Müstənsəriyyə mədrəsəsi

Müstənsəriyyə mədrəsəsiXIII əsrə aid mədrəsə.[1]

Haqqında[redaktə | mənbəni redaktə et]

Abbasilər xilafəti dövründə Xəlifələrin öz mədrəsələri də fəaliyyət göstərirdi. Bu mədrəsələrə onlar öz savadı ilə seçilən müəllimləri dəvət edirdilər. Abbasilər sülaləsinin otuz altıncı xəlifəsi əl-Müstənsir (1226–1242) özünün əl-Müstənsəriyyə adlanan mədrəsəsinə "fəzilətləri özündə birləşdirən alim, ədəb, fiqh, hüquq və hikmətdə səriştəli şeyx Rəşidəddin əl-Fərqanini müəllim kimi təyin etmişdi. Əslən Azərbaycanın Mərənd şəhərindən olan İmadəddin Əbu Zülfəqqar Məhəmməd ibn əl-Əşrəf əl-Mərəndi (1199/1200–1281) də bu mədrəsənin müəllimi olmuşdur. Bu təyinatdan əvvəl 1233-cü ildə Bağdada gələn bu ləyaqətli fəqih "əl-Xilatiyyə"rabatında sakin olmuşdu. 1234-cü ildə "Müstənsəriyyə" mədrəsəsinin açılışı vaxtı mədrəsənin fəqihi təyin edilmişdi. Sonra isə 1250/1251-ci ildə Vasitdə məskunlaşaraq tədrislə məşğul olmuşdu. O, 1281-ci ildə vəfat etmiş və imam Musa ibn Cəfərin yanında dəfn edilmişdi.[2]

Bu mədrəsədə bəzi görkəmli azərbaycanlı ziyalıların təhsil alması haqqında məlumat vardır. Bağdadın "Müstənsəriyyə" mədrəsəsinə təhsil almaq üçün gedənlər arasında XIII əsrin elm və hünər sahiblərindən sayılan Səfiyəddin Əbdülmömin ibn Yusif Fəxir əl-Urməvini də qeyd etmək lazımdır. O, təhsil almaq üçün kiçik yaşlarında bu mədrəsəyə getmişdi.[3]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Nərgiz Əliyeva. Orta əsrlərdə Azərbaycan alimlərinin elmi əlaqələri və tədris fəaliyyəti. Bakı: "Turxan" NPB, 2015, s. 83–84" (PDF). 2021-09-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-03-17.
  2. Сейидбейли M. Научно-культурная жизнь Азербайджана (второй половины XIII-начало XIV в.) Баку: 1999, c. 113
  3. Tərbiyət Məhəmmədəli. Danışməndani Azərbaycan. Görkəmli elm və sənətadamları. Bakı: Azərnəşr, 1987,s.313

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Nərgiz Əliyeva. Orta əsrlərdə Azərbaycan alimlərinin elmi əlaqələri və tədris fəaliyyəti. Bakı: "Turxan" NPB, 2015.