Müəllim Naci (osman. معلّم ناجى, türk. Muallim Naci; 1849, İstanbul – 12 aprel 1893, İstanbul) — Osmanlı şairi və yazıçısı. Yaradıcılığında daha çox türk klassik ədəbiyyatının ənənələrini yaşatmağa çalışmışdı.[1]
Müəllim Naci | |
---|---|
Təxəllüsü | Naci |
Doğum tarixi | 1849 |
Doğum yeri | |
Vəfat tarixi | 12 aprel 1893 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | ədəbiyyat tənqidçisi, müəllim, şair |
Müəllim Naci Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Müəllim Naci Osmanlı imperiyasının islahat yönümlü Tənzimat dövründə yaşamış və köhnə ilə əlaqəni kəsmədən modernləşməni müdafiə etmişdir. O, həm nəsr, həm də poeziya ilə bağlı tənqidlərə töhfə vermiş, problemləri araşdıraraq, türk xalqına təsir edəcək fikirlər verməklə türk ədəbiyyatında və cəmiyyətində özünəməxsus yer qazanmışdır.[2] Onun Osmanlı türkcəsi lüğəti olan "Lüğət-i Naci" əsəri böyük əhəmiyyət kəsb edir.