Lvovun tarixi hissəsi və ya Lvovun tarixi mərkəzi yaxud Köhnə şəhər (ukr. Ансамбль історичного центру Львова, Старе місто) — UNESKO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmiş Ukraynanın Lvov şəhərinin mərkəzi hissəsindəki ərazi. Ərazi 1975-ci ildə Dövlət Tarix-Memarlıq Yasaqlığı statusu alıb.[1]
Lvovun tarixi hissəsi | |
---|---|
49°50′30″ şm. e. 24°01′55″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Lvov |
Tikilmə tarixi | 1975 |
Vikianbarda əlaqəli mediafayllar |
1998-ci il noyabrın 30-dan dekabrın 5-dək Kiotoda (Yaponiya) keçirilən YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 22-ci konfransında Lvov Ümumdünya İrs Saytı kimi qəbul edilib.[2] YUNESKO Komitəsi Lvovun Ümumdünya İrs Siyahısına daxil edilməsi və YUNESKO-nun belə meyarlarına uyğunluğu üçün aşağıdakı səbəbləri təqdim etmişdir:
Tarixi mərkəzin ansamblının ərazisi 120 hektar Kiyev Rus dövləti və Lvov şəhərinin orta əsrlər hissəsindən, həmçinin Svyatoyurskaya təpəsindəki Müqəddəs Georgi kafedralının ərazisindən ibarətdir. Kafedral ansamblı Ukrayna torpaqlarının bədii mədəniyyətində xüsusi yeri tutur, həmçinin ona görə ki, o indiyə kimi öz divarlarında müxtəlif dövrlərin bir çox görkəmli tarixi və bədii abidələrini gizlədir və öz dövrü üçün ən nümayəndə və əhəmiyyətli sayılabiləcək relikviyaları mühafizə edir. Ancaq, bir sıra tarixi səbəblərə görə, relikviyaların əksəriyyəti hal-hazırda kilsə xaricindədirlər: hal-hazırda bu əşyalar Andrey Şeptitski adına Milli muzeydə, Onufriyevski monastırın arxiv fondlarında, Lvovdakı Ukraynanın mərkəzi dövlət tarix arxivi və Vasili Stefanika adına Lvov elmi kitabxanasında saxlanılır. Tarixi Mərkəzin ansamblının bufer zonası tarixi ərazinin hüdudları ilə müəyyən edilir və 3000 hektara yaxındır.[3]
Üç əsas ərazinin sadalanan maddələrindən başqa, İçərişəhərin ərazisində təxminən 2007 digər tarixi abidə var ki, onlardan 214-ü milli səviyyəli hesab olunur.
Lvovun Tarixi Mərkəzinin abidələrinin mühafizəsi iki nazirlik - Regional Tikinti Nazirliyi və Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir.[4] Xüsusi statusun olmasına baxmayaraq, mədəniyyət abidələri çox vaxt onlara sahib olan vətəndaşlar, müəssisələr, kilsə təşkilatları tərəfindən yenidən qurulur.[4] Bu da ilkin görünüşünün və ya interyerinin dəyişməsinə səbəb olur. Qoruğun ərazisində tarixi mühitə dissonans gətirən yeni tikililər də meydana gəlir.[4][5] YUNESKO ilə müqavilələrin pozulması Lvovun tarixi mərkəzinin Ümumdünya İrs siyahısından çıxarıla biləcəyi təhlükəsinə səbəb olur.[6]
Lvovun yeni baş planına əsasən, şəhərin tarixi hissəsinə, ilk növbədə Sredmiescie bölgəsinə nəqliyyatın girişi məhdudlaşdırılmalıdır.[7]