Lutra sumatrana

Sumatra susamuru (lat. Lutra sumatrana) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin susamuru cinsinə aid heyvan növü.

Sumatra susamuru
Elmi təsnifat
Beynəlxalq elmi adı

Sumatra samurları 1,3 m uzunluğa və 7 kq çəkiyə sahib olurlar. Barmaqlar arasında üzmək üçün uyğunlaşmış pərdə vardır. Xəzi bel nahiyyəsində tünd-qəhvəyi, qarın nahiyyəsi isə bir az açıqdır. Alt çənə və dodaqları ağımtıl rəngdədir. Sifət ətrafı ərazilər tüklüdür.

Yayılma arealı Cənub-Şərqi Asiyadır. Ancaq arealın sərhədləri müəyyən edilməmişdir. Samurlar Tayland, Kamboca, Vyetnam, Malaziya, Bruney ərazisində yayılmışlar. Əsasən Sumatra və Borneo adalarında rastlanılırlar. Sumatra samurları bataqlıqlaşmış meşələrdə, çayların aşağı çaxarlarında, manqrov meşələrində, dəniz səviyyəsindən 300 metrə qədər olan ərazilərdə yayılırlar.

Taylandın cənubunda yayılmış samurların qidasının 85,5 % balıq, yedə qalanı isə su ilanları, kərtənkələlər, su tısbağaları, xırda məməlilər və böcəklər təşkil edir.

Boğazlıq dövrü 2 ay davam edir. Mekonq deltası rayonunda balalar əsasən noyabr-dekabr ayları doğulur.

  1. Integrated Taxonomic Information System (ing.). 2003.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0