Solisitor

Solisitor (ing. Solicitor) — əsasən ümumi hüquq sistemli ölkələrdə ənənəvi olaraq hüquqi məsələlərlə məşğul olan hüquqşünas vəkil. Bir sıra ölkələrdə hökumətin yanında, yaxud dövlət departamentində və ya şəhər hökuməti yanında xüsusi hüquqi vəzifədir. Hər hansı hüquqşünasın solisitor kimi fəaliyyət göstərməsi üçün qanunla müəyyən edilmiş xüsusiyyətlərə malik olması tələb olunur, hansı ki bu tələblər müvafiq dövlətlərin qanunvericiliyində fərqli müəyyən edilir. Məsələn, İngiltərəUelsdə solisitorlara dair tələblər 1974-cü il tarixli Solisitorlar haqqında Qanunla tənzimlənir. Bəzi istisnalarla, fəaliyyətdə olan solisitorların sertifikatı olmalıdır. İngiltərədə solisitorlar barristerlərdən sayca daha çoxdur. Onlar, əsas etibarilə, ümumi məsələlərlə bağlı hüquqi məsləhətlər verir və məhkəmə proseslərində çıxış edirlər.[1]

İngiltərə və Uels, eləcə də Şimali İrlandiya hüququnda, Avstraliyanın bəzi ştatlarında, Honkonqda, Cənubi Afrika Respublikasında (burada onlar attorney adlanırlar) və İrlandiyada hüquqi peşələr solisitorlar və barristerlər (bəzi dövlətlərdə advocate adlanırlar) arasında bölünür; adətən hüquqşünaslar bu iki tituldan birinə sahib olurlar. Şotlandiyada bu bölgü solisitorlar və vəkillər arasında aparılır. Baxmayaraq ki, hazırda Kanadada, Malayziyada, Yeni Zelandiyada, Sinqapurda və əksər Avstraliya ştatlarında hüquqi peşələrin praktiki məqsədlər üçün bölgüsü aparılmır və hüquqşünaslara "barrister və solisitor" tituluna sahib olmağa və təcrübədə da bu tituldan istifadə etməyə icazə verilir. Hətta bəzi hüquq məzunları iki tituldan biri ilə fəaliyyətə başlasalar da, sonradan digəri üzrə ixtisaslaşa bilirlər.[2]

İngiltərə və Uels

[redaktə | mənbəni redaktə et]

1873-cü il tarixli Ali Məhkəmə haqqında Qanun əsasında Ali Məhkəmə yaradılanadək solisitorlar Kansler Məhkəməsində, attorneylər ümumi hüquq məhkəmələrində, proktorlar isə kilsə məhkəmələrində fəaliyyət göstərirdilər. 1873-cü ildən sonra, Kral və ya Kraliçanın ProktoruÜmumi Attorney istisna olmaqla, hüquqşünasların "attorney""proktor" adlandırılmasına son qoyuldu və "İngiltərə və Uels Ali Məhkəməsinin Solisitoru" adı ilə əvəz edildi.[3] Lordlar Palatasının məhkəmə aspektinin Ali Məhkəmə ilə dəyişdirildiyi gündən etibarən solisitorlar "İngiltərə və Uels Yuxarı Məhkəmələrinin Solisitoru" kimi adlandırılmağa başlandı.[4]

"Attorney" termini İngilis hüququnda hələ də qanuna uyğun olaraq başqa bir şəxsin adından hərəkətlər etmək üçün səlahiyyət verilmiş şəxslərə münasibətdə istifadə olunur, hansı ki onların hüquq sahəsində ixtisaslaşmasına ehtiyac yoxdur. Son zamanlar, xüsusilə də əqli mülkiyyət sahəsində ixtisaslaşmış şəxslərə münasibətdə bu termin istifadə edilir.

İngilis hüquq sistemində solisitorlar adətən istənilən hüquq məsələsi ilə məşğul olur, o cümlədən məhkəmə proseslərində çıxış edirlər. Lakin onların yuxarı instansiya məhkəmələrində vəkil kimi çıxış etməsi üçün barrister tituluna sahib olmaları tələb olunur. Az ağır cinayətlərə məhkəmələrin böyük əksəriyyətini təşkil edən Magistratlar Məhkəməsində baxılır. Ağır cinayət işləri isə Magistratlar Məhkəməsində baxılmağa başlansa da, sonradan yuxarı instansiya məhkəmələrinə ötürülə bilər.

Mülki işlərin əksəriyyətinə qraflıq məhkəmələrində baxılır və belə işlər həmişə solisitorlara həvalə edilir. İddianın qiyməti £50,000 və daha artıq olduqda, eləcə də mülki işlər mürəkkəb olduqda həmin işlərə yuxarı instansiya məhkəmələrində baxılır. Bu zaman yuxarı instansiya məhkəmələrində, Kral Məhkəməsində və Apelyasiya Məhkəməsində ənənəvi olaraq barrister vəkil kimi çıxış edir. Keçmişdə barristerlərin ictimaiyyətlə birbaşa əlaqələri yox idi. Hazırda bu sərt ənənə aradan qaldırılıb. Hazırda solisitor vəkilləri geniş hüquqlara malik olmaqla bütün instansiya məhkəmələrində çıxış edə bilirlər. Eləcə də, hazırda insanlar müəyyən işlərin həlli üçün solisitora müraciət etmədən də barristerlərlə əlaqə saxlaya və onları vəkil kimi tuta bilirlər.

İngiltərə və Uelsdə solisitor kimi fəaliyyət göstərmək arzusunda olanlar sertifikat əldə etmək üçün illik ödəniş etməlidirlər. Həmin məbləğ solisitorların təmsil olunduğu İngiltərə və Uels Hüquq Cəmiyyyətinə ödənilir. Solisitorların Fəaliyyətinin Tənzimlənməsi Təşkilatı da həmin ödənişlər hesabına maliyyələşdirilsə də, Hüquq Cəmiyyətindən müstəqil, ayrılıqda fəaliyyət göstərir. Hər iki orqan solisitorların fəaliyyətinin peşəkar səviyyədə tənzimlənməsinin ümumi sistemini yaradırlar. Solisitorların fəaliyyəti barədə verilən şikayətlərin solisitor şirkətləri tərəfindən həlli qənaətbəxş olmadıqda, həmin şikayətlər Hüquqi Ombudsmana verilə bilər.

Xarici ölkələrdə ixtisaslaşmış hüquqşünaslar namizədin hüquqi bazasına əsaslanan QLTS qiymətləndirməsindən keçə bilərlər. Həmin qiymətləndirmədən keçmək üçün hər hansı hazırlıq və ya təcrübə tələb olunmur. Qiymətləndirmə iki mərhələ üzrə keçirilir: çoxsaylı seçmə testlər (14 mövzu üzrə 180 seçmə sual təqdim olunur) və OSCE1 və OSCE2 adlı iki praktiki qiymətləndirmə aparılır. Sonuncu, solisitorların əsas fəaliyyət sahələrinə (biznes hüququ, vərəsəlik, mülkiyyət, mülki işlər və cinayət işləri) aid olan mövzular üzrə 9 yazılı, 3 şifahi və 3 qarışıq yazılı-şifahi sualların cavablandırılmasından ibarətdir. Sözügedən qiymətləndirmə əksər ümumi hüquq və roman-german hüquq sistemli dövlətlərin, o cümlədən ABŞ, Avstraliya, Cənubi Afrika Respublikası, Nigeriya, Braziliya, Argentina, Türkiyə, Rusiya, Çin, Cənubi Koreya, Yaponiya, Sinqapur, Hindistan, Pakistan, bütün Avropa İttifaqı ölkələri, eləcə də digər ölkələrin hüquqşünasları üçün açıqdır.

1990-cı il tarixli Məhkəmələr və hüquqi xidmətlər haqqında Qanunun qəbul edilməsi ilə İngiltərə və Uelsdə solisitorlar və barristerlərin vəzifələri arasındakı ciddi fərqlər qismən aradan qaldırıldı. Həmin Qanunda barristerlərin vəkil kimi çıxış etməklə bağlı monopoliyasının aradan qaldırılması və müəyyən hallarda solisitorlara nümayəndəlik səlahiyyətlərinin verilməsi nəzərdə tutulurdu. Bundan sonra solisitorlar aşağı instansiya məhkəmələrində daha çox görülməyə başladılar. Xüsusilə də, testlərdən keçmələri və nəticədə nümayəndəlik səlahiyyətlərinin artması ilə İngiltərə və Uelsin yuxarı instansiya məhkəmələrində və apelyasiya məhkəmələrində onların iştirakı ilə baxılan işlərin sayı artmağa başladı.

2004-cü ildə Ədliyyə Nazirliyinin adından çıxış edən Devid Klementi barrister və solisitorların fəaliyyətinin tənzimlənməsini yenidən nəzərdən keçirmişdir. Həmin ilin dekabrında məsələ ilə bağlı ən son layihəsini təqdim edən Devid Klementi[5] hər iki fəaliyyətin vahid formada tənzimlənməsini təklif edirdi. Onun təkliflərinin əksəriyyəti 2007-ci il tarixli Hüquqi xidmətlər haqqında Qanunda təsbit olunmuşdur.

Hüquqi intizam praktikası haqqında Qanunun qəbul edilməsi[6] (31 mart 2009) və Alternativ Biznes Strukturu orqanının[7] (6 oktyabr 2011) yaradılması ilə barrister və solisitor arasındakı ciddi fərqlərin daha da aradan qaldırılması gözlənilirdi.

Honkonqda solisitorlar və barristerlər arasında fərqlər saxlanılır; belə ki, solisitorların fəaliyyəti Honkonq Hüquq Cəmiyyəti tərəfindən, barristerlərin fəaliyyəti isə Honkonq Vəkillər Kollegiyası tərəfindən tənzimlənir. Solisitor olmaq üçün hüquq üzrə bakalavr dərəcəsi və ya hüquq üzrə doktor ing. JD və ya buna bərabər tutulan dərəcə və bir illik P.C.LL kursu üzrə sertifikat almaq tələb olunur. Onlar həmçinin hüquq şirkəti ilə solisitor müqaviləsi bağlamaqla iki illik təcrübə keçməlidirlər. Honkonqda bütün solisitorlar Honkonqun yuxarı instansiya məhkəmələrinə qəbul edilirlər.[8]

Tarixən Amerika Birləşmiş Ştatlarında kansler məhkəməsində işi mübahisələndirən vəkillərə solisitor deyilirdi.[9] Müasir ABŞ-də isə solisitor ifadəsi hökumət üçün çalışan vəkillərə münasibətdə istifadə olunur.

Müxtəlif ştatlarda "solisitor" ifadəsi qəsəbə, şəhər və qraflıq vəkillərinə münasibətdə istifadə olunur. Belə ştatlara Delaver[10] , Corciya[11] , Massaçusets, Merilend, Nyu-Hempşir, Nyu-Cersi, Pensilvaniya, Ohayo, Rod-Aylend, Cənubi Karolina, Qərbi Virciniya ştatları daxildir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Aqşin Quliyev. Hüquq ensiklopediyası. Bakı, Qanun, 2007. 1108 s.
  1. A Dictionary of Law (7 ed.), J Law and EA Martin, Oxford University Press, 2009, ISBN 9780191726729
  2. "Converting From Barrister To Solicitor". Aspiring Solicitors. 27.09.2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.04.2018.
    - "Ex-Freshfields solicitor switches to the Bar". 02.04.2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.04.2018.
  3. Oxford English Dictionary
  4. Solicitors Journal, 5 oktyabr 2009
  5. "Clementi Review of Legal Services". Legal Services Review. 05.10.2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.04.2009.
  6. "Legal disciplinary practice". 15.08.2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.10.2018.
  7. "Alternative business structures". 08.08.2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.10.2018.
  8. "The Law Society of Hong Kong : Hong Kong Solicitors". www.hklawsoc.org.hk. 18.12.2012 tarixində arxivləşdirilib.
  9. "Glossary of Terms" Arxivləşdirilib 2008-07-06 at the Wayback Machine Arkansas Territorial Briefs and Records, William H. Bowen School of Law, University of Arkansas at Little Rock, s.v. "Chancery". Retrieved 12 iyun 2009.
    - Frederic Jesup Stimpson, Glossary of Technical Terms, Phrases, and Maxims of the Common Law, s.v. "Solicitors", (Boston: Little, Brown and Co., 1881), 273.
  10. "Civil - Attorney General, Matt Denn - State of Delaware". delaware.gov. 02.06.2017 tarixində arxivləşdirilib.
  11. "State Court Solicitor - Augusta, GA - Official Website". www.augustaga.gov. 10.07.2017 tarixində arxivləşdirilib.