Lui de Fünes

Lui Jermen David de Fünes de Qalarza (fr. Louis de Funès; 31 iyul 1914[2][3][…], Kurbevua[d][1]27 yanvar 1983[2][3][…], Nant[1]) — Fransa kinosunun ən məşhur, komik aktyorlarından biri. Tamaşaçılarının yadında həddindən artıq çevik hərəkətləri, komik üz cizgiləri və hövsələsiz, bir yerdə qərar tuta bilməyən davranışı ilə qalıb.

Lui de Fünes
Lui Jermen David de Fünes de Qalarza
Doğum adı Louis Germain David de Funès de Galarra[1]
Louis Germain David de Funès de Galarza y Soto
Digər adı Fufu
Doğum tarixi
Doğum yeri Kurbevua, Fransa Fransa
Vəfat tarixi (68 yaşında)
Vəfat yeri Nant, Fransa
Vəfat səbəbi ürək tutması
Milliyyəti Fransız
Vətəndaşlığı
Fəaliyyəti Aktyor
Fəaliyyət illəri 1945–1982
Boyu 164 sm
Mükafatları "Fəxri Legion" ordeninin Zabit dərəcəsi
IMDb ID0000086
İmzanın şəkli
louisdefunes.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1914-cü il iyulun 1-də Paris ətrafında yerləşən Kurbevuada ispan və portuqal əsilli zadəgan ailəsində anadan olmuşdur. Lui balaca ikən atası 3 uşaqlı ailəsinin pullarını götürərək qaçır. Lui karyerasına pianoçu və caz ifaçısı kimi başlayıb. Boyu 164 sm çəkisi 55 kiloqram olduğu üçün orduya çağrılmır. Kinoda özünü ilk dəfə 30 yaşında 1945-ci ildə sınayıb. Ona uğur gətirən 40 yaşında çəkildiyi "Blero" obrazını canlandırdığı "Yaxalanmayıbsa, oğru deyil" filmidir.

Yaratdığı obrazlar dünyanın hər yerində – vətəni Fransadan əlavə, keçmiş Çexoslovakiya, İspaniya, Almaniya, Belçika, keçmiş Yuqoslaviya, Niderland, İtaliya, Yunanıstan, Polşa, Rumınya, Bolqarıstan, Livan, İsrail, Türkiyə və keçmiş Sovet İttifaqında həddindən artıq sevilirdi. Amma ingilis dilli ölkələr istisna təşkil edirdi. O ABŞ-da yalnız 1974-cü ildə ekranlara çıxan "Ravvi Yakubun ağlasığmaz sərgüzəştləri" adlı kinosu ilə qəbul olunur. Bir aktyor kimi ciddi rolların da öhdəsindən məharətlə gəlməsinə baxmayaraq dünya tamaşaçıları böyük aktyoru inanılmaz dərəcədə çevik hərəkətləri və böyük ustalıqla nümayiş etdirdiyi saysız-hesabsız və komik üz cizgiləri ilə xatırlayır.

  1. "Barbizon aldanma" - 1946
  2. "Antuan və Antuanetta" - 1947
  3. "Altı itirilmiş saatı" - 1947
  4. "Dü Geklen" - 1949
  5. "Mən yalnız səni sevirəm" - 1949
  6. "Ünvanı naməlumdur" - 1950
  7. "Bonifas-somnambula" - 1950
  8. "Görüşümüzədək, cənab Qrok" - 1950
  9. "Oyunçular" - 1950
  10. "Dəvə üçün daha asandır" - 1950
  11. "Qanunsuz küçə" - 1950
  12. "Çətir altında məhəbbət" - 1951
  13. "Cavan çempionlar" - 1951
  14. "Mənim arvadım çox gözəldir" - 1951
  15. "Zəhər" - 1951
  16. "Xoş dəlilik" - 1951
  17. "Canavarlar gecədə ova çıxırlar" - 1952
  18. "Cənab Leqinyon - fənərçi" - 1952
  19. "Cənab Taksi" - 1952
  20. "Məhəbbət - günah deyil" - 1952
  21. "O və mən" - 1952
  22. "Paris bül-büllər" - 1952
  23. "Kapitan axmaq" - 1953
  24. "Aprel balığı" - 1954
  25. "Ax! Bu gözəl vakxankalar" - 1954
  26. "Qardaşlıq" - 1954
  27. "Kraliça Marqo" - 1954
  28. "Bulon meşəsin korsarları" - 1954
  29. "Mademuazel Nituş" - 1954
  30. "Kişilər ancaq bu barədə fikirləşirlər" - 1954
  31. "Çıxış yoxdur" - 1954
  32. "Atam, anam, qulluqçu və mən" - 1954
  33. "Ailəvi hadisə" - 1954
  34. "Xidmətçilər üçün pilləkən" - 1954
  35. "Yatan gözəl" - 1954
  36. "Cənab Bardın qəribə arzusu" - 1954
  37. "Helen Marimonun sirri" - 1954
  38. "Elə müxtəlif talelər" - 1954
  39. "Çörək otda" - 1954
  40. "Atasın quldur dəsətəsi" - 1955
  41. "Qusarlar" - 1955
  42. "Gün aydın, gülümsəmə" - 1955
  43. "Əgər bizə Parisin haqqında danışsaydılar" - 1955
  44. "Napoleon" - 1955
  45. "Dözülməz cənab naqqal" - 1955
  46. "Xışıltı" - 1955
  47. "Küçələrin qanunu" - 1955
  48. "Kiçik beyin" - 1955
  49. "Atam, anam, arvadım və mən" - 1956
  50. "Parisdən" - 1956
  51. "Tutulmayan oğru deyil" - 1957
  52. "Tamamilə vaxtsız" - 1958
  53. "Taksi, bağlama və korrida" - 1958
  54. "Toto Madriddə" - 1959
  55. "Vendetta" - 1961
  56. "Kapitan Frakass" - 1961
  57. "Gözəl amerikalı" - 1962
  58. "Epsomlu centlmen" - 1962
  59. "Şeytan və on dini hədis" - 1962
  60. "Biz Dovilə gedərik" - 1962
  61. "Sadədil" - 1962
  62. "Bankı partladın!" - 1963
  63. "Pik-pik" - 1963
  64. "Zəncirvarı reaksiya / Karambol" - 1963
  65. "San-Tropeli jandarm" - 1964
  66. "Qutuda oyun" - 1964
  67. "Kişilərin arasında siçan / Qadın rəhbərliyindən altında / Qəribə başçı" - 1964
  68. "Fantomas" - 1964
  69. "Jandarmlar Nyu-Yorkda" - 1965
  70. "Əyyaşlar" - 1965
  71. "Maymaq" - 1965
  72. "Bəxtəvərlər" - 1965
  73. "Fantomas qəzəblənir" - 1965
  74. "Böyük gəzinti" - 1966
  75. "Cənab Septimin restoranı" - 1966
  76. "Böyük tətillər" - 1967
  77. "Oskar" - 1967
  78. "Fantomas Skotland-Yarda qarşı" - 1967
  79. "Jandarm evlənir" - 1968
  80. "Balaca üzgüçü" - 1968
  81. "Döydürülmüş" - 1968
  82. "Donmuş" - 1969
  83. "Jandarmlar gəzintidə" - 1970
  84. "Orkestr-adam" - 1970
  85. "Co" - 1971
  86. "Dahilik maniyası" - 1971
  87. "Ağacın yuxarıya çıxarkən" - 1971
  88. "Ravvin Yakobun macəraları" - 1973
  89. "Ayaq ya qanad" - 1976
  90. "Jandarm və yadplanetlilər" - 1979
  91. "Dalaşma" - 1978
  92. "Xəsis" - 1980
  93. "Kələmlə şorba" - 1981
  94. "Jandarmlar və təcrübəçilər" - 1982
  1. 1 2 3 Fichier des personnes décédées.
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 Louis de Funès // filmportal.de. 2005.
  • Azərbaycan Sovet Ensiklopediyası. X cild. Bakı, 1987, səh. 18.  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]