Müqəddəs Tomas kilsəsi (Praqa)

Müqəddəs Tomas kilsəsi (çex. Kostel sv. Tomáše) - Praqa şəhərinin Mala Strana rayonunda yerləşir. Böyük Orta əsr kilsəsi Avqustin ordeni tərəfindən 18-ci əsrin birinci yarısında yüksək barokko üslubunda yenidən inşa olunumuşdur. Onun interyeri Piter Paul Rubens, Bartolomeus Şpranger, Karel Şkreta və başqalarının zəngin bədii xüsusiyyətlərə malik bir sıra şah əsərlərinin qorunub saxlanıldığı yer hesab olunur. Ona bitişik Avqustin monastırı ilə birlikdə, Müqəddəs Tomas kilsəsi Çex Respublikasının mədəniyyət abidəsi kimi qorunur[2]. Kilsə bir çox hadisələrin şahidi olub və demək olar ki, 800 il ərzində öz gözəliyini və təravətini itirməyib.

Müqəddəs Tomas kilsəsi
çex. Kostel sv. Tomáše v Praze
Xəritə
50°05′24″ şm. e. 14°24′36″ ş. u.
Ölkə Çexiya Çexiya
Şəhər Praqa
Yerləşir Mala Strana
Aidiyyatı Katolisizm
Tikilmə tarixi fasilələr ilə 1315-1379, 1584-1592, 1727-1731[1]
Üslubu barokko
Vəziyyəti Fəaliyyətdədir
Müqəddəs Tomas kilsəsi (Praqa)
Müqəddəs Tomas kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qotik kilsənin əsası 1315-ci ildə Çexiya kralı II Vatslavın hakimiyyəti dövründə qoyulmuşdur. Eyni zamanda öz təqva və dinə itaəti ilə tanınan kral, Praqa şəhərinə Avqustun ordenini dəvət etdi. Onlar orden üzvlərinin yaşayış və tərbiyələrini təmin etmək məqsədilə, şəhər bələdiyyəsindən torpaq sahəsi əldə etmiş və kilsə üçün yeni monastır binasını inşa etməyə başlayırlar.

Qusçu müharibələri zamanı, kilsə yandırılmış və demək olar ki, tamamilə məhv edilmişdir. Kilsənin yenidənqurma işlərinin orden üçün həddindən artıq baha gəldiyindən, təmir işləri əhəmiyyətli dərəcədə ləngiyirdi. Yalnız XVI əsrin ortalarında kilsə İntibah üslubunda tamamilə yenidən qurulmuşdur, lakin 1500-cü ildə baş vermiş təkrar yanğın kilsə və bütün monastır kompleksini məhv etmişdir. İntibah üslubunda kilsənin bərpa işləri XVI əsr boyunca davam edirdi. Yalnız 29 dekabr 1593-cü ildə kilsə yenidən təqdis edilmişdir.

1618-1648-ci illər ərzində davam etmiş Otuzillik müharibə Praqa şəhəri, xüsusən də Müqəddəs Tomas kilsəsi üçün izsiz qalmamışdır. Kilsə yenidən yandırılaraq tamamilə dağıdılmışdır. Onun bərpasını Vəftizçi Yan Erna öz üzərinə götürmüşdür və artıq 1665-1675-ci illərdə barokko üslubunda yeni bir kilsə tikilmişdir. 1727-ci ildə kilsə hazırkı görülə biləcək görünüşünü əldə etmək üçün yenidən yenidənqurma işlərinə məruz qalmışdır. Məhz memar Kilian İqnats Dintsenhofer kilsəyə möhtəşəm "yüksək barokko" üslubunu gətirmişdir.

Kilsənin son əsaslı təmir işləri 19601971-ci illər arasında; damın əvəz edilməsi ilə birlikdə təmir üçün digər xərclər isə 1990-cı ildən sonra həyata keçirilmişdi.

Kilsənin fasadı

[redaktə | mənbəni redaktə et]

Müqəddəs Tomas Katolik kilsəsi hələ də bütövlükdə mövcudluğu müddətində bir-birini əvəz edən müxtəlif memarlıq üslublarının izlərini özündə daşıyır. Belə ki, qotika üslübündakı şimal zəng qülləsi və onun içərisində asılmış dörd çən günümüzə kimi qalmışdır. Onlardan biri hələ XVII əsrinhadisələrini xatırladır və müqəddəs Avqustinin adını daşıyır, qalan zənglər isə Peter Rudolf Manouşkanın emalatxanasında tökülmüşdür. Qüllə ziyarətçilər üçün açıqdır, lakin onun yolları olduqca çətindir. Dar və hündür taxta pilləkənlər qalxmaq üçün əlverişsizdir, lakin sonda Mala Strananın gözəl mənzərəsindən zövq almaq üçün bütün bu əziyyətləri dəf etmək lazımdır. Bütövlükdə, kilsə fasadı barokko üslubunda yaradılsa da, bəzi intibah dövrünə aid detallar mühafizə olunmuşdu.

Kilsənin interyeri

[redaktə | mənbəni redaktə et]

Kilsənin interyeri möhtəşəmliyi ilə insanı valeh edir. Kilsəyə daxil olduqda konkret bir şeyə nəzər salmaq olduqca çətindir. Tavana baxdıqda isə, Müqəddəs Avqustinin həyatının əsas səhnələrini göstərən nəfis fresklərdən yalnız zövq hissi almaq mümkündür: fresklər Müqəddəs Ambroj tərəfindən onun vəftiz etməsini, katolik elminin mühafizəsi, Məsihin ayaqlarının yuyulması səhnəsi, Müqəddəs Avgustinin səyyah geyimində görünməsi və nəhayət onun Apofeozu (yəni "ilahiləşdirməsi") təsvir olnmuşdu. Kilsənin mərkəzində fresklər ilə örtülmüş böyük günbəz ucalır. Günbəzin üzərindəki fresklər Vatslav Vavrjinets Rayner (və ya Ventsel Lorents Rayner - çex. Václav Vavřinec Reiner, alm. Wenzel Lorenz Reiner‎) Məsihin dirilməsini və Müqəddəs Toması təsvir edir[3].

Kilsənin əsas altarı 1731-ci ildə Kilian İqnats Dintsenhofer tərəfindən yaradılmışdır. Nəhəng qızılı çərçivələrin içərisinə yerləşdirilmiş iki rəsm Rubens tərəfindən yaradılmış əsərlərin surətini təqdim edir və əsas altarın yuxarısında quraşdırılmışdı. Rəsm əsərləri müqəddəs Tomas və Avqustini təsvir edir. Piter Paul Rubens həmin bu əsərləri Svitava ordeninin prioru tərəfindən verilmiş sifarişə uyğun olaraq 1637-ci ildə Antverpen şəhərində hazırlamışdır. Onların orijinal nümunələri isə Milli Qalereyada saxlanılır.

Əsas altar nəinki gözəl rəsm əsərləri ilə, həmçinin qızıl suyuna salınmış heykəllərlə bəzədilib. XVII əsrdə altarın bütün heykəlləri qızıl və gümüşdən hazırlanmışdır, lakin tezliklə materiallarının istehsalının və əriməsinin daha yüksək dəyərə malik olması ilə əlaqədar, bütün heykəllərin taxta ilə əvəz olunması daha məqsədəuyğun hesab olunmuşdur. Əsas altar ilə yanaşı, kilsə müxtəlif müqəddəslərə ithaf olunmuş künc kiçik altralar ilə də bəzədilmişdi. Kilsədə olan yeddi altarın hər biri memar İyeronim Kol tərəfindən mərmər materialdan hazırlanmış, qızılı çərçivələrin içərisindəki rəsm əsərləri və barokko üslubunda oyma naxışlar və mələklərin fiqurları ilə bəzədilmişdi.

Müqəddəs Tomas (və yaxud Tomaş) kilsəsi Praqaya səfər edən insanlar üçün layiqincə dəyər verə biləcək yerlərdən biridir. Kilsə qülləsinə dırmaşaraq oradakı zənglərin melodik səslərinə qulaq asmaq çox vacibdir. Binanın gözəl memarlıq tərtibatı və interyerin bəzək elementləri hər kəsi valeh edir. Qeyd etmək lazımdır ki, kilsənin tabeliyində olan monastırda 1951-ci ilə kimi yüksək keyfiyyətə malik pivə hazırlanırdı. Hal-hazırda monastır binasında pivəxana yerləşir və bütün ziyarətçilər müqəddəs Tomas kilsəsi ilə görüşdən sonra burada pivə və qəlyanaltılardan zövq alırlar[4].


Kilsənin yerləşdiyi ərazi

[redaktə | mənbəni redaktə et]

Ünvan: Yozefska (Josefská) küçəsi 28/8, Praqa 1 rayonu (Mala Strana) Telefon: +420 257 530 556 Metro: Malostranská stansiyası Tramvay xəttləri: 12, 20, 22; 57. Tramvay dayanacağı: Malostranské náměstí

  • Pavel Vlček. Umělecké památky Prahy. Malá Strana, vydavatel - Academia, Praha 1999, ISBN 80-200-0771-7
  • Emanuel Poche. Prahou krok za krokem, Praha: 1958
  • Pavel Vlček, Petr Sommer, Dušan Foltýn: Encyklopedie českých klášterů. vydavatel - Libri, Praha 1997. ISBN 80-85983-17-6
  1. Vlček (1999), s. 100
  2. "Nemovité památky" (çex). Monumnet.npu.cz. 2011-02-13. 2016-03-10 tarixində arxivləşdirilib.
  3. Poche (1958); Nová encyklopedie českého výtvarného umění, Academia, Praha 1995
  4. Vlček (1999), s. 107

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]