Lotto — İtaliyanın idman geyimləri istehsalı ilə məşğul olan şirkəti.
Lotto | |
---|---|
Lotto Sport Italia | |
Ümumi məlumatlar | |
Təsis tarixi | iyun 1973 |
lotto.it | |
Vikianbarda əlaqəli mediafayllar |
1973-cü ildə yaradılan "Lotto" şirkətinin baş ofisi Trevizo şəhərində yerləşir və dünyanın yalnız 4 ölkəsində – Braziliya, Avstraliya, Türkiyə və Ukraynada rəsmi filialı var. Hazırda bu şirkətin 25 peşəkar futbolçu (ən məşhurları – Petr Çex, Xulio Kruz, Marek Yankulovski, Luka Toni, Simone Perrotta, Qoran Pandev, Mirko Vuçiniç, Joan Kapdevilya, Momo Sissoko və b.), 32 peşəkar tennisçi (Xuan Karlos Ferrero, Teymuraz Qabaşvili, Dominik Xrbatı, Qaston Qaudio, Lukas Laçko, Françeska Skiavone və s.) ilə müqaviləsi var. Bundan əlavə, 11 futbol federasiyası (Kolumbiya, Kosta-Rika, Oman, Ukrayna, Panama və s.), Afrikada 3 (“Raca Kasablanka” Mərakeş, “USM Aljir” Əlcəzair və s.), Asiyada 7 ("Ən-Nəsr" Səudiyyə Ərəbistanı, "Əl-Əyn" BƏƏ və s.), Avstraliyada 10 ("Kembltaun Siti" Avstraliya, "Uayteker Yunayted" Yeni Zelandiya və s.), Amerikada 39 ("Atletiko Mineyro" Braziliya, "San Lorenso" Argentina, "Kobreloa" Çili, "UNAM-Pumas" Meksika və s.) və Avropada 71 futbol klubu (“Soşo” Fransa, "Borrusiya" Mönxenqladbax, Almaniya, "Makkabi" Hayfa, İsrail, "Fiorentina", "Udineze", "Palermo" – hamısı İtaliya, "Rapid" Rumıniya, "Gəncləbirliyi" Türkiyə, "Arsenal" Kiyev, Ukrayna və s.) "Lotto" şirkəti ilə əməkdaşlıq və sponsorluq müqaviləsinə malikdir.[1][2][3]
Azərbaycanın Simurq klubu bu şirkətlə əməkdaşlıq edir.
Şirkət haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |