Mühacir (islam)

Mühacir (ərəb. المهاجر‎ — «Hicrət edənlər») — 622-ci ildə Məhəmməd peyğəmbərin dövründə Məkkədən Mədinəyə hicrət edən müsəlmanlar. Mühacirlər ənsarlarla birlikdə müsəlman cəmiyyətinin elitasını təşkil edirdilər.

İlk mühacirlər 615-ci ildə Efiopiyaya hicrət etmiş müsəlmanlardır. Efiopiyada məskunlaşanların 83 nəfəri kişi idi.

622-ci ildə Məkkəlilər tərəfindən zülmə məruz qalan yüzə yaxın yetkin kişi ailələri ilə birlikdə Məkkəni tərk edərək onlara sığınacaq verən ənsarlarla birlikdə Mədinəyə yerləşir. Mühacirlərin çoxu iman xatirinə qohumluq əlaqələrini kəsərək evlərini və mallarını tərk edir.

Əvvəlcə onların çoxu kasıb idi. Yəhudi tayfası Bənu Nadir qovulduqdan sonra evlər və torpaqlar müsəlmanlar arasında bölüşdürülür. Ömər ibn Xəttab müsəlmanların maddi rifahının İslamdakı təcrübələri və Peyğəmbərə yaxınlığı ilə müəyyən edilən vergi islahatı vasitəsilə ənsarlara digər müsəlman qruplarından daha yüksək maaşlar təyin edir. Belə ki, Bədr döyüşünün bütün iştirakçıları 5 min dirhəm, zövcələrinə isə 500 dirhəm verilir. Müqayisə üçün qeyd edək ki, müsəlmanların növbəti kateqoriyası (Hüdeybiyyədəki müqavilə ilə Yərmuq döyüşü və Qadisiyyə uğrunda döyüş arasındakı intervalda İslamı qəbul etmişlər) artıq 3000 dirhəm, zövcələri isə 400 dirhəm alırdılar. Mühacirlər hətta şəxsi təqaüdlərin (3 min dirhəmə qədər) ödənilməsinə görə ilk, ən imtiyazlı insanlar qrupundan da seçilirdilər.

Bütün saleh xəlifələr və xəlifəlik iddiasında olanlar da mühacirlərdən idi. ƏməvilərAbbasilər mühacirlərin nəslindən idilər.

Mühacirlər Bədr, Uhud, Huneyn və digər döyüşlərdə düşmənə qarşı fədakarlıqla vuruşmuşlar. Bədr döyüşündə 70-ə yaxın mühacir iştirak etmişdir.

Məhəmməd peyğəmbərin vəfatından sonra mühacirlər və ənsarlar Ərəbistanda mürtədlərə, bizanslılara, farslara və xilafətin digər xarici düşmənlərinə qarşı vuruşmuşlar.

  • Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. (Allah) onlar üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur[1].
  • (Mühacirlərdən Mədinədə) əvvəl (orada) yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır[2].
  • Sınağa çəkildikdən sonra hicrət edənləri, daha sonra cihad edib (çətinliklərə) dözənləri, bunlardan sonra əlbəttə, Rəbbin Bağış­­layandır, Rəhmlidir[3].
  • Zülmə uğradıldıqdan sonra Allah yolunda hicrət edənləri dünyada gözəl bir məskəndə sakin edəcəyik. Axirət mükafatı isə daha böyükdür. Kaş biləydilər![4]
  • İman gətirən, hicrət edən və Allah yolunda cihad edənlər və sığınacaq verib köməklik göstərənlər – məhz onlar həqiqi möminlərdir. Onlar üçün bağışlanma və bolluca ruzi vardır[5].

Mühacirlərə inanclarını xilas etmək üçün başqa ölkələrə köç edən müsəlmanlara da deyilir.