Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 4 gün əvvəl 188.253.209.225 (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Çobanov Müşfiq Mədəd oğlu (22 yanvar 1970, Darbaz, Bolnisi rayonu) — Azərbaycan alimi, jurnalisti və universitet müəllimi. Azərbaycan Yazıçılar Birliyinin (1997) və Azərbaycan Jurnalistlər Birliyinin (1998) üzvü, filologiya üzrə fəlsəfə doktoru (2016), "Abdulla Şaiq", "Nəriman Nərimanov" və "Qızıl Qələm" mükafatları laureatıdır.[1]
Müşfiq Borçalı | |
---|---|
Doğum tarixi | 22 yanvar 1970 (54 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | jurnalist |
Müşfiq Borçalı (Müşviq Mədəd oğlu Çobanov) - 22 yanvar 1970-ci ildə qədim Borçalı mahalında – indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində anadan olub. 1986-cı ildə Darbaz kənd orta məktəbini – Gürcüstan Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə bitirib və elə həmin il A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun rus filologiyası fakültəsinin Azərbaycan bölməsinə daxil olub.[2]
O, eyni zamanda TDPİ-nin ictimai peşələr fakültəsində jurnalistika ixtisası üzrə təhsil alıb.
1988-1989-cu illərdə hərbi xidmət borcunu yerinə yetirib.[3]
1990-cı ildə Bakıya köçüb və Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsilini davam etdirib.
1992-ci ildə ADPU-nun filologiya fakültəsini Fərqlənmə diplomu ilə bitirib.
Əvvəlcə "Ziya" qəzetinin müxbiri, bir az sonra məsul katib, daha sonra isə ədəbi redaktor vəzifələrinə təyin olunub.
1993-cü ildən "Təhsil" qəzetinin baş redaktoru, 1995-ci ildən "Azad Azərbaycan", "Şərqin səsi", "Elm və Təhsil" qəzetlərinin baş redaktoru vəzifələrinə çalışıb.
Eyni zamanda, AzTV-nin "Xalq yaradıcılığı" redaksiyasının redaktoru vəzifəsində çalışıb. AzTV-də yayımlanan "Dastan", "Yazı", "Sazın-sözün sehri", "Aşıq Pəri Məclisi", "Borçalı elləri" və s. verilişlərin ssenari müəllifi və redaktoru olub.
Ssenari müəllifi və ya redaktoru olduğu filmlər arasında -
"ŞƏRƏFLİ ÖMÜR YOLU" [4](İsmayıl Ömərov - 70. Ssenari müəllifi: Müşfiq Borçalı, redaktoru: Anar Yusifoğlu, Rejissoru: Nərminə Əsədova, Montajçı: Elmir Nağıyev);
"DANIŞAN QAYALAR" [5](Qobustan qayaları haqqında sənədli film - Layihə rəhbəri: Cavanşir Qurbanov; Ssenari müəllifi: Müşfiq Borçalı; Rejissoru: Günay Novruz; Redaktoru isə Müşfiq Cabiroğludur),
"CƏSUR KƏŞFİYYATÇI" [6] ("Vetenim.İnfo” MMC tərəfindən hazırlanmış filmin redaktoru Müşfiq Borçalı, ssenari müəllifi Günay Novruz, rejissoru isə İsrafil Xanlarovdur.) və s. tamaşaçılar tərəfindən xüsusilə böyük maraqla qarşılanmışdır.
Hazırda Azərbaycan Respublikasi "Təhsil" Elm-İstehsalat Mərkəzinin və "Borçalı" Nəşriyyat-Poliqrafiya müəssisəsinin təsisçisi və Baş direktoru, "Ziya" qezetinin, ZiM.Az və ziya.info.az saytlarının Bas redaktorudur.[7]
Eyni zamanda, AzTU-nun "Azərbaycan dili və pedaqogika" kafedrasında pedaqoji fəaliyyətlə də məşqul olur, bakalavrlara "Azərbaycan dili" və "Nitq mədəniyyəti" fənlərini, maqistrlərə isə "Pedaqogika" fənnlərini tədris edir.
1993-cü ildə Azərbaycan MEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı qəbul olunub və elə həmin il Elmi Şuranın qərarı ılə "Gürcüstanda nəşr olunan Azərbaycan mətbuatında ədəbiyyat məsələləri" mövzusunda namizədlik dissertasiyası təsdiq olunub.
2016-cı il noyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron Akt zalında həmin elm müəssisəsinin Filologiya elmləri doktoru və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.131 - Dissertasiya Şurasının növbəti iclasında AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Əkbər oğlu Həbibbəylinin elmi rəhbərliyi ilə "Gürcüstanda Azərbaycan Ədəbiyyatının inkişaf meyilləri (1960-2010)" mövzusunda yazdığı dissertasiya işini uğurla müdafiə edib, ona Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.[8][9][10]
Azərbaycan Respublikası Milli Məclisinin Təhsil və Mətbuat haqqında qanunlar hazırlayan işçi qruplarının üzvü olmuş və qanunların hazırlanmasında yaxından iştirak etmişdir.
Azərbaycan Gənclərinin, Azərbaycan Müəllimlərinin və Azərbaycan Jurnalistlərinin qurultaylarının nümayəndəsi olmuşdur.
"Abdulla Şaiq", "Nəriman Nərimanov", "Qızıl Qələm", "Zirvə", "Zəfər" və s. mükafatların laureatıdır.
Dəfələrlə Fəxri Fərman, Fəxri diplom və müxtəlif mükafatlarla təltif olunub.
O cümlədən, Azərbaycan Respublikasi Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyinin Diplom və sertifikatlarina layiq görülüb.
Eyni zamanda, 5 cildlik "Zirvə" poeziya antologiyasının, "Sazlı-Sözlü Borçalı" ədəbi Məcmuəsinin, həmçinin bir çox almanax, toplu və s. kitabların Naşiri, tərtibçisi və redaktorudur.