kolleksiyasını buraxdı. 2011-ci ildə Britaniyanın The X Factor layihəsinin rus versiyası olan Factor A- nın münsiflər heyətinin üzvü oldu.

ABŞ-ın məşhur biznes jurnalı olan Forbes-ə görə, 2013-cü ildə Lolita Rusiyanın ən zəngin iyirmi musiqiçisi siyahısına daxil idi. 2014-cü ilin mart ayında "Anatomiya" mahnısının klipinin təqdimatı baş tutdu. 2014-cü ilin avqustunda "Na skotç" mahnısına çəkilmiş videonun təqdimatı oldu. 17 noyabr 2014-cü ildə Lolita Milyavskaya "Anatomiya" albomunu buraxdı.

2018-ci ildə isə "Ranevskaya" adlı albomu işıq üzü gördü.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Lolita beş dəfə nikaha girib və boşanıb. Sonuncu beşinci əri tennisçi və fitnes məşqçisi Dmitriy İvanov olmuşdur. Lolita onunla 2010–2020-ci illərdə ailə həyatı yaşayıb.

Qızı Yeva Tsekalo (1998-ci il, 3 noyabrda anadan olub) nənəsi ilə Kiyevdə yaşayır.[10]

Lolita Milyavskaya Rusiyanın daxili siyasətini tənqid edənlər siyahısındadır, xüsusilə, hakimiyyətin dəyişməzliyi, repressiv qanunların qəbulu, regionlarda korrupsiya və yoxsulluğun yüksək səviyyəsi onun tənqid atəşinə tutulur.[11][12][13] Lakin ölkə prezidenti Vladimir Putin haqqında hörmətlə danışır.[14]

Lolita dəfələrlə LGBT icmasını dəstəkləyib: gey klublarda konsertlər[15][16], homofobiyaya qarşı çıxışları olub[17], bu problemlərə həsr olunmuş televiziya proqramlarında[18][19] və mətbuat konfranslarında iştirak etmişdir.[20] 2013-cü ildə Homofobiyaya qarşı Həftə çərçivəsində o, "homoseksual təbliğatı" qadağan edən qanunların qəbulunu pislədi, millətçi hisslərin artmasının təhlükəsinə işarə etdi və heteroseksualları və LGBT insanları faşizmə qarşı birləşməyə çağırdı.[21][22] Daha sonra qanun layihələrinin təşəbbüskarı Yelena Mizulina ilə şəxsən görüşən müğənni, uşaq nağıllarında homoseksual personajların görünməsi və "pedofiliyanın təbliği" ehtimalını qeyd edərək, onların bu qanunu qəbul etmə səbəblərini daha yaxşı anlamağa başladığını söylədi. Lakin burada bir şey unudulub qanun LGBT təbliğatı qadağan edir və bu icmaya pedofillərin heç bir aidiyyəti yoxdur. LGBTQ+ icmaya məxsus təşkilatlar əksinə özləri çox zaman pedofiliya ilə mübarizə aparırlar. Lakin bütün bunlara baxmayaraq Lolita həmin xanım Mizulinanın fəaliyyətini yüksək qiymətləndirmişdi.[23][24] 2017-ci ildə "Exo Moskvı " radiosunun dinləyicilərinin suallarını cavablandıran sənətçi Rusiyada LGBT-lərə qarşı ayrı-seçkilik barədə məlumatı "kobud şəkildə şişirdilmiş" adlandırıb, homoseksual dostlarından heç birinin təqib olunmadığını və qəbul edilmiş qanunlara etiraz etmədiyini qeyd edib. O, Avropa ölkələrindəki vəziyyəti tənqid edib. Bundan əlavə, Milyavskaya Ukraynanın hakimiyyət orqanlarına, mediasına və dövlət siyasətinə mənfi münasibətini də bildirmişdi.[25]

2020-ci ilin avqustunda o, Belarus etirazları zamanı zorakılığı kəskin şəkildə pislədi və Aleksandr Lukaşenkonu mühakimə etmək üçün tribunal yaratmağa çağırdı.[26]

2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Milyavskaya müharibə haqqında danışmadı, yalnız Kiyevdəki ailəsi üçün narahatlığını bildirdi.[27] Daha sonra o, Rusiyanın Ukraynaya hücumunu dəstəklədi.[28][29] 2022-ci ilin aprelində atəşləri dayandırmağı, nasistlərlə məşğul olmağı və ölkədə sülhün bərqərar olmasını arzuladı[30], noyabrda bildirdi ki, özünü öz ölkəsində yaxşı hiss edir.[31]

7 yanvar 2023-cü ildə Milyavskaya Krımı və şərqi Ukraynanın bir hissəsini işğal edən, Krımı Rusiya Federasiyasının bir hissəsi kimi tanıyan terrorçuları dəstəklədiyinə görə Ukraynanın sanksiya siyahısına daxil edilib.[32][33] Sanksiyalar aktivlərin bloklanmasını, kapitalın çıxarılmasının qadağan edilməsini, özəlləşdirmədə iştirakın qadağan edilməsini, Ukraynanın dövlət mükafatlarından və titullarından məhrum edilməsini nəzərdə tutur.[34]

  1. 1 2 Lolita Miljavskaja // Česko-Slovenská filmová databáze (çeş.). 2001.
  2. 1 2 3 Дмитрий Скаво. "Мама — Лолите: «Если бы папа был жив, он бы тебя ненавидел!»". // taini-zvezd.ru. 27 апреля 2011 года. 2011-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-28.
  3. Лолита устроила маме праздник в честь юбилея. — На 70-летии Аллы Горелик отплясывали все друзья, соседи и 13-летняя внучка Е (20 января 2013 года)
  4. 1 2 3 "Лолита Марковна Милявская. Биография". // russia-star.ru. 2011-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-28.
  5. 1 2 Маленькая Лолита посыпала пшеном лысины прохожих. // archive.li
  6. Борис Гордон. "Доктор Лолита. Пусть ЖЕНЩИНЕ помогут! — Известная певица предложила создать у нас сеть антикризисных центров для разведённых". Журнал «Огонёк» // ogoniok.com. 2001 год. 2013-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-12.
  7. 1 2 http://www.peoples.ru/art/music/pop/lolita/interview5.html
  8. Уварова Е. Д. Эстрада в России. XX век. Энциклопедия. 2004. ISBN 5-224-04462-6.
  9. "Телелидеры. Ток-шоу про жизнь". 25 октября 2006 года. 2017-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-05.
  10. "Лолита Милявская: "Я не против суррогатного материнства. Просто не могу себе этого позволить"". KP.UA (rus). 2020-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-13.
  11. "Лолита о пластике, наркозависимости, диетах, геях, Крыме и Навальном // А поговорить?." (rus). 2023-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-23.
  12. "ЛОЛИТА - роман с бандитом. Измены. Респект Инстасамке. ЧБД / 50 вопросов" (rus). 2023-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-23.
  13. "Лолита — о самом тяжелом разводе, алкоголе, эйджизме, перезапуске карьеры и концерте для Лукашенко" (rus). 2023-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-23.
  14. "Лолита. Путин, Зеленский, вербовка, Крым, Донбасс, Соловьев, Цекало, психушка. "В гостях у Гордона"" (rus). 2023-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-23.
  15. "В «Душе и теле» Лолита показала новый «Формат»". // gay.ru. 24 jrnz,hz 2005 ujlf. 2012-06-03 tarixində arxivləşdirilib.
  16. Роман Попов. "Лолита: «В гробу хочу лежать в длинном чёрном платье»". // taini-zvezd.ru. 21 ноября 2011 года. 2012-11-09 tarixində arxivləşdirilib.
  17. "Лолита: «Считайте меня геем — я люблю мужчин»". Официальный сайт газеты/ mk.ru. 25 октября 2007 года. 2013-01-05 tarixində arxivləşdirilib.
  18. "Аудитории «НТВшников» мешают жить чиновники и пьяницы, а не геи". // gay.ru. 28 ноября 2011 года. 2012-06-10 tarixində arxivləşdirilib.
  19. "НТВшники: Может ли государство лезть в нашу постель?". Официальный сайт телекомпании «НТВ» // ntv.ru. 27 ноября 2011 года. 2012-02-29 tarixində arxivləşdirilib.
  20. "Российские знаменитости выступили против гомофобии". «Русская служба Би-би-си» // bbc.co.uk. 13 октября 2009 года. 2013-01-05 tarixində arxivləşdirilib.
  21. "Лолита Милявская: Когда националисты уничтожат геев, нам всем придет хана…". // gay.ru. 2 апреля 2013 года. 2013-04-05 tarixində arxivləşdirilib.
  22. "Санкт-Петербург. Пресс-конференция «Неделя против гомофобии: самое время сказать!»". Росбалт rosbalt.ru. 1 апреля 2013 года. 2013-04-17 tarixində arxivləşdirilib.
  23. Елена Чинкова. "Лолита спасает мужа из секты: Главаря посадит Мизулина, а я передам ему в камеру лосины!". Официальный сайт газеты// kp.ru. 2016-11-17. 2017-04-24 tarixində arxivləşdirilib.
  24. "Лолита встала на колени перед «хрупкой красивой» Мизулиной". Официальный сайт газеты «Московский комсомолец» // mk.ru. 10 апреля 2017 года. 2017-04-24 tarixində arxivləşdirilib.
  25. "Без купюр. Ответы Лолиты Милявской на ваши вопросы". Официальный сайт радиостанции echo.msk.ru. 27 апреля 2017 года. 2021-01-22 tarixində arxivləşdirilib.
  26. "Певица Лолита: «В Беларуси должен пройти трибунал над Лукашенко»". 21 августа 2020 года. 2020-08-21 tarixində arxivləşdirilib.
  27. "Самое страшное утро в жизни Россия напала на Украину. Чтобы описать происходящее, не хватает слов. Вот что говорят об этом Земфира, Иван Дорн, Юрий Шевчук и другие — Meduza". web.archive.org. 2022-03-02. 2022-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-11.
  28. "Исчезают с афиш: как в Казахстане отменяют концерты «Z-батальона»". Крым.Реалии (rus). 2023-02-21. 2023-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-02.
  29. ""Я автоматически вышла замуж за Россию": уроженка Украины Лолита заявила, что предана "своей стране"". Otkrito.lv (rus). 2023-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-11.
  30. ""Мне лишь бы не стреляли, не убивали и решили вопрос с националистами": певица Лолита уверена — украинская родина ее предала". Девятый канал (rus). 2022-04-14. 2023-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-11.
  31. "ВИДЕО: Лолита вдруг вспомнила украинский и ответила на введенные против нее санкции". Otkrito.lv (rus). 2023-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-11.
  32. "МИЛЯВСКАЯ Лолита Марковна - биография, досье, активы". Война и санкции (rus). 2023-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-11.
  33. "Украина ввела санкции против Симоньян, Киселёва и ещё 117 человек". Радио Свобода (rus). 2023-01-07. 2023-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-07.
  34. "Украина ввела санкции против Басты, Валерии, Киркорова, Петросяна и Якубовича". Meduza (rus). 2023-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]