Mütəllim Dəmirov

Dəmirov Mütəllim Rəsul oğlu (28 dekabr 1970, Bakı şəhəri)— xanəndə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti.

Mütəllim Dəmirov
Mütəllim Rəsul oğlu Dəmirov
Doğum tarixi (53 yaş)
Doğum yeri Bakı, Binəqədi rayonu, Biləcəri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Rəsul Dəmirov
Milliyyəti azərbyacanlı
İxtisası Xanəndəlik
Təhsili Azərbaycan Milli Konservatoriyası
Fəaliyyəti xanəndə, Azərb. Dövlət Akademik Opera və Balet Teartının solisti

Mütəllim Dəmirov 28 dekabr 1970-ci ildə Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində anadan olub. 1978 - ci ildə Binəqədi rayon Biləcəri qəsəbəsində 5 saylı orta məktəbin 1-ci sinifinə daxil olub. 3-cü sinifdən 10-cu sinifə qədər tam orta təhsilini Qobustan rayon A.O.Çernayayevski adına orta məktəbdə davam etdirib. 1988-cı ildə bu məktəbi bitirib. 1989 - 1991 cı ildə SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 1996-2000-ci illərdə Azərbaycan Dövlət Musiqi Kollecində Xanəndəlik ixtisası üzrə təhsil alıb. Bakalavr təhsilini 2002-2006-cı illərdə Azərbaycan Milli Konservatoriyasında alıb. 1995-ci ildə Asəf Zeynallı adına musiqi kollecində Nərman Əliyevin sinfində fərdi xanəndəlik sənətinin sirrlərin öyrənib. 1995-ci ildə “Füzuli 500” Respublika xanəndələr müsaqibəsinin 2 dərəcəli mükafatına layiq görülüb. 1996-cı i də Asəf Zeynallı adına musiqi kollecinin xanəndəlik sinifinə qəbul olunub. Respublikanın xaql artisti, ustad sənətkar Alim Qasımovdan dərs alıb. 2000-ci ildə həmin kolleci bitirib. 2002-ci ildə Dövlət Milli Konservatoriyasının Xanəndəlik kursuna qəbul olunub. Burada da müəllimi Alim Qasımov olub. 2006-cı ildə Milli Konservatoriyasını bitirib.

Mütəllim Dəmirov 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında solist kimi çalışır. İlk ifası Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında Zeyd rolu olub. Ustadı Alim Qasımov (Məcnun) və Mələkxanım Əyyubova (Leyli) ilə bir səhnəni paylaşıb. 1997-ci ildən “Leyli və Məcnun” operasında İbn Salam rolunda çıxış edib. 2005-ci ildən həmin tamaşada Məcnun atası rolunu oynayır. Bundan başqa istedadlı sənətkar Müslüm Maqomayevin “Aşıq Qərib” operasında Aşıq Səlim rolunu oynayıb. 1996-cı ildən 2009-cu ilə qədər baş rolda (Aşıq Qərib) çıxış edib. 1995-ci ildə "Füzuli-500" muğam müsabiqəsinin laureatıdır. 1994-cü ildən bu günə kimi cəbhə bölgələrində, "N" saylı hərbi hissələrdə konsert proqramı ilə çıxş edir. Mütəllim Dəmirov 1996-cı ildə Müslüm Maqomayevin “Şah İsmayıl” opera tamaşasında Çaqınçı və Xanəndə rollarında da çıxış edib. Üzeyir Hacıbəylinin “Əsil və Kərəm” operasında Şeyx obrazını da yaradıb. Şəfiqə Axundovanın “Gəlin qayası” opera tamaşasında Şeyx obrazını yaradan istedadlı xanəndə bir sıra xarici ölkələrdə qastrol səfərlərində olub. M.Dəmirov Türkiyənin İzmir, İğdır, Qars, Ankara, İstanbul şəhərində konsert proqramları ilə çıxış edib. İfaçının çıxışları böyük tamaşaçı marağı ilə qarşılanıb. Xanəndə qonşu İran İslam Respublikasının Tehran, Kərəc şəhərlərində də konsert proqramları ilə çıxış edib [1].

Almaniya Bundestaqının keçmiş deputatı, Almaniyada fəaliyyət göstərən Türk-Azərbaycan birliyinin sədri, professor Hakkı Kəskin xanəndə haqqında düşüncələrini bölüşərkən bildirib:

"Mən xanəndə Mütəllim Dəmirovun ifasını internetdən izlədikdən sonra, xanəndə haqda fikirlərimi bildirməyi qərara aldım. Çünki xanəndənin ifasına qulaq asdıqca bu səs insanı çox uzaqlara aparır və düşüncələrə qərq edir. Bu minilliklərin səsidir. Deyərdim ki, xanəndə fəlsəfi düşüncələrlə ifa edir. Bu çox önəmli şeydir və sənətkarın professionallığından irəli gəlir. Əsl sənətkar auditoriyanı ələ almağı bacarmalıdır. Azərbaycan xalqı belə xanəndəsi ilə fəxr etməli və qürur duymalıdır. Mütəllim Dəmirov Azərbaycan muğamını dünyada ləyaqətlə təmsil edə bilər. Belə səsləri olan bir xalqın mədəniyyətinin məhv olması mümkün deyil. Muğam Azərbaycan xalqının əbədiyyən bir dəyəridir. Bu dəyərli sənətkarımıza bundan sonrakı fəaliyyətində uğurlar arzulayıram."[2]

  1. "Mütəllim Dəmirovun 525-ci qəzetə verdiyi müsahibəsi". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-30.
  2. "Avropa.info". 2017-07-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]