Müqəddəs Georgi kafedralı

Lvov şəhərindəki Müqəddəs Georgi (Yur) arxikafedral kilsəsi (ukr. Архикатедральний собор святого Юра у Львові) və ətrafındakı Müqəddəs Bazilian ordeni Böyük Bazili Ordeninin tikililəri ilə birlikdə Ukrayna yunan-katolik kilsəsinin (UYKK) Qalisiya mitropoliyasının tabeliyində olan binadır; barokko-rokoko üslubunda inşa edilmiş (inşası 1744–1762-ci illərdə həyata keçirilmişdir) və ifadəli milli bəzək elementləri ilə bəzədilmiş monumental memarlıq ansamblı yerli yunan katoliklərin əsas ziyarətgah yeri hesab edilir. Katedral 19-cu və 20-ci əsrlərdə kafedral Ukrayna Yunan Katolik Kilsəsinin (Şərqi Katolik Kilsələri) ana kilsəsi kimi xidmət etmişdir.

Müqəddəs Georgi Arxikafedral kilsəsi
Архикатедральний собор Св. Юра
Xəritə
49°50′19″ şm. e. 24°00′47″ ş. u.HGYO
Ölkə  Ukrayna
Şəhər Lvov
Yerləşir Müqəddəs Yura (Georgi) meydanı №5
Aidiyyatı Yunan-Katolik kilsəsinin Qalisiya yeparxiyası
Memar Bernard Meretin, İvan Georgi Pinzel (heykəltaraş)
Sifarişçi Atanasiy (Afanasi) Şeptitski
Tikilmə tarixi 1744-1762
Üslubu BarokkoRokoko
Vəziyyəti fəaliyyət göstərir
Rəsmi adı: L'viv – the Ensemble of the Historic Centre
TipiMədəni
Kriteriyaii,v
Təyin edilib1998
İstinad nöm.865
DövlətUkrayna
RegionAvropa
İstinad nöm.46-101-1986
KateqoriyaKilsə
ƏhəmiyyətiDünya əhəmiyyətli
Müqəddəs Georgi kafedralı (Lvov)
Müqəddəs Georgi kafedralı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kafedral kilsə Müqəddəs Georgi dağının ən yüksək nöqtəsində yerləşir. Kilsənin yaxınlığında eyniadlı meydan yerləşir. Bundan başqa kafedral dəniz səviyyəsindən təxminən 321 metr yuxarıda yerləşir.[1]

1998-ci ildə Lvovun tarixi mərkəzinin ansamblı ilə birlikdə, Müqəddəs Georgi kafedralı UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdir. Kafedral kilsə geniş kompleksin tərkib hissəsidir; barokko üslubunda inşa olunmuş kafedraldan başqa, burada həmçinin rokoko üslublu füsünkar zəng qülləsi (tikintisi 1341-ci ildə başlamışdır), klassisizm üslublu və iki portikli Mitropolit palataları (1761–1762), Kapitul evi, teraslaşdırılmış pilləkən sırası, kafedral həyətindəki iki triumfal giriş qapısı (1771) və bəzəkli hasarlar, eləcə də Kapitul evinin ətrafındakı divarlarhökmdar bağı (1772) yerləşir.

Müqəddəs Georgi kafedralının çox əsirlik memarlıq tarixini, onun əsas tikintisinin tarixinə əsasən şərti olaraq iki böyük dövrə bölmək olar. Birinci dövr demək olar ki, min ildən bir qədər az zaman kəsiyi boyunca davam edirdi, yəni rahiblərin məskunlaşdığı evin tikintisinin başlanğıcından təxminən XVIII əsrin ortalarına qədər — məhz həmin dövrdə köhnə kilsə dağıdılmışdır. İkinci dövr yeni kilsənin tikintisi ilə başlamışdır; bu bina gələcək ansamblın məqsədyönlü formalaşmasında aparılan hesablamanın yeni nöqtəsi olmuşdur. İnşaat işləri XIX əsrdə tamamlanmışdır (məhz həmin dövrdə hazırda kompleksdə mövcud olan sonuncu köməkçi tikili inşa edilmişdir).

Qədim əfsanəyə görə, insanlar bu əraziyə təxminən 1280-ci ildə məskunlaşmışdılar. O zamanlar bu ərazidə böyük mağara mövcud idi. Bu mağaranın süni və təbii şəkildə formalaşması indiyə qədər aydınlaşdırılmamışdır. Burada rahib Vasili (Vasilisk) xəlvətə çəkilir və arası kəsilməyən dualarda özünün yerdəki günahlarını təmizləyirdi. Bu əfsanə hələ qədim zamanlardan bəri sadə insanların dilində idi, ancaq salnamə şəklində, o ilk dəfə olaraq tədqiqatçı və Lemberq şəhərinin burqomistri Yuzef Bartolomey Zimoroviç tərəfindən XVII əsrdə yazılmışdır.

" O vaxtlar amansız və rəhmsiz ruhlu knyaz Lev (Lyova), yunanlarda tez-tez təcrübədən keçirildiyi kimi, cavanlıqda qayğısız həyat tərzi sürərmiş, yaşlaşdıqdan sonra isə, o, könüllü olaraq rahib olmağa qərar verir və saçlarını kəsir. O, dağın ətəklərində yerləşən və ətrafı tikanlı göyəm ağacları ilə dolu olan bir mağarada məskunlaşır. Uzun müddət tənha yaşadığından, o, çox arıqlayır, dizinə kimi uzanan böyük saqqalı isə, bədəninin çılpaqlığını xalça və ya qalxan kimi gizlədirdi. Lev insandan çox favna bənzəyirdi. Bu cür gündəlik əzablarla, o, özünün qeyri-insani qəddarlığını Tanrıdan bağışlatmışdır. O dövrün çağdaş insanlarının dediyinə görə, Levin hakimiyyət dövründə Sudomir şəhərində dəhşətli qətliyam hadisəsi baş vermiş və bir çox əsir düşmüş insanların boğazı vəhşicəsinə kəsilmişdir. Vasiliskin məsləhəti ilə, Lev həmin o təpənin yuxarısında fıstıq ağacından kiçik bir kilsə inşa etmiş və həmin ərazini monax hücrələri ilə haşiyələmiş və müqəddəs Yurinin himayəsi altına vermişdir. Qədim inanclara əsasən, Yura cəhənnəm kabusları ilə mübarizə aparan və polyaklarla daim savaşan müqəddəs qoşunun ağsaqqalı idi[2] "

Ukraynalı memar və sənətşünas Vladimir Yefimoviç Soçinskinin bildirdiyinə görə, sirli Vasilisk haqda bəhs edən bu əfsanədə qəribə şəkildə ayrı-ayrı hadisələr və şəxslər bir-biri ilə qarşımışdır. Həqiqətən də, qədim salnamələrdən məlum olur ki, knyaz Vasilko Romanoviç 1259-cu ildə şəxsi iradəsindən asılı olmayaraq Sudomir şəhərinə yollanan Monqol-Tatar sərkərdəsi Burundayanın düşmən dəstələrini müşayiət edirdi. Bu hadisə knyazın könüllü şəkildə yadellilərə təslim olmağa məcbur olması və hətta Vladimir-Volınski şəhərinin müdafiə divarlarını yandırmasından sonra baş vermişdir.[3] Mənbənin məlumatına görə tatarların Sudomirə yürüşü nəticəsində şəhərin bütün sakinləri həlak olmuşdu. Lakin, şübhəsiz ki, knyaz əfsanədə göstərilən tarixdən daha əvvəl, 1269-cu ildə vəfat etmiş və Xelm şəhərinin mərkəzində yerləşən Müqəddəs Tanrı anası məbədində dəfn edilmişdir.[4] Məhz buna görə də, sirli Vasiliskin şəxsiyyəti müxtəlif və çoxmənalı izah etmələrə malikdir. Məsələn, polşalı tədqiqatçı A. Çolovski tarixçi İsidor Şaraneviçin ardınca əfsanəvi Vasiliski "Troydenovanın oğlu Lavriş Rimont" olaraq identifikasiya etmişdir.[5]

Müqəddəs Georgi dağında birinci kilsənin inşası barəsində bəhs edən digər versiyalar da mövcuddur. Xüsusi olaraq daha inandırıcı versiya mövcuddur ki, Georgi kilsəsinin və ətrafındakı geniş monastırın əsasını Qalisiyalı knyaz Lev Daniloviç qoymuşdur; o, Haliç şəhərindən (indiki İvano-Frankovsk vilayətində yerləşən şəhər) atası Daniil Romanoviçin qalıqlarını həmin bu dini kompleksə köçürmüşdür[6]. Poltva çayının əks sahilində yerləşən Qəsr dağı ilə müqayisədə, müqəddəs Georgi dağının qeydə alınmış nisbi və mütləq hündürlüyü, eləcə də tikinti üçün yararlı ümumi ərazisi o qədər də böyük deyildi. Bununla belə, Martin Qruneveqin məlumatına görə (o bu məlumatı yaşlı insanlardan eşitmişdir), Lvov qəsrinin inşası zamanı məhz bu dağ knyaz xidmətçilərinini diqqətini cəlb etmişdir. Daha sonra knyazın sərəncamına uyğun olaraq burada müqəddəs Georgi (Yur) şərəfinə daş kilsənin əsası qoyulmuşdur. M. Qruneveq hətta belə bir nəticə çıxartmışdır ki, "… Yur kilsəsi əks tərəfdə yerləşən qəsrdən sonra şəhərin ikinci binası idi".[7]

Monastırın başqa güman edilən banilərinin arasında həmçinin knyaz I Yuri Lvoviçin də adı hallanır, amma bu versiyalardan birinin birmənalı sənədli təsdiqi və ya sübutu yoxdur.[8]

İthafa gəlincə isə, bir çox tədqiqatçılar birmənalı olaraq kilsənin elə əvvəlcədən müqəddəs Georginin adı ilə bağlı olduğuna və inşaat işlərindən sonra məhz onun şərəfinə təqdis edildiyinə əmin idilər. Buna baxmayaraq, məbəd-memarlıq nümunələrinin tarixçələrinə nəzər yetirsək, fərqli dövrlərdə və müxtəlif şərait səbəbindən, xüsusilə də konfesiyaların dəyişdirilməsi zamanı baş verən təkrar təqdisetmə ənənələrini görmək olar. Ümumiyyətlə, müqəddəs Georgi naminə yaradılmış kilsələr pravoslavların və yunan-katoliklərin arasında kifayət qədər geniş yayılmışdır. Buna həmçinin Lvov yeparxiyasının tabeliyində olan və şərq üslubunda dini mərasimləri keçirən kilsələrin statistik tədqiqatları şahidlik edir.[9]

Yeni tədqiqatçı İ. Mitskonun fikrincə, QalitsQalisiya vilayətinin knyazı II Yurinin (daha doğrusu Boleslav Troydenoviçin) 7 aprel 1340-cı ildə öldürülməsi (o, qalitsQalisiyaarlar tərəfindən zəhərlənmişdir. Versiyalardan birinə görə, onu katolisizm dininə həddindən artıq meyl göstərdiyinə və bu dini bütün Ukrayna ərazisinə yaymağa çalışdığına görə zəhərləmişdilər) məhz müqəddəs Georgi kilsəsində baş vermişdir.[10] II Yurinin ölümündən dərhal sonra, Polşa kralı III Kazimir Lvov şəhərini işğal edir. Hücum zamanı, qədim əfsanələrə görə, böyük yanğının atəşində müqəddəsin Yurun birinci məbədi yanır və məbədin məhv olmasından əvvəl monastır rahibləri sanki qısa bir müddət ərzində hücum etmişlərdən qorunurdular, amma mübarizə edən tərəflərin gücləri təbii ki bərabər deyildi.[11] Başqa müəlliflər isə, heç bir faktlarla öz təsdiqini tapmamış bu informasiyanı uydurma hesab edir və Lvov şəhərində həmin dövrdə baş vermiş genişmiqyaslı dağıntıların məsuliyyətini Qalisiyalığının mirasına iddia edən litvalı ordu dəstələrinin üzərinə qoyurlar.[12]

Müqəddəs Yur (Georgi) kilsəsinin faktiki mövcudluğunun birinci danılmaz sübutu, indiyə kimi baş kilsənin zəng qülləsində yerləşən və mis materialdan hazırlanan cingiltili zəngin üzərindəki memorativ şəkildə təqdim edilmiş yazılı informasiyanı hesab etmək olar. Qədim kiril əlifbası ilə yazılmış mətndə deyilir:[13]

" 6849-cu ilin (yeni təqvimlə 1341) yayında müqəddəs Yur zəngi iqumen Yevfimi tərəfindən knyaz Dmitri üçün hazırlanmış və Skora İakov tərəfindən bəzədilmişdir. "

Bu əmrdən ən azı iki əhəmiyyətli nəticə çıxartmaq olar: birincisi, knyaz Dmitrinin adının yada salınması, kilsə zənginin istehsalında onun ehtimal olaraq, bilavasitə patron və ya ianəçi rolunda iştirakını göstərir, ikincisi isə, xronologiya nöqteyi-nəzərindən bu informasiya onu göstərir ki, Kazimirin müdaxiləsindən bir il sonra, kilsə iqumen Yevfiminin başçılığı altında və monax evinin nəzdində öz fəaliyyətini davam edirdi.

Bir sıra tədqiqatçılar birinci kilsənin məhz taxtadan inşa edilməsi ilə razılaşmırlar. Xüsusi olaraq Y. Dıba tərəfindən təfsilatı ilə əsaslandırılmış başqa bir versiya mövcuddur: birinci kilsə taxtadan inşa edilməmişdir, əksinə o, yonulmuş daş blokların köməyi ilə dağın başında hörülmüşdür.[15]

Köhnə kilsə bir neçə dəfə dağılmaya və nəzarətsiz yenidən qurmalara məruz qalmışdır. Belə ki, M. Qruneveq hələ XVII əsrin əvvəllərində öz xatirə kitabçasında bunları yazmışdır: "Mənim vaxtımda o tamamilə yenidən qurulmuşdur". Tarixçi və rahib A. Petruşeviçin yazılarından məlum olur ki, kilsə tez-tez müxtəlif cür təbii fəlakətlərin qurbanı olurdu: "Pasxa bayramının birinci bazar günü, qəfil ildırım çaxdı və o müqəddəs Yur kilsəsinin xaçına və xaçın quraşdırıldığı daşa vurdu və o (yəni ildırım) kilsənin obrazları yandırdı, mərkəzdə yerləşən yüksək taxtı isə iki hissəyə parçaladı".[16] Həmçinin bildirilirdi ki, "…1643-cü ildə […] müqəddəs Yur kilsəsi yanır, 1648-ci ildə isə, Lvov şəhərini düşmən ordusundan mühafizə edən yerli sakinlər bir yerə toplaşaraq, mərkəzdən kənarda yerləşən bütün tikililəri yandıraraq məhv edirlər… müqəddəs Georgi kilsəsinin içərisində ölənə qədər döyülmüş 54 insanın meyiti aşkarlanır. Onların içərisində bir tatar əsilli insan da vardı ki, onu da yerlilər taxtın üstünə ataraq qətlə yetirmişdilər…".[17] Həmçinin məlumdur ki, ətraf ərazilərə 1672-ci ildə yürüş edən Osmanlı ordusu kilsəyə əhəmiyyətli dərəcədə ziyan vurmuşdular.

Karl Auer — Müqəddəs Georgi kafedralı, 1837. Rəsm əsərində kafedralın cənub və qərb fasadları, ətrafındakı yaşayış yerləri, ön planda isə kafedral bağı təsvir edilmişdir.

Qədim ədəbi mənbələrdə müqəddəs Yura ithaf olunmuş daş kafedralın inşası barəsində ilk yazılı qeydlər, XVII əsrdə yaşamış məşhur lvovlu müşavir, tarixçi və burqomistr Bartolomey Zimoroviçin "Leopolis Triplex" (Üçqat Lvov) adlı əsərində vardır; bu əsəri həmçinin bəzən şərti olraq "Zimoroviçin xronikaları" da adlandırırlar. Xronikanın müəllifi mətnin müxtəlif yerlərində kilsənin tikintisi haqqında məlumat verir (həmin mətndə iki müxtəlif tarix — əvvəlcə 1363, daha sonra isə 1437-ci il göstərilmişdir). Tripleks əsərində müqəddəs Yur barəsində əlavə xatırlamalar da təqdim olunmuşdur.[18]

Məlumdur ki, Zimoroviç qədim zamanlarda baş vermiş bu hadisələrin şahidi deyildi, buna görə də onun əməyi istənilən kompilyativ xronika olaraq təbii ki, yanlışlıq və səhvlərdən məhrum olmamışdır. Bundan başqa, B. Zimoroviçin tərtib etdiyi xronikanın başqa bir yerdə aşkar edilmiş və daha gec tarix altında (daha dəqiq 1437-ci ildə) təqdim edilmiş təxmini analoji məlumatları, müqəddəs Yur köhnə kilsəsi barəsində göstərilmiş bu cür şübhələrin xeyrinə ola bilərdi:

" Erməni icması üçün və müqəddəs Yur şərəfinə iki kilsə inşa edilir. Ermənilərrusinlər eyni memarın xidmətlərindən istifadə edərək, o dövrdə eyni ölçüdə və görünüşdə olan və bir-birinə kifayət qədər çox bənzəyən kilsələr tikirdilər. Ermənilər göylərə qucaq açmış müqəddəs Məryəmin şərəfinə təqdis edilmiş kilsəni şəhər divarlarının daxilində, rusinlər isə əksinə, xalqın pərəstiş etdiyi müqəddəs Yurun şərəfinə müqəddəsləşdirilmiş böyük kilsəni şəhərin lap çıxacağında inşa edirlər.[19] "

Xronikalaşdırılmış bu iki təqdimatda qəti həqiqəti, təhrif və ya əsassız ehtimallardan ayırd etmək çox çətin və praktiki olaraq qeyri-mümkündür. Ona görə də B. Zimoroviçin əsərindəki bu iki ziddiyyətli məlumatlar, daha sonralar tədqiqatçı və şərhçilər tərəfindən müxtəlif cür izah edirlidi.

Burada iki nöqteyi-nəzər üstünlük təşkil edir. Hələ XIX əsrdə Denis Zubritski tərəfindən tərtib edilən məşhur "Lvov şəhərinin xronikası" adlı əsərdə formalaşmış birinci versiya bir çox tarixçilər tərəfindən müsbət qarşılanmışdır və o, bu fəraziyyəyə əsaslanırdı ki, B. Zimoroviç öz xronikasında yanlışlığa yol verərək, eyni hadisəni müxtəlif tarixlərlə təkrarlamışdır. O, səhih tarix olaraq yalnız birinci versiyanı yəni 1363-cü ili doğru hesab edirdi. 1437-ci ilə aid edilən ikinci versiya isə, D. Zubritski tərəfindən eyni hadisə haqqında bəhs edən məlumat olaraq qiymətləndirilir və məhz buna görə də onun tamamilə yanlış olduğunu hesab edilirdi.[20] Daha sonralar D. Zubritskinin fərziyyəsi Vladislav Lozinskinin "Lvov şəhərinin incəsənəti XVI–XVII əsrlərdə. Memarlıq və Heykəltəraşlıq" adlı kitabında dəstəklənmişdir. Bundan başqa o, hələ XIX əsrdən bəri sabit qalmış informasiyanı təkrarlayaraq bildirirdi ki, məhz bu iki kilsə (müqəddəs Georgi və Erməni kilsəsi) şəhər üçün əlamətdar tarix olan 1370-ci ildən sonra inşa edilmiş ilk çoxmərtəbəli binalar idilər. Ayrıca olaraq qeyd olunurdu ki, hər iki kilsə yalnız bir memarın yaradıcılıq məhsulu olmaqdan başqa, həmçinin B. Zimoroviçin sözlərinə görə quod schema unifonne fabricae utrinsque facit manifestuin tərzində bir-birinə yaxınlaşdırılmışdırlar (yəni eyni konstruktiv quruluşa və zahiri görünüşə malik idilər).[21] Bu cür dirəmə, müqəddəs Georgiyə həsr olunmuş kilsənin memarlıq görünüşünün təxmini təsviri üçün müəyyən əsaslar verirdi, çünki qədim erməni kilsəsi çox yaxşı formada qorunub saxlanılmışdır və həm müqayisə, həm də müəyyən memarlıq nəticələrinin çıxardılması üçün real obyekt olaraq xidmət göstərə bilərdi. "Üçqat Lvov" əsərinin ən yeni tərcüməsini etmiş İ. Mitsko da öz şərhlərində həmin bu versiyaya tərəfdar çıxdığını bildirirdi.[22]

Digər tədqiqatçıların müxtəlif versiyaları bir yerə toplanaraq, ilk dəfə "Müqəddəs Georgi xronikaları" ("Əməllər kitabı…")[23] adlı kitabda dərc edilmiş və daha sonralar dəfələrlə V. Soçinski,[24] İ. Kripyakeviç,[8] V. Vuytsik və başqa alimlərin əsərlərində təkrarlanmışdır.[25] B. Zimoroviçin xronikasında verilmiş hər iki ismarıcını bu tədqiqatçılar real hadisələrlə əlaqələndirirdilər. Bununla birlikdə, onlar əsaslandırılmış izahatları tələb edirdilər. Burada izahatın mahiyyəti ona yaxınlaşır ki, B. Zimoroviç xronikalarında müqəddəs Georgi kilsəsinin tarixinin iki müxtəlif anı qeyd edilmişdir: 1363-cü ildə yeni tikilinin inşasına start verilmiş, 1437-ci ildə isə, tikinti işlərinin davamı üçün əlverişsiz çox illərdən sonra o, nəhayət tam şəkildə tamamlanmışdır. V. Siçinski (başqa mənbələrdə Soçinski) tədqiqatçı Zimoroviç tərəfindən göstərilmiş bu iki müxtəlif tarixçənin bir-biri ilə uyğunlaşdırılması imkanından başlayaraq, hətta müqəddəs Georgi monastırında rahiblik etmiş və guya məbədin ağır və uzun müddətli tikintisi ilə növbə ilə məşğul olmuş qədim iqumenlərin konkret adlarına qədər bütün xırdalıqları özünün "Lvov şəhərindəki müqəddəs Georgi kafedrasının memarlığı" adlı monoqrafik əsərində qeyd etmişdir. Burada iqumenlər Yevfimiy, Parteniy, Gedeon və Lavrentinin adları qeyd olunmuşdur.[26] Tarixçələrin süni bölünməsi zamanı yaranan müəyyən mövhumat hissi, eləcə də tikinti işlərinin başlanğıc və sona ayrılması asan şəkildə gözdən keçirilir, çünki Zimoroviçin xronikasındakı mətnlərdə belə bölmə üsulları görünmür. Ancaq qeyd etməyə dəyər ki, hətta qəti inkar üçün də burada kifayət qədər əsas yoxdur.

Hogenberq panoraması.
Abraham Hogenberq tərəfindən 1616-cı ildə işlənmiş Lvov (Leopolis) şəhərinin panoramasında Müqəddəs Georgi kafedralını da görmək mümkündür.
Karl Auer - Müqəddəs Yura (Georgi) kafedralı yaxınlığında yarmarka, 1846-1847.

Birinci daş kilsənin tikintisi, eləcə inşaat işlərinin başlanğıcı və tarixin təyin edilməsi haqqında öz xüsusi mövqeyini Polşa tədqiqatçısı T. Mankovski V. Siçinskinin monoqrafiyasına etdiyi kritik resenziyada bildirmişdir.[27] B. Zimoroviçin işlərindəki faktoqrafik dəqiqliyi şübhə ilə qiymətləndirən və eyni zamanda Lvovda erməni icmasının hələ qədim zamanlardan bəri fəaliyyət göstərməsi ilə bağlı daha az məlum olan sənədli mənbələri istifadə edən Mankovski, 1363-cü ili erməni kilsəsinin tikintisinin başlanğıcı kimi yox, əksinə tamamlanması kimi müəyyənləşdirmişdir. Bununla da o, bir zamanlar Zimoroviç tərəfindən səsləndirilmiş "tikinti işlərinin icra edilməsinin sinxronizmi" nəzəriyyəsini şübhə altına qoyur və iki kilsənin prinsipial memarlıq qohumluğunu inkar edir.

Ehtiyat tədbirlərin icrasına baxmayaraq, məhz B. Zimoroviç tərəfindən səsləndirilmiş informasiya müqəddəs Georgiyə ithaf olunmuş ilk daş kilsənin təxmini memarlıq xarakteristikasının tədqiq edilməsi üçün səbəb oldu. Qədim Müqəddəs Yur məbədi və Erməni məbədi arasındakı yaxın analogiyanı nəzərə alan tədqiqatçıların bir çoxu qeyd edirlər ki, ola bilsin, ilk daş Müqəddəs Yura məbədi də üçnefli, dörd sütunlu, xaçvari gümbəzli və birmərtəbəli quruluşu əks etdirən Bizans memarlığı üslubunda olmuşdur. Lakin, bu ehtimalın heç bir əsası yoxdur, çünki M. Qruneveq öz qeydlərində bildirir ki, kilsə "Ukrayna üslubunda inşa edilmişdir", V. Siçinski isə onu hətta Ukrayna-Bizans tipi adlandıraraq, qədim Rus memarlığının Kanevedə yerləşən Yur kilsəsi kimi məşhur nümunələri ilə müqayisə edir.[28] Analoji təyinlər aksiom kimi xüsusi ədəbiyyatlara da yayıldı və hətta xülasə xarakterli ən yeni nəşrlərdə tez-tez rast gəlinir.[29]

Bu günə kimi memarın adı naməlum olaraq qalır. O, müxtəlif mənbələrdə, o cümlədən də B. Zimoroviçin mətnlərində Dore kimi qeyd olunurdu. V. Lozinski belə transkripsiyanı texniki olaraq səhv hesab edirdi və arxiv tədqiqatlarına (həmin arxiv nümunələri 1382-ci ildən 1389-cu ilə qədər kiçik xronoloji parçanı əhatə edirdi) əsasən, o, Lvovun köhnə şəhər kitablarındakı "Doringus murator" versiyasında soyadı dəfələrlə xatırlanan insanı binanın inşaatçısı kimi müəyyənləşdimişdi. Dorinq transkripsiyası isə, aşkar alman mənşəyinə şahidlik edir və bu soyad daha sonralar tarixi ədəbiyyatlarda dəfələrlə təkrar olunurdu. V. Lozinskinin fikrincə, sirli usta Dorinq təxminən 1384-cü ildə vəfat edə bilərdi, çünki məhz həmin dövrdə şəhər arxiv sənədlərində onun mülk mirasının tərkibi və onun sonrakı taleyi haqda müxtəlif qeydlər və yada salmalar peyda olmuşdur.[30] Eyni zamanda T. Mankovski Dorinqin müəllifliyini təkzib edirdi.[31] Onun tərəfindən tapılmış arxiv şəhadətnamələrinə əsasən, kilsənin inşaatçısı əslində italiyalı memar Dorxi və ya Dorki (it. Dorchi) olmalı idi. T. Mankovskinin məntiqinə əsasən, hər iki məbədin memarlıq qohumluğunu tanımaq ağlasılmazlığa bərabər olardı, lakin eyni zamanda da o, hər iki inşaat obyektində eyni memarın iştirakını istisna etmirdi. Buna görə də, hər iki məbədin hipotetik memarlıq qohumluğunu nəzərə alan T. Mankovski güman edirdi ki, "…Orta əsrlərə aid edilən müqəddəs Georgi (Yur) kafedralı həmçinin daxildən çoxgüşəli baraban şəklində olan günbəzə və çadırvari dama malik ola bilərdi".[31] Başqa memarlıq-planlaşdırma əlamətlərinə görə, müqəddəs Georgi kilsəsi erməni məbədindən fərqli olaraq yerli memarlıq-inşaat ənənələrinə daha yaxın olmalı idi (erməni kilsəsinin inşası zamanı isə, Kafa (Kefe) şəhərindəki erməni prototiplərindən istifadə olunmuşdur). Bu yaxınlığın konkret olaraq nədən ibarət olduğunu müəllif dəqiqləşdirmirdi. Güman etmək olar ki, söhbət birbaşlı, üç apsidli və tağsız (arkaları olmayan) tikinti tipindən gedirdi.

Bir halda ki, B. Zimoroviçin xronikasında "murator" sözü xatırlanır,[32] o zaman məntiqli olaraq fərz etməyə dəyər ki, köhnə Georgi kilsəsi də daş materiallardan inşa edilmişdir. B. Zimoroviçin dediyinə görə, ilk məbəd həmçinin kərpic materialından da inşa oluna bilərdi, lakin şəhərdənkənar məbədin status uyğunsuzluğunu və həmin dövrdə bu cür tikinti materialının bahalığını nəzərə alsaq, deyilən hipotezlərin az inandırıcı olduğunu görə bilərik. Görünür tikinti zamanı həmçinin təbii daşlardan da istifadə olunurdu; ətraf ərazilərdə yerləşən çoxsaylı karxanalarından bu daşların çatdırılması problematik deyildi. Yazı mənbələrinin informativ məhdudluğu və inandırıcı ikonoqrafiyanın çatışmazlığı köhnə Yur kilsəsinin məkan-memarlıq morfologiyası haqqında daha bir fərziyyənin yaranmasına gətirib çıxarmışdır. Bu fərziyyənin mənbələri tarixdən əvvəlki dövrə əsaslanır və qravyuraçı A. Passarottinin şəklinə əsasən F. Hohenberq tərəfindən yerinə yetirilmiş "Lvovun ümumi görünüşü" adlı qravür əsərinin analizi ilə bağlıdır. Həmin bu qravyur əsər Georq Braun tərəfindən 1618-ci ildə nəşr edilmiş "Civitates Orbis Terrarum" adlı romanın altıncı cildində yerləşdirilmişdir.[33] Yüksək məbləğə başa gəlmiş və böyük ictimaiyyət arasında yayılmış bu ikonoqrafiya sənədi Lvov şəhərinin həmin dövr üçün ilk panoram təsviri hesab edilir. Ayrı tikintilərin təsvirinin çox təxmini, yəni ümumiləşdirilmiş xarakterinə baxmayaraq, bütovlükdə o böyüyə idrak dəyərinə malikdir və o dövrün şəhərsalma vəziyyətini kifayət qədər informativ şəkildə canlandırır. Hələ 1930-cu illərdə Polşa tədqiqatçısı Yanuş Vitvitski bu qravyura haqqında olduqca cəsarətli fərziyyəni ifadə edərək bildirmişdir ki, panoramın ön planından solda təsvir edilmiş əlavə tikilisi və rotondası olan bina elə müqəddəs Yur kilsəsidir. Düzdür, buna əlavə olaraq o qeyd etmişdir: Passarotti öz təsvirini Müqəddəs Yura kilsəsinin damından həyata keçirib, lakin onun özü göstərilən panoramaya düşə bilməmişdi. Bu uyğunsuzluğu izah edən Y. Vitvitski qeyd edir ki, bu təsvirdə kilsə orta əsr üsulu ilə, sırf rəssamın təsəvvürünə əsasən tamamlanmışdı.[34] A. Pasarottinin Lvov şəhərinə gəlişinin hədəfini (istehkam tikintilərinin inşaatı) və onun şəhər tikililərini rasional, "mühəndiscəsinə" təqlid etməsini nəzərə alsaq, polşalı tədqiqatçının səsləndirdiyi mülahizələr az inandırıcı görünür. Görünür elə məhz bu səbəbdən də Y. Vitvitskinin fərziyyəsi uzun müddət etinazsızcasına yanaşılırdı və müqəddəs Yur kilsəsi haqda yazılmış əməklərdə heç bir formada xatırlanmırdı. Lakin uzun illərdən sonra, müasir Polşa tədqiqatçısı Vitold Şolqinya ehtiyat tədbirlərini nəzərə alaraq yuxarıda səsləndirilən bu versiyanı qəbul etdi, ancaq eyni zamanda da o, bu versiyadan yeni qəti nəticələr çıxarmırdı.[35] Məhz qravyurada naməlum obyektin belə izahını qəbul edən lvovlu tədqiqatçı Yuri Dıba, son zamanlar hadisələrin yeni versiyasını ictimaiyyətə təqdim etmişdir. Dıbanın əsas tezisi ondan ibarət idi ki, lap əvvəldən, yəni hələ 1280-ci ildə knyaz Lev Daniloviç müqəddəs Yur kilsəsini daş rotonda şəklində inşa etdirmişdir; həmçinin onun dediyinə görə, bu bina sonrakı yüzilliklərdə, daha doğrusu 1743-cü ildə baş vermiş söküntü işlərinə qədər özündə müəyyən transformasiyaları hiss edirdi.[36] B. Zimoroviçin xronikasında qeyd edilən daş məbədin inşa işləri tədqiqatçıların fikrinə görə artıq mövcud olan daş rotonda-kilsə üzərində aparılmışdır. Tədqiqatçının sonrakı səyləri də həmçinin köhnə müqəddəs Yur kilsəsinin "rotondayabənzər versiyasının" müdafiəsinə yönəldilmişdir. Etiraf etmək lazımdır ki, qravyurda Müqəddəs Yura kilsəsi kimi təsvir edilmiş kilsənin identifikasiyasına sağlam skeptisizmlə yanaşmaq üçün kifayət qədər imkan var. Onun əsasında Y. Vitvitski tərəfindən qeyd edilən A. Pasarottinin bilərəkdən Müəddəs Yur kilsəsinin görünüşünü dəyişməsi, görmədiyi hissələri, hətta kilsənin damını əlavə etməsi haqqında fikirləri dayanır. Bu nəzəriyyəyə qarşı hüsumətin olması o anlama gəlir ki, qravyurda hansısa real, lakin sonradan itirilmiş bir tikilinin kifayət qədər realistik təsvirini görürük. Tikili rəssamın gözü önündə olmuş, relyefdən xeyli aşağıda (bunu onun rakursu göstərir) yerləşmiş və ehtimal ki, dağ ətəyində qərarlaşmışdır. Bu halda sual yaranır: o zaman bəs bu nə idi? Axı hətta Lvovun şəhərinin köhnə planlarında və A. Passarotti tərəfindən yaradılmış təsvirlərdə həmin tikintinin həqiqətən inandırıcı və atributlaşdırılmış uyğunluğu yox idi. Bunun yalnız bir izahatı ola bilər: adı çəkilən bu bina şəhər üçün tərtib edilən fiksasiya planı dövründə artıq mövcud deyildi. Bundan başqa, iddia üçün əsaslar vardır ki, bu yepiskop bağının aşağı hissəsində yerləşdirilmiş və yepiskop üçün inşa edilmiş qış iqamətgahı və kiçik kapella binaları idi. Bunu fərziyyəni vasilianlar və dünyəvi ruhanilərin arasında baş tutmuş məhkəmə işinə şahidlik etmiş birinin informasiyası təsdiq edir. 1766-cı ildə isə, artıq 80 yaşında olan həmin şahid bunları demişdir:

" Dağın aşağı hissəsində, daha doğrusu şimaldan qış dinclikləri var idi və burada baş keşiş Şumlyanski yaşayırdı, qış dincliyinin qarşısında isə, daxili nəfis fresklərlə bəzədilmiş kapella yerləşirdi, damın altındakı köşkdə isə iki zəng quraşdırılmışdır. Monastırın əks tərəfində yerləşən qış iqamətgahı və zəngli kapella yepiskop İosif Şumlyanskinin ölümündən sonra, Lvov şəhərinin rəsmisi olmuş Dionisiy Sinkeviç tərəfindən sökülür və onların yerində qənaətli mənzillər inşa edilir.[37] "

Beləliklə, "monastırın qarşısında və dağın altındakı" — bu isə təxminən hazırkı sirkin binasının yerləşdiyi ərazidə, rotondaşəkilli yepiskop iqamətgahı və ona birləşdirilmiş və çadır talvarı olan, eləcə də zəng qüllələri ilə taclanan kapella binası yerləşirdi. Aydındır ki, A. Passarotti məhz onu təsvir etmiş, qravyurun işlənməsi prosesində isə təsvir rəssamın bədii-kompozisiya təsəvvürünün təsiri ilə monumental görünüş almışdır.

İohann Georgi PinzelQələbəgətirən-Georgi. Bu heykəl kilsənin ithafını bildirməklə, eyni zamanda onun eksteryerini tamamlayan əsas elementdir.

Bu ovalıq ərazidə iqamətgahın olmasını həm də V. Vuytsik tərəfindən Lvov Mərkəzi Tarix Arxivində aşkarlanmış Müqəddəs Yur dağının qədim təsbit planı — baxmayaraq ki, burada o, kifayət qədər ümumi şəkildə təsvir olunub — da sübut edir.[38] Ehtimal etmək olar ki, fiksasiya planının tərtib olunması zamanı qış palataları öz əhəmiyyətini itirmiş və sonradan F. Hohenberqin qravürsı ilə müqayisədə daha sadələşdirilmiş formada yenidən inşa edilmişdir. Lakin, bununla bərabər XVIII əsrin ortalarında olduğu kimi XVII əsrin əvvəllərində də həmin əyalətdə iqamətgahın mövcud olması faktı özü onun lokalizasiyası ənənəsinin olmasını göstərir: iqamətgahın belə ovalıq ərazidə yerləşməsinin tarixi kökləri daha qədim dövrə — yepiskop Gedeon Balabanın hakimiyyəti dövrünəgedib çıxa bilər, buna görə də A. Passarottinin təsviri işləməsi zamanı o, artıq tam formada fəaliyyət göstərə bilərdi.

Hələlik inandırıcı olaraq köhnə ənənəvi versiya qalır; bu versiyaya əsasən, öz prinsipial arxitektura xüsusiyyətləri və fiziki miqyasına görə, köhnə məbəd Lvovdakı Erməni kilsəsinin ilk görünüşünə bənzəyirdi. Məhz belə kiçik birbaşlı məbəd bu təpənin qayalıq, narahat zirvəsini və tikinti işləri üçün çox məhdudlaşdırılmış sahəsini tuta bilərdi.

Müqəddəs Yur köhnə kilsəsi haqqında belə mühafizəkar təqdim etmələr son dövrlərdə öz xeyrinə yeni çəkisi olan arqumentlərlə də zənginləşmişdir. 1990-cı illərin əvvəllərində muzey arxiv fondlarının və ehtiyatda saxlanılan eksponatlarının yorulmayan kəşfiyyatçısı V. Vuytsik, yeni kilsənin banisi olmuş Afanasiy Şeptitskinin naməlum portretinə rast gəlir.[39] Hələ cavan yepiskopun portretinin aşağı hissəsində məşhur rəssam kilsənin şəklini yerləşdirmiş və onu simvolik və patetik lent yazısı ilə bürünmüşdür (lentin səthini Romanum capies facile hoc de monte galerum (lat. Dağda ov etmək, ağ örtük geyinmiş romalı üçün asan iş deyil) yazısı bəzəyir). Göründüyü kimi, burada ziyarətgahın və yepiskopun Müqəddəs Roma taxtına təkcə metaforik dini tabeliliyini göstərmir, burada həmçinin ötəri olaraq onun "dağda yerləşməsi" də etiraf olunurdu. Bundan başqa, yuxarıda adı qeyd olunan şəxsin portretində (bu şəxs daha sonralar yeni məbədin tikintisinin təşəbbüskarı oldu) köhnə kafedral kilsəsinin təkrar hasili kifayət qədər inandırıcı şəkildə həyata keçirilmişdir. Köhnə kilsənin şəkili açılmış portret kompozisiyasına simvolik tərzdə əlavə edilir. Köhnə kilsənin şimal-şərq fasadı təsvir edilmişdir (xəyali görünüş sahəsi nöqtəsindən baxıldıqda); kilsənin yerləşdiyi ərazi, karnizin bir qədər yuxarısından keçən üfüq xəttinə uyğun gəlir. Məbədin böyük mərkəzi apsidaya malik altar hissəsi və daha dar künc apsidaları yaxşı gözdən keçirilir. Müxtəlif ucalıqda olan apsidalar binanın əsas həcminə uyğun gəlir və qoşaçatılı damla örtülmüşdür. Dam daraqcasının mərkəzində və təraşlı soyunma odalarının (ukr. Підбанник) yuxarısında sibulyalar (ukr. Цибуля), yəni soğanvari qülləciklər təsvir olunmuşdur. Görünür ki, pidbanniklar səkkizguşəyə malik idi. Xarici divarlarda bir səviyyədə olan bərabərölçülü pəncərə oyuqları göstərilmişdir — onlardan üçü şimal divarında, bir dənəsi isə apsidada olduğu təsvir olunmuşdur. Pəncərələrin belə miqdarı daxili məkan strukturunun vasitəli əlaməti ola bilərdi. Kiçik pəncərələr həmçinin podbannikların hər bir taxçasında təsvir edilmişdir. Yuxarı işıqlandırmanın mövcudluğu məbədin strukturunda soyunma otaqlarını dəstəkləyən dörd daxili dirəyin olmasını göstərə bilər. Binanın ümumi həcminə nisbətən soyunma otaqlarının kiçik diametrini rəssamın ölçü nisbətlərini düzgün verməməsi və ya tağlar arasında sərdabələrin yerləşməsi ilə izah etmək olar. Qoşaçatılı damın şalbanbaşı ilə döşənmiş hər iki səthi, əlavə olaraq frontonlarla da örtülmüşdür. Qruneveqin dediyinə görə, artıq XVII əsrin başlanğıcında kilsə damı qalay materialla örtülmüşdür; genişhəcmli frontonlar isə, dam müstəvisini əhəmiyyətli dərəcədə keçirlər. Nəticə etibarilə qəti şəkildə bildirmək olar ki, müqəddəs Yur köhnə kilsəsi öz həcmli-məkan strukturu və fiziki miqyasına görə həqiqətən erməni məbədinə yaxın idi və bu təsvirdə onun bütün prinsipial əlamətlərini görmək olar. Əhəmiyyətli modifikasiyalar barədə bəzi şübhələri binanın yuxarı hissəsi (hamam, podbannik, dam) və onun strukturu səbəb ola bilər – binanın məhz bu hissəsi daha çox yenidənqurma və rekonstruksiya işlərinə məruz qalırdı. Bundan başqa, V. Vuytsikin bir zamanlar fəaliyyət göstərən hamamın dağ yamacının aşağısında mövcudluğu haqqında səsləndirdiyi fərziyyə də müəyyən əsaslara malikdir.[40] Kilsənin üç "konxlu" planlaşdırılması haqda bəhs edən başqa versiyası isə daha az ehtimal ediləndir çünki bu həcmli parçalanmaların xarakteri ilə inkar edilir.

Naməlum kilsənin başqa bir təsviri məşhur ukraynalı usta və rəssam Nikodim Zubritskinin qravürsında aşkar edilir; yerli mətbəənin nəşrlərindən birinə illüstrasiya yaratmaq arzusunda olan rəssam, bir müddət müqəddəs Georgi monastırında yaşamış və böyük ustalıqla bu əsəri yerinə yetirmişdir. O dövrün rəssamları arasında agioqrafik süjetləri real mövcud olan dini mərasim tikintilərinin təsvirləri ilə doldurmaq vərdişi vardı, bunu əsas götürərək iddia etmək olar ki, N. Zubriskin Lvov şəhərində yaşadığı dövrdə yaratdığı işlər də istisna deyildi. Qravyuradakı örtük süjeti onu A. Şeptiski tərəfindən yaradılmış məbəd təsviri ilə gözəçarpan qohumluğunu nümayiş etdirir; buradakı qohumluq təkcə rakursla və arxitektura kütlələrinin analoji nisbətləri ilə deyil, həm də kilsənin şimal divarının altında yerləşən tikintinin mövcudluğu ilə ölçülürdü (burada sadə monax otaqları və yepiskop palataları yerləşirdi). Köhnə məbədin yerləşməsinin bəzi tipik xüsusiyyətləri haqqında arxayın şəkildə danışmaq olar. Xüsusilə köhnə məbəd, mövcud olandan fərqli olaraq, şərq-qərb oxu üzrə istiqamətləndirilmiş oriyentasiyaya malik idi, yəni onun altar hissəsi şərqə yönəldilmişdi, halbuki yeni kilsənin səcdəgahı əksinə, daxili qərb divarında inşa edilmişdir. İddia etmək olar ki, hazırkı kilsə binasından fərqli olaraq, səcdəgahın ilkin oriyentasiyası məbədə əsas girişinin başqa istiqamətini qabaqcadan müəyyən edirdi. Qeyd etməyə dəyir ki, köhnə məbədin planlaşdırılmış abrisi (yəni konturu), şübhəsiz olaraq yeni kilsənin şərq hissəsində yerləşirdi, erməni kilsəsi ilə genişmiqyaslı analogiyanı nəzərə alsaq, onun fiziki ölçüləri və uzunluğu demək olar ki, üç dəfə, genişliyi isə təxminən iki dəfə kiçik idi. Beləliklə, köhnə məbədi monumental hesab etmək olmaz, hərçənd onun kiçik qabaritləri yenə də bir üstünlüyə malik idi: onlar tikintinin ətrafında daha çox boş sahələri təmin edirdilər. Köhnə və yeni məbədlərin ümumi xüsusiyyəti müqəddəs Georgi dağının ən yüksək nöqtəsində kilsənin əlverişli yerləşməsi idi. Buna görə də köhnə məbədin yanında yeni kilsənin tikintisinin hipotetik variantı (necə ki, bu bəzən monastır komplekslərinin inkişafı prosesində baş verirdi) bu halda çox çətin ola bilərdi. Tikinti sahəsinin geoloji xüsusiyyətlərini də nəzərə almaq lazım idi: V. Siçinski tərəfindən arxeoloji zondlaşdırmanın gedişatı zamanı kilsənin döşəməsi altında təbii qayanın əlahiddə fraqmentlərinin mövcudluğu təsdiqlənnişdir. Məlum oldu ki, kilsənin şərq hissəsində aşkarlanmış təbii qayalıq materiki döşəmə səthindən təqribən 65–110 santimetr məsafədə yerləşir.[41] Beləliklə, hal-hazırda dəqiq şəkildə söyləmək olar ki, köhnə məbəd yanaşı əraziyə nisbətən elə bil özünəməxsus təbii platformada olduğu kimi, kifayət qədər ifadəli qayalıq relyefdə yerləşirdi. Bunun nəticəsində, yeni kilsənin tikintisindən sonra, kilsənin ətrafındakı bu təbii platforma-stilobat yeni üfüqi kor sahə ilə tarazlandırılmış, məbədin sıfır səviyyəsi ilə əhəmiyyətli dərəcədə aşağıda yerləşən kafedral önündəki meydançanın birləşdirilməsi məqsədilə isə, əsas girişin oxu üzrə ikimarşlı parad nərdivanların inşası həyata keçirilmişdir.

Köhnə kilsənin ətrafında müxtəlif təyinatlı tikintilər yerləşirdi. Klemens Ksavyer Fesinqerin fiksləşdirilmiş monastır planında yeni kilsənin bünövrəsinin sərhədlərinə düşmüş binalar istisna olmaqla, bu tikintilərin bir hissəsi qeyd edilmişdir, lakin bu planın icrası zamanı onlar artıq mövcud deyildilər. Onların arasında köhnə kilsənin yanına əlavə edilmiş İsa Anasının Örtüyünün kilsəsi də mövcud idi[42]. Onun içərisində son ana qədər Terebovlyanlı İsa Anasının möcüzəli ikonası saxlanılırdı.

Şərq xristianların müqəddəs paytaxtı hesab edilən Konstantinopolun Osmanlı ordusu tərəfindən 1453-cü ildə işğalı ilə əlaqədar B. Zimoroviç həyəcanlı məktub yaradır. Lvovun şəhər hakimiyyəti bu faciəli hadisə ilə qorxudulmuşdu və hökmən ehtiyat tədbirləri görməli idi:

" Anidən və ildırım sürəti ilə Konstantinopolun türklərə yunanlar tərəfindən verilməsi haqda xəbər ətrafa yayıldı, evlərindən qovulan ailələrin bir çoxu şimala, yəni Lvov şəhərinin ətraflarına köç edirlər, bunu bilən hakimiyyət üzvləri isə, yeni dövlət qanununu tərtib edirlər; yeni qanuna əsasən, qaçaqlar şəhərə yalnız sədaqət andını içdikdən sonra daxil ola bilərdilər. Sonda isə rus kilsələri sayılmışdır; o zaman şəhərdə səkkiz kilsə vardı, daha doğrusu: mərkəzi, müq. Yuri, müq. Onufriy, müq. Nikolay, müq. Fyodor, Boqoyavleniye, Voskreseniye və Blaqoveşşeniye kilsələri.[43] "

XV əsrin ortalarında müqəddəs Georgi monastırının ictimai və maddi durumu açıqcasına qeyri-müəyyən idi və görünür ki, o, öz patronunu (himayədarını) kifayət qədər tez-tez dəyişdirirdi. Qeyd edilir ki, 1430-cu ildə o sanki nüfuzlu erməni ailəsi sayılan Kalenikoviçlərin asılılığına düşür; bu ailəyə qarşı keçirilən məhkəmə iddialarında hətta kral məmurları və hansısa şlyaxtiç Malexovlu Andrey də "işıqlamışdılar". Bundan başqa, 1442–1455-ci illər ərzində tərtib olunan köhnə Lvov sənədlərində müqəddəs Georgi monastırından olan erməni Petrus Qamladinoviçin adı xatırlanır.[44]

Müqəddəs Afanasi. Heykəltəraşlıq nümunəsinin müəllifi İ.G. Pinzeldir (solda)
Şeptitski sülaləsinin gerb qalxanı (sağda)

XV əsrin sonlarında müqəddəs Georgi monastırı şəhərin ətrafında böyük torpaq sahələrinə malik idi, buna 1497-ci ilin sonlarında yazılmış B. Zimoroviçin yazısı şahidlik edir:

" Kralın özü atların və piyadaların çoxsaylı dəstələri ilə iyunun başlanğıcında Lvov şəhərinə gələrək, müqəddəs Georgi monastırının geniş sahələrində çadırların salınmasını əmr edir və əyalət ehtiyatlarını gözləmək üçün burada iyun ayının 26-a qədər qalır...[45] "

Monastır 1520–30-cu illər ərzində yeni müdirin, yəni Qalitsiya mQalisiyasının sərdarı və arximandriti hesab edilən İyakim İsaaki Qdaşitskinin iqamətgahı olaraq seçilmişdir.[46]

1537-ci ildə "müqəddəs Georginin uzunmüddətli sahələrində" yenidən kral qoşununun çoxsaylı çadırları salınmışdır .[47] 1539-cu ildə müqəddəs Georgi kilsəsi yeni yaradılmış yeparxiyanın mərkəzi oldu, onun başçısı naməlum bir tacir, monastırın baş keşişi isə Makariy (Tuçapski) seçilir. O kilsə işlərinin və şəxsi kafedralın qaydaya salınması üzrə çoxlu səy göstərmişdir; onun sözlərinə görə, "Tanrının köməyi ilə" məhz onun dövründə kafedral kilsə sağ-salamat qalmışdır.[48] 1530-cu ildə köhnə məbəd yepiskop kafedrasını əldə etdikdən sonra, o, özünün yenilənmiş statusu ilə ənənəvi tarixdə çıxış etməyə başlayır.

1569-cu ildə imzalanmış Lüblin ittifaqından sonra, pravoslav kilsəsi tez-tez şəhər hakimiyyəti ilə katolik ruhanilərin arasında kəskin ziddiyyətlə konfiskasiya olunurdu. Belə ki, 3 yanvar 1584-cü ildə keçirilən Milad bayramlarının birinci günündə müqəddəs Georgi kilsəsi gözlənilmədən və qəflətən Lvov şəhərinin katolik baş keşişi Yan Dimitr Solikovskinin xidmətçiləri tərəfindən ələ keçirilir. Keşişin əmri ilə, yerli ruhanilər Savva və İvan güclə ibadətdən kənarlaşdırılır, monastır qapıları isə xüsusi yapışqan maddə ilə möhürlənir. O dövrün Lvov hökmdarı sayılan Gedeon Balaban ədalətin bərpası üçün məhkəmə prosesinə başlamağa məcbur olur və həmin məhkəmə prosesi iddiaçının xeyri ilə tamamlanır. Üç həftə sonra isə, kilsənin qapıları yenidən açılır.[49]

1648–1657-ci illər ərzində davam etmiş Qurtuluş müharibəsi zamanı, Boqdan Xmelnitskinin hetman dəstələri monastıra aid edilən geniş şəhərətrafılarında, sahələrdə və Georgi dağının ətəklərində yerləşirlər. Xmelnitskinin özü isə, monastırda yaşayırdı. Burada o, şəhər icmasının səfirini, baş keşiş Arseni Jeliborskini qəbul edirdi. Keşişə xüsusi səlahiyyət verilmişdir; buna əsasən, o, kazak başçısı ilə sülh razılaşmasını imzalamalı və istənilən şəraitdə şəhərə qarşı ola biləcək dağıdıcı hücumun qarşısını almalı idi. Bunun ardından şəhər sakinlərinə ünvanlanmış cavab məktubunda deyilirdi:

" Düzdür, bizim Rus-Qalitsiya torpaqlarımızın qorunmasına pan Qorxaqlıq kömək etdi, ancaq eybi yox hələ də ayaq üstündə qalmağı bacarırıq.[50] "

Sonda, tərəflər arasında sülh razılaşması imzalanır və "Lvov şəhəri Xmelnitski ordusuna fidyə verməyi bacarır".[51] Daha sonralar isə, kilsə binasında Polşa kralı Yan Kazimirin səfirləriylə müvəffəqiyyətsiz danışıqlar keçirilirdi.

1668-ci ildə İosif (Şumlyanski) Kiyev mitropoliti Antoni Vinnitski ilə müqəddəs Yur kilsəsi uğrunda mübarizə aparırdı. İ. Şumlyanskinin döyüşçüləri müdafiə monastırına hücum edərək, hasarları və darvazaları kəsir və mitropolitin xidmətçilərini amansızcasına döyürlər. A. Vinnitski pilləkənlərlə aşağı düşərək pəncərəyə yaxınlaşır və bu an döyüşçülər onu əhatə edirlər; o, öz qızıl zənciri ilə fidyə verdi. İ. Şumlyanski yepiskop mitralarını, cübbə (xələt), geyim, xalça, silah, xörək ləvazimatları, şərab çəlləkləri, karet üçün atları və başqa dəyərli əşyaları özü ilə götürür. İş məhkəməyə çatır, hansı ki, İ. Şumlyanskini kral olaraq tanıyır .[52]

Yeni kilsənin tikintisi

[redaktə | mənbəni redaktə et]

Yeni kafedralın tikintisi haqqında fikirlər

[redaktə | mənbəni redaktə et]
Müasir kafedral binasının ümumi görünüşü

Yeni kilsənin tikinti dövrü demək olar ki, Lvovun başqa memarlıq şah əsəri sayılan Dominikan kostyolunun (memar – Yan de Vitte, 1740–1764-cü illər) tikinti illəri ilə üst-üstə düşmüşdür. Bu illərdə şəhərdə həmçinin bir sıra başqa dini mərasim tikintiləri də meydana çıxır – müq. Antoni, müq. Martin, müq. Nikolay kilsələri, Piarlar ordenini kollegiumu və s.

Müqəddəs Georgi dağında yeni tikinti işlərinin başladılması ideyası mitropolit Afanasiy Şeptitskiyə məxsus idi. Tarixi mənbələrə görə, bu çoxlu savab işlərlərlə məşğul olmuş, bərk xarakterli, eləcə də fikirləşilmişin həyata keçirilməsində ardıcıl və məqsədyönlü şəkildə fəaliyyət göstərən bir insan idi. Əvvəlcə yepiskop, daha sonralar isə mitropolit vəzifələrini tutan A. Şeptitski, həmçinin ona tabe olan Qalitsiya, Podolye vQalisiyaparxiyalarında çoxsaylı kilsə və yeni tikililərin təşəbbüskarı olmuşdur. Vaxt ötdükcə, kafedra məbədi kimi xidmət göstərən müqəddəs Georginin köhnə kilsəsi, hətta bəzi prixod kilsələrinə əhəmiyyətli dərəcədə güzəşt edərək artıq öz xüsusi statusuna uyğun gələ bilmirdi. Bundan başqa, köhnə kilsənin faktiki olaraq dünyəvi ruhanilər və vasilian monastırın rahibləri tərəfindən ikili istifadəsi, yaranmış vəziyyəti daha da ağırlaşdırırdı – iki tərəf arasında tez-tez anlaşılmamazlıq və hətta münaqişəli vəziyyətlər yaşanırdı. Bütün bu şəraitlər sonda köhnə kilsənin sökülməsi və onun əvəzinə zamanla ayaqlaşabiləcək yeni dini tikilinin inşası barəsində yeni qərarın icrasını şərtləndirmişdir.[53]

Əvvəlcə hökmdar köhnə kilsəni yeniləməyi planlaşdırırdı, bu qərar təbii ki, onun Kiyev mitropoliti vəzifəsinə qəbul olunması ilə əlaqələndirilirdi. 1733-cü ilin başlanğıcında, şəhər konsistoriyası "kafedral fabriki" üçün vəsait yığımı haqqında qərar qəbul etdi. Mitropolitin tapşırığı ilə bu ideyanı vasilyalı rahib Ata İyeronim Ostrovski həyata keçirirdi. Ancaq sərdarlar (dekanat üzvləri) vasitələrin göndərilməsini istəmir və faktiki olaraq mitropolit nümayəndəsinin çağırışlarına əhəmiyyət vermirdilər. Buna görə də mitropolitin özü işlərin qaydaya salınması üçün şəxsən 11 oktyabr 1733-cü ildə Lvovdan cənuba yerləşən bütün monastırların sərdarlarına xüsusi keşiş məktubunu göndərir; miropolit ona tabe olan şəxsləri tutduqları vəzifələrdən kənar edəcəyi təhdidi altında qətiyyətlə onlardan maliyyə vasitələrin verilməsini tələb edirdi. Vəziyyətin sonradan necə inkişaf etdiyi naməlum olaraq qalır. Kilsədə spsrılan işlər haqqında konkret şəhadətnamələrin (şahidliklərin) çatışmazlığı, onların geniş inkişaf etdirilməsi haqqında iddia etməyə icazə vermir.[54]

XIX əsrin ortalarında müqəddəs Georgi ansamblı üzərində gözlənilməz və ciddi təhlükə yarandı. Avstriya hakimiyyəti kafedrala yanaşı olan bütün əraziləri tikintinin ən yeni qaydaları əsasında güclü hərbi qalanın yaradılmasının mümkün variantlarından biri kimi baxır və burada güclü qazamat korpuslarının, seyxhaus (cəbbəxana), artilleriya mövqeləri və buna bənzər digər hərbi tikililərin inşası planlaşdırırdılar. Bu ərazinin seçilməsi qəti şəkildə təsdiq edilsə idi dini ansambl arzu edilməyən qonşunun bilavasitə yaxınlığında yerləşməli və hərbi hərəkətlərin başlanacağı halda dağılma təhlükəsi ilə üz-üzə qalmalı idi. Xoşbəxtlikdən, avstriyalılar sonda başqa ərazini üstün tutaraq, öz hərbi istehkamlarını kafedraldan cənubda yerləşən başqa təpənin üzərində inşa etməyə başlayırlar.

Müasir kafedralın tikintisi

[redaktə | mənbəni redaktə et]
Kafedralın əsas darvazası üzərində xeyir-dua verən müqəddəslərin heykəlləri

Bütün memarlıq kompleksinin 1750-ci ilə, yəni kilsə tikintisinin başlanğıcına aid edilən ətraflı fiksasiya planı mühafizə edilmişdir. Bu planın analitik təsviri V. Vuytsikin nəşrlərinə təqdim edilmişdir; uzun illər axtarışda olan Vuytsik, nəhayət şəhər arxivlərində bir sənəd aşkarlayır; həmin bu sənəddə, müqəddəs Georgi dağının şərikləri – yəni vasilian-monaxları və baş keşiş Lev Şeptiski arasında baş vermiş torpaq mübahisəsi və bu səbəbdən də keçirilmiş məhkəmə prosesi haqda bəhs edilir. Plan özündə o dövrə aid edilən tikintilər və dağda onların yerləşməsinin xarakteri haqqında kifayət qədər dolğun informasiyanı saxlayır (yeni kafedral kilsənin inşası məhz həmin dövrdə başlanılmışdır).

Ətraf ərazilərin planlaşdırılması, eləcə də funksional-məkan nöqteyi-nəzərindən birinci əhəmiyyətli hesab edilən məsələ, dini ansamblın yepiskop və monastır torpaqlarına bölünməsidir (vasilianların burada daha üstün tutulması gözə çarpır). Rahiblərə (daha doğrusu inoklara) monastır torpaqlarının qərb hissəsi, baş keşişə isə əksinə, şərq və cənub hissələri aid idi. Yeni kilsənin ətrafından maneəsiz şəkildə keçmək imkanı olsa da, bütövlükdə kilsənin əsas binası şimaldan monax korpusu, cənubdan isə sərt uçurumun xətti boyunca ucaldılmış hündür divarlarla çox sıxılmışdır (həmin divarları bir zamanlar mövcud olmuş cənub çiçək ləkinin (kurtinasının) qalıqları hesab olunur).

Bundan başqa, plandan bəlli olur ki, o zaman yalnız üç daş tikili mövcud olmuşdur: yeni məbəd, kilsənin şimal tərəfində özünün şərqə ayrıca çıxışı olan monastır korpusu və hazırda yuxarı darvazanın yerləşdiyi ərazidə olmuş, üzərində gözətçilər üçün taxta məntəqə quraşdırılmış daş darvaza. Digər ictimai və yaşayış binaları, o cümlədən yepiskopun iqamətgahı taxtadan inşa edilmiş, köhnə Г-formalı plana əsasən qərargah yeni kilsənin əsas girişinin qarşısında yerləşmişdi, lakin qərargah və yeni kilsənin əsas girişlərinin oxları üst-üstə düşmürdü.

Adı yuxarıda qeyd olunmuş tikililərdən başqa, ətraf ərazilərdə əsasən cənubdan və qərbdən bir neçə yaşayış və qənaət təyinatlı kiçik evlər də inşa edilmişdir (onların içərisində xüsusi olaraq yepiskop üçün nəzərdə tutulmuş tövlə həyətini qeyd etmək olar). Yeni kilsənin altar hissəsində sxematik olaraq iki altıkünclü və ehtimal ki, taxta materialdan hazırlanmış kiçik bürclər göstərilmişdir; onlar çox güman ki, artıq həmin dövrdə mövcud olmayan bastionlarla bir zamanlar əlaqəli idilər. Dağın qərb ətəyində yerləşən və yarıyacan qumla doldurulmuş və lillənmiş böyük göl diqqəti özünə cəlb edir; həmin gölün mövcudluğu, bu ərazidə balıq vətəgələrinin ehtimal edilən mövcudluğuna şahidlik edir. Bütövlükdə o dövrün ansambl planlarına nəzər yetirsək, bir-birindən ayrı məsafədə və qrup şəklində yerləşən tikililərin dəqiq məkan-kompozisiya ideyasına malik olmadıqlarını və əvvəlki yüzilliklər ərzində praqmatiklandşaft amilləri ilə diktə edilmiş kompleksin təbii təkamül şəraitində inkişaf etdiyini görə bilərik.

Yunan-katolik kafedranın tikintisi memar Bernard Meretinin layihəsi üzrə 1744-cü ildə başlanmışdır; o, həyatın sonuna kimi, yəni 1759-cu ilə qədər kilsənin memarlıq xüsusiyyətlərinin təkmilləşdirilməsi üzərində çalışırdı. Onun ölümündən sonra tikinti işlərini Klemens Ksavyeri Fesinger davam etmişdir. Tikinti işləri 1764-cü ilə qədər davam edirdi. Naxış işləri isə, yalnız 1770 və ya 1772-ci ildə tamamlanmışdır.[55][56][57]

Kafedralın interyeri

Kilsənin məkan kompozisiyası "kreşşat" (yəni xaçvari) həcmlə, eləcə də hündür transeptlə ifadə edilmişdir; plandakı bucaq yerləşdirmələri sayəsində isə, uzadılmış pritvora və səcdəgaha malik olan, eləcə də orta neflə eyni enə sahib yeni kilsə binası üçnefli məbəd kimi dərk edilir. Dörd dayaq sütunu özündə əsas hamam odasını və günbəz sistemini saxlayırlar, binanın xarici divar künclərində isə xaçlarla taclanmış daha kiçik ölçülü qübbəciklər quraşdırılmışdır. Massiv dörbucaqlı fundamentin üzərində yerləşən hamam odası təşkilati element kimi xidmət göstərir, digər memarlıq elementləri isə ona başlıca olaraq tabe olurlar. Bernard Meretinin orijinal layihəsində (hal-hazırda o, Lvov Milli muzeyində saxlanılır), kilsənin uzunu boyunca kəsilmiş maketi təsvir edilmişdir; burada günbəzlə təkcə binanın mərkəzi hissəsi deyil, həmçinin altar və pritvor da tamamlanmışdır. Belə kompozisiya həlli, abidəni Ukraynanın ənənəvi üçgünbəzli kilsələri ilə yaxınlaşdırırdı.[58] Ancaq memar yan günbəzləri xaçvari tağ-tavanla əvəz etmişdir.

Kafedral süni terrasların üzərində yerləşir və onun əsas girişinə ikimarşlı gözəl pilləkənlər aparır (pilləkənlər heykəltaraş S. Stajevski tərəfindən yerinə yetirilmiş sürahıbəndlə və dahilərin heykəlləri ilə bəzədilmişdir). Bundan başqa, kafedralın fasadı həm monumental portalla, həm də də məşhur heykəltaraş İohann Georgi Pinzel tərəfindən yaradılmış və şərq xristianların ataları hesab edilən Afanasi və Levinin nəfis fiqurları ilə nəzərə çatdırılmışdır.

Kafedralın attiki taclayan "Qələbəgətirən-Georgi" heykəltaraşlıq qrupunun müəllifi də heykəltaraş Pinzeldir.[56] Kafedralın daxili tərtibatı üzərində 1768–1770-ci illər ərzində heykəltaraşlar Sebastian Fesinger (uk), Mixaylo Fileviç (uk), rəssamlar Luka Dolinski (uk), Yuri Radivilovski və F. Smuqleviç kimi tanınmış Lvov sakinləri çalışmışdılar.[59]

İkinci Dünya müharibəsindən sonra SSRİ hakimiyyəti Ukrayna Yunan-Katolik Kilsəsini təqib etməyə başlayır, yeni təyin edilmiş Lvov arxiyepiskopu İosif Slipıy 1945-ci ildə həbs edilir, daha sonra isə digər kilsə xadimləri ələ keçirilir.[60] Brest Birliyi tərəfindən ləğv edilmiş Lvov sinodu 1946-cı ilin martında kafedral binasında yerləşdirilir.[61] Sovet Ukraynasında Qalisiya mitropoliyasının Rus-Pravoslav kilsəsinə birləşdirilməsi, katolik din xadimlərinin isə həbs edilməsindən sonra gənc Volodimir Sternyuk (gələcək arxiyepiskop və UYKK lideri) kilsədən uzaqlaşmalı olur. Kilsə yenidən Müqəddəs Yura şərəfinə adlandırılır və Lvov-Ternopol yeparxiyası kilsələrinin ana kilsəsi elan olunur.

1989-cu ildə Yenidənqurmanın ortalarında UYKK-nin bərpa edilməsinə icazə verilir və bərpa olunmuş kilsə 45 il əvvəl itirdiyi məbədləri geri tələb etməyə başlayır.[60][62] 12 avqust 1990-cı ildə Ukrayna Milli Xalq Hərəkatı üzvləri kilsəni ələ keçirirlər. İki gün sonra Lvov vilayətinin idarə soveti kilsənin UYKK-ya aid olduğunu etiraf edir və kilsə Ukraynanın müstəqillik dövründə olduğu kimi UYKK-nin baş məbədi elan olunur.

Kilsənin bərpa işlərinə 1996-cı ildə Brest Birliyinin 400 illik yubileyinin qeyd edilməsi üçün başlansa da, bərpa işləri bu günədək davam etməkdədir. 2005-ci ildə UYKK-nin Baş Arxiyepiskopunun iqamətgahı dövlətin paytaxtı olan Kiyevə köçürülmüş, Lvov Baş Arxiyepiskopluğu isə Kiyev-Qalitsiya Baş ArxiyepiskopQalisiyadırılmağa başlamışdır. Lakin, kafedral Ukraynanın ən vacib kilsələrindən biri və Lvov Katolik Arxiyeparxiyasının mərkəzi kilsəsi olaraq fəaliyyətini davam etdirməkdədir.

Kafedralın relikviyası hesab edilən Məryəm Ana ikonası (solda)
Turin kəfəninin surəti (sağda)

Müqəddəs Georgi dağında qədim bərkidilmiş qəbiristanlığın mövcudluğu haqqında hələ XIX əsrin ortalarında yazıçı İsidor Şaraneviç özünün "Qədim Lvov" adlı kitabında yazmışdır.[63] V. Vuytsikin versiyasına görə, monastırın ən qədim planında bu qəbiristanlıq cənub tərəfindən kilsəyə yanaşı və əhəmiyyətli dərəcədə aşağı relyef ərazisini tuturdu.[64]

Müqəddəs Georgi kafedralı bərabərtərəfli yunan xaçı tərzində olan bünövrənin üzərində inşa edilmişdir; xaç budaqlarının arasında daha dörd kiçik ölçülü kapella binaları, damın altında isə kiçik günbəzlər yerləşir, mərkəzdəki geniş baraban üzərində yerləşən hamam odası isə böyük qövslərə söykənir. Yuxarıda tikinti gözəl karnizlə qucaqlanmışdır. Barabandakı qoşa pilyastrlar, kilsənin divarlarında isə ikiqat artırılmış medalyonlar rokoko üslublu daş fənərlərlə tamamlanaraq, tikintiyə ümumilikdə həmahənglik hissini bəxş edirlər. Kafedranın əsas girişinə aparan rokoko üslublu ikili pilləkənlər ajur və incə sürahıbəndlərlə, vaza və putti (yəni kiçik mələklər) fiqurları ilə bəzədilmişdilər. Əsas giriş boyunca uzunan fasad nişalarında mitropolit Afanasiy və Levin heykəlləri yerləşdirilmişdir, girişin üzərində böyük eyvan və hündür pəncərə yerləşir. Bundan başqa, kafedralın kəndar hissəsini Şeptitski sülaləsinin gerb qalxanı, yuxarıdakı attiki isə, alman heykəltaraşı İohann Georq Pinzel tərəfindən yerinə yetirilmiş "Qələbəgətirən Georginin" atlı heykəli bəzəyir. Kafedranın qarşısındakı həyəti rokoko üslublu iki darvaza kilidləyir; bu darvazaları Etiqad və Ümidi, eləcə də Roma Kilsəsini və Yunanıstan Kilsəsini simvollaşdıran 4 müxtəlif alleqorik fiqur bəzəyir.

Kafedralın interyeri rəssam S. Fabyanski tərəfindən 1876-cı ildə çəkilmişdir, bundan başqa, freska ustası Y. Radivilivski "Arxierey" və "Apostolların gözə görünməsi" adlı iki nəhəng kompozisiyanı, M. Smuqleviç isə "İsanın Xütbəsi" adlanan altararxası kompozisiyanı (onun natamam versiyası kilsə xadiməçisi Katarjina Kossakovskanın vasitəsi ilə Vilnüs şəhərindən hədiyyə olaraq Lvova gətirilmişdir) və hamam odasındakı "Pantokrator İsa" adlı rəsm əsərlərini tamamlamışdır. Başqa bir usta L. Dolinski isə, kafedralın daxili tərtibatını 16 peyğəmbərin oval çərçivəyə salınmış ikonaları ilə bəzəmişdir. Hər iki giriş hissəsinin heykəltaraşlıq haşiyəsi və dekorativ elementlərlə bəzədilməsi, həmçinin incə çoxaylı fənərlər sənətşünas M. Fileviçə məxsusdur. M. Osinçuk hələ 1942-ci ildə kafedralın ümumi konservasiyasını, divarların rənglənməsi və interyeri bəzəyən obrazların təmizlənməsi həyata keçirmişdir. Kompleksin qurulması vaxtı rəssamlardan ibarət böyük komanda fərqli üslublarda (barokko, rokoko, klassisizm) çalışaraq, o dövrün Avropa sənətkarlıq nümunələrini və onları təşkil edən elementləri özülərinə tabe etməyi bacarmışdılar, bununla belə, onlar həmçinin barokko memarlığının və heykəltaraşlıq nümunələrinin, əcaib rokoko üslubunun ornament detallarının, həmçinin karniz, sürahıbənd, çardaq, kapitel, heykəl, vaz, pilləkən və portiklərin orqanik sintezinə nail olmağı bacarmışdılar.

Kafedral ansamblı Ukrayna torpaqlarının bədii mədəniyyətində xüsusi yeri tutur, həmçinin ona görə ki, o indiyə kimi öz divarlarında müxtəlif dövrlərin bir çox görkəmli tarixi və bədii abidələrini gizlədir və öz dövrü üçün ən nümayəndə və əhəmiyyətli sayılabiləcək relikviyaları mühafizə edir. Ancaq, bir sıra tarixi səbəblərə görə, relikviyaların əksəriyyəti hal-hazırda kilsə xaricindədirlər: hal-hazırda bu əşyalar Andrey Şeptitski adına Milli muzeydə, Onufriyevski monastırın arxiv fondlarında, Lvovdakı Ukraynanın mərkəzi dövlət tarix arxivi və Vasili Stefanika adına Lvov elmi kitabxanasında saxlanılır.

Zəng qülləsi

[redaktə | mənbəni redaktə et]

XIX əsrin ortalarına kimi, kafedralın bilavasitə yaxınlığında taxta zəng qülləsi yerləşirdi. Əvvəlcə o kilsənin cənub tərəfində, daha doğrusu müqəddəs Prokopiy kilsəsinin və daş su quyusunun yanında yerləşirdi. Ancaq baş keşiş Lev Şeptitskinin sərəncamı üzrə seminariya korpusunun tikintisi ilə əlaqədar (layihənin müəllifi memar K. Fesinger idi), Prokopiy kilsəsi 1765-ci ildə sökülür, su quyusu qum və daşla doldurulur, zəng qülləsi isə, kompleksin qərb tərəfinə köçürülür.[65] O zamanlar zəng qülləsi karkas konstruksiyaya malik idi və 1765-ci ilin sənədlərində deyildiyi kimi, "dörd cüzi sütun üzərində yerləşirdi". Qüllənin yuxarısında 6 ədəd zəng asılmışdır.[66]

Yeni zəng qülləsinin tikintisi ideyası baş keşiş Lev Şeptitski tərəfindən ətraflı şəkildə düşünülmüşdür. Plana əsasən, o, səcdəgahdan qərbdə, yəni kilsənin müəyyən məsafəsində və onun yan fasadlarının mehvərində yerləşməsi nəzərdə tutulmuş iki simmetrik qüllə olmalı idi. Klemens Fesinger tərəfindən 1771-ci ildə tərtib olunmuş müqəddəs Georgi ansamblının vəziyyət planında iki zəng qülləsini görmək olar.[67] Ancaq baş keşişin (eləcə də mitropolitin) niyyəti nə onun həyatı boyunca, nə də ki ölümündən sonra (Şeptitski 1779-cu ildə vəfat edir) həyata keçməmişdir. Bu qüllələrin məhz "zəng qülləsi" kimi xidmət etməli olduğuna müxtəlif sənədli qeydlər şahidlik edirlər. Baş keşiş Pyotr Bilyanskinin tapşırığına uyğun olaraq, 24 iyun 1784-cü ildə memar Klemens Fessingerin, bənna-sexmayster Yakov Petrovski və Frans Gel, eləcə də rəssamlar Matfey Miller (uk), Tom Gertner, və başqa sənət peşələrinin ustalarından (məsələn, dəmirçi, dülgər, xarrat, dulusçu, şüşəçi və s.) ibarət səlahiyyətli komissiya çağırılmışdır. Bu nümayəndəlik komissiyası uyğun olan aktla müqəddəs Georgi kafedralında daha hansı işlərin həyata keçirilməsinin lazım olduğunu müəyyənləşdirmişdir. Belə ki, yaradılmış aktın səkkizinci bəndində qeyd olunurdu:

" Zəng və zınqırovların asılması üçün nəzərdə tutulmuş qüllənin inşası hələ ki başlanılmayıb, ancaq yenə də onlara böyük ehtiyac duyulur. Daş materialdan olan bir qüllənin inşası, eləcə də bənnaların görəcəyi naxış və tərtibat işləri ümumilikdə 35 800 zlotıya bərabər olacaq. Bir-birinə simmetrik iki qüllənin məbləği isə 71 600 zlotı ilə dəyərləndirilir.[68] "

Görünür, kapitulda o zamanlar bu qədər pul vəsaiti yox idi, çünki kilsə xadimləri hələ uzun müddət dörd xırda sütun üzərində quraşdırılmış taxta zəng qülləsindən istifadə edirdilər.

Yeni daş zəng qülləsinin tikintisi yalnız 1828-ci ildə, daha dəqiq desək mitropolit Mixail Levitskinin dövründə başlanılmışdır. Layihə inşaat müdiriyyəti tərəfindən dərc edilmiş və onun rəhbəri Qloqovski tərəfindən 31 avqust 1826-cı ildə təsdiq edilmişdir.[69] Görünür, bu layihənin birinci variantı idi, çünki o "A" hərfi ilə göstərilmiş və inşaat bölməsinin memarı və icraçısı sayılan Frans Lernet (alm. Lernet‎) tərəfindən imzalanmışdır. Bundan başqa, burada həmçinin Almaniyadan dəvət olunmuş sənətşünas alim Helmannın və tərtibat işlərinə nəzarət edən Brezaninin imzalarını da görmək olar. Bu layihədə zəng qülləsi, onun üfuqi kəsiyi, birinci mərtəbənin planı və çardaq konstruksiyalarının ümumi fasadla əlaqələndirilməsi təsvir edilmişdir.

Turin kəfəninin surəti

[redaktə | mənbəni redaktə et]

28 sentyabr 2002-ci ildə, təqribən 15:00 radələrində Lvov aerodromuna Minsk şəhərindən məşhur Turin kəfəninin surəti gətirilir (ukrayna dilində Plaşenitse adlanan bu kəfən, İsanın tabut içərisində dördkünc parça üzərinə çəkilmiş şəkli hesab olunur). Lvovda saxlanılan Turin kəfəni hal-hazırda mövcud olan daha 7 kəfən içərisində ən mükəmməl surət hesab edilir; onun unikallığı ondan ibarətdir ki, o, orijinal kəfənə öz ölçülərinə və rəng qammaslna görə tamamilə uyğun gəlir. Lvov surəti İtaliyanın Turin şəhərində yerləşən Sindoloji mərkəz hazırlamışdır (bu mərkəzdə çalışan alimlər orijinal kəfənin tədqiqatı ilə məşğuldurlar). 2002-ci ilin aprel ayında surət Turindəki Vəftizçi İohann kafedralında təqdis edilmişdir; təqdisetmə mərasimi zamanı, o, orijinal kəfənin üzərinə qoyularaq, hər iki əşyanın bir-birinə necə identik olduğu ictimaiyyətə nümayiş etdirilmişdir.

Kəfənin 28 sentyabr tarixində Lvova gətirilməsi şərəfinə, Köhnə bazar meydanında dayanmaqla şəhərin mərkəzi küçələrində möhtəşəm piyada xaç yürüyüşü təşkil olundu; burada təşkilatçıların ideyalarına uyğun olaraq, Lvovun bütün kilsə dinlərinin hökmdarlarının iştirakı ilə açıq səma altında ibadət mərasimi keçirilmişdir. Xüsusi olaraq, mitra qoymağa ixtiyarı olan baş kahin Roman Kravçikin sözlərinə görə, UYKK-in başçısı Lyubomir Karnal Quzar elə həmin gün bu cür önəmli gündə iştirak etmək üçün Roma-Katolik kilsəsinin kardinalına, Kiyev patriarxatının nümayəndələrinə, Ukrayna Avtokefal Pravoslav kilsəsinin başçısına və Moskva patriarxatının Ukraynadakı nümayəndəsinə dəvətnamələr göndərmişdir.

Axşama yaxın kəfən müqəddəs Georgi Arxikafedral kilsəsinə gətirilir və axşam ibadətinə start verilir. Növbəti gün, yəni bazar günü saat 11:00-da ilahi arxierey liturqiyası baş tutur; həmin gün dini mərasimə Xoşbəxt Lyubomir və xüsusui olaraq Ukraynaya dəvət olunmuş melxit yunan-katolik kilsəsinin patriarxı Xoşbəxt III Qriqori başçılıq edirdilər.

Hal-hazırda Turin kəfəninin surəti müqəddəs Georgi kafedralında mühafizə olunur; arzu edən hər bir şəxs bu dini ocağa gələ və kəfənin qarşısında duraraq, Tanrıdan öz əzizlərlərinin xoşbəxt taleyini istəyə və dua edə bilərlər.

Kafedralın sərdabə hissəsi

Sərdabə (ukr. Крипта) kafedralın ən sirli yerlərindən biri hesab olunur. Bu otaq təbii qayalığın dərin iz buraxdığı yerdə, daha dəqiq olsaq altarın aşağı hissəsində yerləşir. Sərdabə — ölçüləri 8,4×8,3 m.-ə bərabər olan kiçik zirzəmidir. Planda sərdabə kvadrat formaya malikdir və çəlləkşəkilli xaçvari qübbələrlə örtülmüşdür. Bu qübbələr mərkəzi sütuna dayaq olmaqla, əlavə qövs və tağlarla gücləndirilmişdir. Qayalıq fundamentin üzərində qurulmuş sərdabənin hündürlüyü 3 metrdən artıqdır. Divarların högüsündə təbii daşlardan istifadə olunurdu.[70]

Əsası qoyulduğu andan bəri, sərdabə Lvov yepiskoplarının, arxierey, keşiş, eləcə də tanrı və kilsə qarşısında xidmətləri olmuş dünyəvi şəxslərin məqbərəsi rolunu oynayırdı. Dəfn mərasimləri sərdabənin yaradılması dövründən düz XVIII əsrin sonuna kimi davam edirdi (11 dekabr 1783-cü ildə imzalanmış xüsusi dekretlə bütün gələcək dəfnlərin qarşısı alınmışdır). Avstriya imperatoru II İosif epidemiyaların yaranmasının təhlükəsini nəzərə alaraq, kilsələrdə və onların ətrafında dəfnlərin keçirilməsini qadağan edir və bunun əvəzinə yeni qəbiristanlıqların salınmasını tələb edirdi. Yalnız 1898-ci ildə, imperatorun xüsusi razılığı əsasında sərdabədə mitropolit Silvester Sembratoviçin qalıqlarları basdırılmışdır. Elə həmin dövrdə də zirzəminin abadlaşdırma və qaydaya salma işləri həya keçirilmişdir. Nikifor Şeptitskinin (1776-cı ildə vəfat etmişdir) tabutu hörülmüş taxçadan sümükxanaya daşınılmışdır. Boş qalan bu yerə mitropolit Silvester Sembratoviçin külü qoyulmuşdur. Aşkar olunmuş daha səkkiz tabut sərdabənin künclərindən birində kip hörülmüşdür.

1932-ci ildə arxeoloq Yaroslav Pasternak Mitropoliya konsistoriyasının komissiya üzvlərinin xahişi ilə sərdabədə birinci arxeoloji tədqiqatları keçirməyə başlayır. Tədqiqatların nəticələri Georgi zirzəmisinin bir sıra əhəmiyyətli sirlərini üzə açdı. Tədqiqatların materialları ö vaxtki nəşrlərdə geniş işıqlandırılırdı. Y. Pasternak həmçinin sərdabənin döşəməsini tədqiq edir və burada daha beş naməlum məzarı, həmçinin Nikifor Şeptitskinin tabutunu aşkar etdi. Tədqiqatçı divarın daxilində xüsusi zondla bir neçə dəlik yaratmış, ancaq onun böyük təəssüfünə heç bir yeni zirzəmi otağını aşkar edə bilməmişdir.

Patriarx Kor İosifin qalıqlarlarının 1992-ci ildə Romadan Lvova daşınması ilə əlaqədar olaraq (onun qalıqları məhz bu kafedralın zirzəmisində təkrar basdırılmalı idi) sərdabənın qaydaya salması haqqında məsələ cəmiyyət qarşısında qaldırıldı. Hələ 13 noyabr 1991-ci ildə Şevçenko adına Lvov Arxeologiya Komissiyasının üzvləri sərdabədə təkrar tədqiqat işlərinə başlayırlar; arxeoloji tədqiqat işləri dörd ay ərzində aparılır və 13 mart 1992-ci il tarixində rəsmən başa çatır. Y. Pasternak tərəfindən aşkar edilmiş 5 məzardan başqa, sərdabənin döşəməsində daha iki qəbir tapılmışdır. Onlardan biri XVIII əsrə aid edilir.

Kafedralın müasir strukturu

[redaktə | mənbəni redaktə et]
  • Mariya drujinası;
  • Terebovlyan Tanrı Anasının qardaşlığı;
  • Altar drujinası;
  • İncil cəmiyyəti;
  • İnsansevər İsa Məsih qardaşlığı;
  • Dua edən Ana qardaşlığı;
  • Müqəddəs Georgi gəncliyi.

Ukraynanın və UYKK tarixində kilsənin əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

8–10 mart 1946-cı ildə Ukrayna Yunan-Katolik iyerarxiyası və mitropolit Kor İosif arasında imzalanan müqavilənin ardından, Lvovun pravoslav arxiyeparxiyasına aid edilən kilsə Moskva patriarxatının yurisdiksiyasına verilmişdir. Yalnız 1990-cı ilin avqust ayında, yəni UYKK-in yenidən leqallaşdırılmasından sonra müqəddəs Georgi yenidən özünüidarəetmə hüququnu əldə edə bilmişdir.

Müqəddəs Georgi kafedralının xatirəsinə həsr olunmuş sikkə

[redaktə | mənbəni redaktə et]

Müqəddəs Georgi kafedralı — Ukrayna Respublikasının Mərkəzi Bankı tərəfindən buraxılmış və nominal dəyəri 10 qrivnaya bərabər olan xatirə gümüş sikkəsidir. Sikkə Qərbi Avropa barokkosunun parlaq təcəssümünü özündə ehtiva edən, XVIII əsrin Ukrayna memarlığının ən görkəmli nümunəsinə həsr olunmuşdur. Banisi mitropolit Afanasi Şeptitski olmuş Lvov kafedralı görkəmli memar Bernard Meretinin layihəsi əsasında 1744–1761-ci illər ərzində inşa edilmişdir.[71]

  • Avers: Sikkənin üz tərəfində müqəddəs Georgi (Yur) heykəli təsvir edilmişdir (İohann Kist, 1759–1761). Kafedralın fasadında və ondan solda sikkənin kəsilmə tarixi (2004-cü il) və Ukraynanın kiçik dövlət gerbi yerləşdirilmişdir. Yazılar: UKRAYNA (sikkənin yuxarısında yarımdairə ilə) və 10 HRİVNA (sikkənin aşağısında). Sikkədə həmçinin metalın işarəsi və onun əyarı — Ag 925, təmizlik kütləsi — 31,1 və Ukrayna Milli Bankına məxsus zərbxana loqotipi təsvir olunmuşdur.[72]
  • Revers: Sikkənin arxa tərəfində Vifleyem ulduzu ilə simvolik üçbucağın fonunda kilsə və zəng qülləsi, onların aşağısında isə, təmizlik simvolu sayılan zambaqgülü təsvir edilmişdir. Üçbucaq simvolunun ətrafında dairəvi yazılar yerləşdirilmişdir: MİLAD KİLSƏSİ (solda), TANRI ANASI (sağda) və KOZELETS (aşağıda).
Adı Şəkil Nominalı Diametri Çəkisi Əyarı Tipi Buraxılış limiti Seriya
Müqəddəs Georgi kafedralının xatirəsinə həsr olunmuş gümüş sikkə 10 hrivna 38,61 mm 31,1 q Ag 925 Proof 8000 ədəd Ukrayna ərazisindəki memarlıq abidələri
  1. Львів. Туристичний путівник. — видавництво "Центр Європи".— Л., 2007.— С. 166
  2. Переклад В. Січинського: Січинський В. Архітектура катедри св. Юра у Львові.— Львів: Накл. Богословського наук, т-ва, 1934.— 96 с. + XXX с.
  3. Літопис руський / Переклад з давньоруської Л. Є. Махновця; Відповідальний редактор О. В. Мишанич. — К.: Дніпро, 1989.— С. 422–423
  4. Там же. С. 428
  5. Львов во времена русского владычества / Пер. с польского — Пб.: Тип. О-ва А. С. Суворина, 1915.— С. 63
  6. Січинський В. Архітектура катедри св. Юра у Львові… С. 36
  7. Ґруневег М. Опис Львова // Жовтень. — 1980. — № 10. — С. 111
  8. 1 2 Крип'якевич І. П. Історичні проходи по Львові… С. 123
  9. Szolginia W. Ikonografia dawnego Lwowa. — Cz. 1: Najstarsze widoki Lwowa. — Warszawa: PAN Instytut Sztuki, 1991
  10. Мицько І. Новознайдені історичні джерела про церкви Галичини ХІІ-ХІІІ ст. // Давні обителі України. Архітектура: Темат. зб. Святопокровського монастиря Студійського уставу. — Львів, 2002. — Вип. 13
  11. Січинський В. Архітектура катедри св. Юра у Львові. — Львів: Накл. Богословського наукового товариства, 1934.— С. 37
  12. Чоловский А. Львов во времена русского владычества / Пер. с польского — Пб.: Тип. О-ва А. С. Суворина, 1915.— С. 75
  13. Из книги С.Сукач «Украинская колокольная историография». "Староюрский колокол Якова Скоры 1341 года – памятник истории и культуры Украины". Сайт о колоколах и колокольчиках, о мире звучащей бронзы. 30.06.2011. 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-07.
  14. Січинський В, Архітектура катедри св. Юра у Львові… С. 38
  15. Диба Ю. Невикористані писемні свідчення про початки церкви святого Юра у Львові // Вісн. Львів, університету. Сер. "Мистецтвознавство". — 2005.— Вип. 5.— C. 152–160. [ölü keçid]
  16. Петрушевич А. Сводная Галицко-Русская летопись с 1600 по 1700 год. — Львов, 1874.— С. 34
  17. Бевзо О. А. Львівський літопис і Острозький літописець: Джерелознавче дослідження. — К.: Наук, думка, 1971. — С. 120, 123
  18. Clemens Hoffmann. "MARCO POLO Reiseführer Ukraine". Cremefarbene Rokoko-Sahnetorte - Auf dem Swiatojurski-Hügel (321 m) liegen Kirche und Amtssitz des griechisch-katholische Metropoliten von Galizien, gebaut 1744-61. 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-18.
  19. Зіморович Б. Потрійний Львів: Leopolis Triplex.— Львів: Центр Європи, 2002.— С. 80
  20. Zubrycki D. Kronika miasta Lwowa. — Lwów: Staurop. inst., 1844.— S. 88
  21. Lamski W. Sztuka lwowska w XVI–XVII wieku: Architektura i rzezba. — Lwow: Nakl. Ksiegarni H. Altenberga, 1901.— S. 2
  22. Зіморович Б. Потрійний Львів: Leopolis Triplex… С. 200
  23. Ksiaga dziejów… w monasterze lwowskim pod tyt. Sw. Jerzego… // Lwowianin.— 1841. — С. 81
  24. Січинський В, Архітектура катедри св. Юра у Львові… С. 38–39
  25. Вуйцик В. С. Архікатедра Святого Юра у Львові: Архітектурний ансамбль // Вісн. інституту "Укрзахідпроектреставрація".- 2004. — Ч. 14. — С. 17
  26. Січинський В. Архітектура катедри св. Юра у Львові. — Львів: Накл. Богословського наук, т-ва, 1934.— С. 38–39
  27. Mańkowski T. Z problemów lwowskiej architektury kościelnej (Z powodu publikacji: Siéyñskyj Wolodymir, Dr. Architektury katedry Sw. Jura u Lwowi. — Lwów, 1934) // Ziemia Czerwieńska. — 1935. — T. 1, № 1. — S. 80–81
  28. Січинський В. Архітектура катедри св. Юра у Львові. — Львів: Накл. Богословського наук, т-ва, 1934.— С. 42
  29. Пам'ятки архітектури та містобудування України: Довідник Державного реестру національного культурного надбання / За ред. А. П. Мардера та В. В. Вечерського. — К: Техніка, 2000.— C. 145
  30. Lamski W. Sztuka Lwowska w XVI–XVII wieku: Architektura i rzezba. — Lwow: Nakl. Ksiegarni H. Altenberga, 1901.— S. 3
  31. 1 2 Mańkowski T. Z problemów lwowskiej architektury koscielnej (Z powodu publikacji: Siéyñskyj Wolodymir, Dr. Architektury katedry Sw. Jura u Lwowi. — Lwiw, 1934) // Ziemia Czerwieńska. — 1935. — T. 1, № 1.— S. 81
  32. Immanuel Johann Gerhard Scheller. "Murator - Lateinisch-deutsches (und deutsch-lateinisches) Wörterbuch. 3. Aufl".
  33. Civitates Orbis terrarum. Theatri Preacipuarum totius Mundi Urbium. — Coloniae Agrippinae. — Anno 1618. — Liber VI. — Opus № 49
  34. WitwickiJ. ObwarowaniasrodmiesciaLwowa// Kwartalnik Architektury і Urbanistyki. — T. XVI, zesz. 2–3. — Warszawa: PWN, 1971.— S. 149
  35. Szolginia W. Ikonografia dawnego Lwowa. — Cz. 1: Najstarsze widoki Lwowa. — Warszawa: PAN Instytut Sztuki, 1991.— S. 5
  36. Диба Ю. Про архітектуру первісної церкви св. Юра у Львові // Духовна спадщина патріарха Йосифа Сліпого і сучасні проблеми розвитку української науки та культури: Зб. наук, праць. — Львів: Собор святого Юра. Львівська політехніка, 2000. — С. 238.
  37. Вуйцик В. Невідомий найдавніший план Святоюрської гори // Вісн. літератури інституту «Укрзахідпроектреставрація».— 2002.— Ч. 12.— С. 216
  38. Вуйцик В. Невідомий найдавніший план Святоюрської гори // Вісн. літератури інституту "Укрзахідпроектреставрація". — 2002. — Ч. 12. — С. 213
  39. Вуйцик В. До питання про об'ємно-планову композицію старої катедри Св. Юра у Львові: На підставі іконографічного матеріалу // Вісн. інституту "Укрзахідпроектреставрація". — 2004. — Ч. 14.— С. 25
  40. Вуйцик В. До питання про об'ємно-планову композицію старої катедри Св. Юра у Львові: На підставі іконографічного матеріалу // Вісн. інституту "Укрзахідпроектреставрація". — 2004. — Ч. 14.— С. 27
  41. Січинський В, Архітектура катедри св. Юра у Львові… С. 32
  42. Петрушевич А. С. Краткая роспись русским церквам и монастырям в граде Львове // Галицкий ист. сб. — Львов: Изд. О-ва Галицко-Русской Матицы, 1853. — Вып. 1.— С. 24
  43. Зіморович Б. Потрійний Львів: Leopolis Triplex… С. 83
  44. Лабенский Ф. Русские церкви и братства на предградиях Львовских: Материалы по истории города Львова (Оттиск из "Вестн. Народ, дома"). — Львов, 1911. — С. 13.
  45. Зіморович Б. Потрійний Львів: Leopolis Triplex… - С. 93.
  46. Михайло Грушевський. Спір за Галицьке намісництво // Історія України-Руси. — Т. V. — С. 434–438.
  47. Зіморович Б. Потрійний Львів: Leopolis Triplex. — Львів: Центр Європи, 2002. — С. 106.
  48. ГоловацкийЯ. Львовская руска єпархія перед стома літьі // Зоря галицкая яко альбум на год 1860. — Львов, 1860. — С. 258.
  49. Крип'якевич І. Історичні проходи по Львові… С. 126
  50. Крип'якевич І. П. Історичні проходи по Львові… С. 127
  51. Літопис Самовидця / Вид. підготував Я. І. Дзира. — К: Наук. думка, 1971., стор. 53
  52. Крип'якевич І. П. Історичні проходи по Львові… С. 128
  53. "Von Krakau bis Kiew" (alman). ROWEFIDIBUS -On the move / Unterwegs. 2016-03-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-24.
  54. Margarita und Manfred unterwegs. "Donnerstag, Freitag 13.-14.9. Stadtbesichtigung". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-24.
  55. Памятники градостроительства и архитектуры Украинской ССР: в 4-х томах. — Київ: Будівельник. — Т. 3. — 1985. — стор. 94
  56. 1 2 Вуйцик В. С., Липка Р. М. Зустріч зі Львовом. — Львів: Каменяр, 1987, стор. 82
  57. Січинський В. Архітектура катедри св. Юра у Львові… С.
  58. Krasny P. Katedra Św. Jura we Lwowie a tradycyjna architektura cerkiewna Rusi Czerwonej // Sztuka kresów wschodnich. — T. 5. — Kraków, 2003. — S. 54–84
  59. Вуйцик В. С., Липка Р. М. Зустріч зі Львовом. — Львів: Каменяр, 1987.— С. 84
  60. 1 2 Soviet-Era Documents Shed Light On Suppression Of Ukrainian Catholic Church Soviet-Era Documents Shed Light On Suppression Of Ukrainian Catholic Church Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine, Radio Free Europe/Radio Liberty, August 7, 2009
  61. Archbishop Volodymyr Sterniuk at the Religious Information Service of Ukraine
  62. V. Petrushko — Autocephalous Schisms in Ukraine during the 1990s. Retrieved on 29 January 2007 Arxivləşdirilib 5 oktyabr 2018 at the Wayback Machine
  63. Шараневич І. Стародавный Львов (От року 1260–1350), стор. 112
  64. Вуйцик В. Невідомий найдавніший план Святоюрської гори // Вісник літератури інституту "Укрзахідпроектреставрація". — 2002. — Ч. 12. — С. 213–215.
  65. Zieliñski L. Pamiatki historyczne krajowe. — Lwow, 1841. — S. 108.
  66. Urzedowa Wizija Cerkwi i Monasteru S. Jerzego Meczennika we Lwowie, na zedanie 00. Bazylianów tegoz monasteru, przedsiewzieta ze strony magistratu miasta Lwowa dnia 12 üpca 1765 roku // "Przeglad archeologiczny", J 2. — Lwow, 1883. — S. 132.
  67. Зберігається в Національному музеї у Львові. Репродукований в кн.: Mańkowski T. "Lwowskie kościoły barokowe". — Lwow, 1932. — S. 104.
  68. Центральний державний історичний архів України у Львові - Ф. 52. - Оп. 2. - Спр. 376. - С. 1911; - Ф. 491. - Оп. 1. - Спр. 131. - С. 2.
  69. Центральний державний історичний архів України у Львові. — Ф. 201. — Оп. 1 "6". — Спр. 2931. — С. 49.
  70. Kępiński, Andrzej. Ukraina - po obu stronach Dniestru. Człowiek poznaje świat. Poznań: Zysk i S-ka. 2013. 136. ISBN 978-83-7785-346-7.
  71. "10 гривен - Собор святого Юра". Монеты мира. Каталог монет. 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-27.
  72. "Собор святого Юра. Идентификация и оценка изделия по каталогам". Монетарный индекс (Coindepo Group).[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]