Məhəbbət Mehdiyeva

Məhəbbət Mehdiyeva (20.09.1945) — Filoloq, tərcüməçi, muzeyşünas, filologiya elmləri üzrə fəlsəfə doktoru (1980), Azərbaycan SSR Əməkdar Mədəniyyət işçisi (1989), “Tərəqqi” medalı laureatı (2014), Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi (2018).

Məhəbbət Mehdiyeva
Məhəbbət İsa qızı Mehdiyeva
Doğum tarixi (79 yaş)
Doğum yeri Naxçıvan, Azərbaycan SSR
Həyat yoldaşı İdris Mehdiyev
Fəaliyyəti Filoloq, tərcüməçi, muzeyşünas
Fəaliyyət illəri 1963-cü ildən günümüzə
Elmi dərəcəsi Filologiya elmləri üzrə fəlsəfə doktoru
Mükafatları "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı — 1989"Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2018
"Tərəqqi" medalı — 2014

Məhəbbət İsa qızı Mehdiyeva 1945-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuş, 1963-cü ildə Naxçıvan şəhər 3-li onbirillik orta məktəbini bitirmişdir. 1963-64-cü illərdə yeni açılan Naxçıvan televiziya verilişləri komitəsində diktor vəzifəsində çalışmış, 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) filologiya fakültəsinin rus bölməsinə daxil olmuş və 1969-cu ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1970–ci ildən Azərbaycan EA Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, 1984-cü ildən elmi-kütləvi işlər şöbəsinin müdiri, 1993-cü ildən 2004-cü ilədək elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır.

Bu illər ərzində namizədlik dissertasiyası müdafiə etmiş, monoqrafiya, 70-dən çox məqalə və bukletlər dərc etdirmiş, 60-dan artıq kitab və bukletin elmi redaktoru və tərtibçisi olmuş, yüzlərlə elmi-tədqiqat əsərlərini Azərbaycan dilindən rus dilinə tərcümə etmişdir.

2005–ci ildən Heydər Əliyev Fondunda və 2012-ci ildən Heydər Əliyev Mərkəzində “Heydər Əliyev irsinin tədqiqi və təbliği” departamentinin direktoru vəzifəsində çalışıb.

Bakıda və rayonlarda bir sıra ədəbiyyat, o cümlədən Gəncə şəhərində Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin, Mirzə Şəfi Vazehin, Azərbaycan Xalq Cühuriyyətinin tarixini əks etdirən muzeylərin, Bakının Qala qəsəbəsində “Əntiq əşyalar” muzeyinin, Milli Təhlükəsizlik Nazirliyinin nəzdində xüsusi xidmət orqanlarının tarixini əks etdirən muzeyin, MTN-nin Akademiyasında “Şərəf” muzeyinin, Quba şəhərində “Quba soyqırımı” muzeyinin (müştərək), Ceyhanda, Qarsda (Türkiyə), Daşkənddə (Özbəkistan), Buxarestdə (Rumıniya), Azərbaycanın bir çox rayon və şəhərlərində Heydər Əliyevin həyat-fəaliyyətini əks etdirən muzey və mərkəzlərin mövzu-ekspozisiya planlarının müəllifi, tərtibçisi, redaktoru olmuşdur. AMEA Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeyində, Heydər Əliyev Fondunda və Heydər Əliyev Mərkəzində işlədiyi müddətlərdə bir çox dövlət, elm, ədəbiyyat, incəsənət xadimləri ilə izahatlar aparmışdır.

Məşhur Azərbaycan müğənnisi, Azərbaycan SSR Əməkdar Artisti İdris Mehdiyevin həyat yoldaşı olub (1965-2015). İki qızı, 4 nəvəsi vardır.

  1. 1.İ.A.Krılov və Azərbaycan ədəbiyyatı. Biblioqrafik göstərici. Bakı: EA FK nəşriyyatı, 1979.
  2. İ.A.Krılov və Azərbaycan ədəbiyyatı. Monoqrafiya. Bakı: Elm, 1984.
  3. Azərbaycan SSR EA Nizami adına Azərbaycan Ədəbiyyat Muzeyi qonaqların gözü ilə. Kitab-albom. Tərtibçi-həmmüəllif. Ön söz. Bakı: Vətən, 1996.
  4. Nizami Gəncəvi. Buklet-albom. Tərtibçi-həmmüəllif. Ön söz. Türkiyə: Qismət, 1996.
  5. Məhəmməd Füzuli. Buklet-bələdçi. Tərtibçi və rus dilinə tərcümə. Ön söz R. Hüseynov. Bakı: Mars-print, 2001.
  6. İraq bizə iraq deyil. Tərtibçi. Bakı: Art, 2002.
  7. Bakının ədəbiyyat muzeyləri. Tərtibçi, ön söz, rus dilinə tərcümə. Red. İ. İsrafilov. Bakı, 2002.

Elmi məqalələri:

[redaktə | mənbəni redaktə et]
  1. Abbas Səhhət – tərcüməçi. “Bakı”, 1974, 9 dekabr.
  2. İlk tərcümə (A.Bakıxanovun İ.A.Krılovdan tərcüməsi). “Elm və həyat”, 1978, № 4.
  3. İ.A.Krılov Azərbaycan sovet tənqidi və ədəbiyyatşünaslığında. Azərbaycan Dövlət Universitetinin Elmi Əsərləri (Dil və ədəbiyyat seriyası), Bakı, 1978, № 2.
  4. İ.A.Krılov Azərbaycanın inqilabdan əvvəlki mətbuatında. Azərbaycan SSR EA Nizami adına Azərbaycan Ədəbiyyat Muzeyinin əsərəri, 1978, № 4.
  5. İlk Azərbaycan sovet dərsliklərində İ.A.Krılovun təmsillərinin rolu. “Azərbaycan dili və ədəbiyyatı tədrisi”. 1979, № 1.
  6. Ничего не теряя.... “Литературный Азербайджан”, 1979, № 7.
  7. Неутомимый певец народного искусства. “Вышка”, 1981, 12 марта.
  8. Журнал, думающий о судьбе народа (К 75-летнему юбилею журнала «Молла Насреддин»). “Бакинский рабочий”, 1981, 12 мая.
  9. Дружба наров- дружба литератур. “Вышка”, 1983, 27 февраля.
  10. Daim canlı qaynaqlar. “Bakı”, 1983, 27 yanvar.
  11. Есть в музее уголок... “Бакинский рабочий,” 1984, 18 октября.
  12. Muzeyin rəy kitablarından. Azərbaycan SSR EA Nizami adına Azərbaycan Ədəbiyyat Muzeyinin əsərləri, 1987, № 5.
  13. Ürəyin tükənməyən səsi. Bakı, 1987, 16 oktyabr.
  14. Подарим сердцам любовь. “Вышка”, 1989, 14 октября.
  15. Dünya şöhrətli şair /R.Rzanın 80 illik yubileyinə/. Nizami Muzeyinin elmi sessiyasının materialları, 1990, oktyabr.
  16. Muzey Azərbaycan ədəbiyyatının təbliğatçısı kimi. “Rus dili və ədəbiyyatı Azərbaycan məktəbində”, 1991, № 9-10.
  17. Qurunun oduna qoy yanmasın yaş. “Səs”, 1992, sentyabr.
  18. Söz sənətinin məbədi. “Sirdaş”, 1993, mart.
  19. Nizami Muzeyinn elmi-kütləvi fəaliyyəti haqqında. Nizami Muzeyinin əsərləri, 1994, VI cild.
  20. A.Bakıxanov – tərcüməçi. Bakıxanov – 200. Respublika konfransının tezisləri. Bakı, 1995.
  21. Muzey və məktəb. Respublika muzeyşünaslar konfransının tezisləri. Bakı, 1995.
  22. Mədəniyyət III minilliyin astanasında. Respublika elmi-praktik konfransın tezisləri. Bakı, 1996.
  23. Azərbaycan ədəbiyyatı muzeyi. İnkişaf və Beynəlxalq əməkdaşlıq problemlərinin strateji tədqiqatlar mərkəzinin həftəlik jurnalı (rus və ingilis dillərində). 1996, 14 avqust, №31.
  24. Ədəbiyyatımıza həsr olunmuş ömür. “Ədəbiyyat” qəzeti, 1997, 14 fevral.
  25. Еще одно проявление любви к поэту. Физули – 500. “Вестник”, 1996, 15 ноября.
  26. Muzey Azərbaycan ədəbiyyatının təbliğatçısı kimi. Azərbaycan SSR EA Nizami adına Azərbaycan Ədəbiyyat Muzeyinin əsərləri, 1997, VII cild.
  27. Xaqani yaradıcılığının tədrisində Nizami muzeyinin rolu. “Xaqani” elmi-praktiki konfransın tezisləri, 1997.
  28. Muzeyin yeni kitabları.” Panorama”, 1997, 13 yanvar.
  29. Elmə bağışlanmış ömur. “Bakı”, 1998, 13 fevral.
  30. Nizami muzeyinin tarixindən. 525-ci qəzet, 1998, 26 sentyabr.
  31. Ədəbiyyat muzeyi qayğı umur. Millət, 1998, 12 noyabr.
  32. Məndə isə biri var idi, biri yox. “Oxu məni”, 4 may 1999.
  33. Bizim Bəkir müəllim. Akademik Bəkir Nəbiyev. “Soraq kitabçası”. Bakı: Azərbaycan Ensiklopediyası, 1999.
  34. E.Qurbanovanın “Muzeydə elmi-tədqiqat işinin təşkili və metodikası” kitabı haqqında. Bakı, 1999.
  35. Acı xəbər (Professor Arif Hacıyev). “Ədəbiyyat” qəzeti, 2000, 5 may.
  36. Milli ədəbiyyatımızı sevdirənlər. Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat muzeyinin “Elmi əsərləri” VIII cild, Bakı, 2000.
  37. “Ata-babaların məğrur odu sönməyib”... Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat muzeyinin “Elmi əsərləri”, VIII cild, Bakı, 2000.
  38. Abbas Səhhətin romantik sənətkar kimi formalaşmasında bədii tərcümənin rolu. Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat muzeyinin “Elmi əsərləri”, IX cild, Bakı, 2001.
  39. Heydər Əliyev və Azərbaycanda muzey işi. Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat muzeyinin “Elmi əsərləri”, X cild, Bakı: Şərq-Qərb, 2001.
  40. Dünya şöhrətli şair. (R.Rza). Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat muzeyinin “Elmi əsərləri”, XI cild, Bakı: Mars-Print, 2002.
  41. Azərbaycan mədəniyyəti yüksək səviyyədədir. “Ədalət və həqiqət”, 2003, 27 mart.
  42. Nizami muzeyi... Problemlər, perspektivlər. “Ayna”, 2003, 28 mart.
  43. Heydər Əliyev və Azərbaycanda muzey işi. “Milli Elmlər Akademiyası bizim milli sərvətimizdir – onu qoruyub saxlamalıyıq” kitabında. Bakı:Elm, 2003, 287 s.
  44. Naxçıvan Muxtar Respublikasında ədəbiyyat təmayüllü muzeylərin yaradılmasında Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat Muzeyinin rolu. Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat Muzeyinin əsərləri, Bakı, 2003, XII cild.
  45. Bizim səsimiz. “Şərqin səsi”, 2007, mart, №4.
  46. Летопись великой жизни. Интервью газете «Азербайджанские известия», 12 декабря 2008.
  47. Təvazökar alim. “Ömür səhifələri –Elman Quliyev” kitabında. Bakı :Apostroff, 2013.
  48. Arif müəllimi düşünərkən. Arif Hacıyev-80 – kitabında. Bakı:Elm və təhsil, 2015.

Redaktorluq və tərtibat işi:

[redaktə | mənbəni redaktə et]
  1. İsrafilov İsrafil. Azərbaycanın elm və mədəniyyət xadimləri. Əliağa Vahid Biblioqrafik göstərici. Bakı: Azərbaycan Ensiklopediyası, 1997.
  2. İsrafilov İsrafil. Qədimliyimiz, diriliyimiz. Elmi toplu. Ön söz və redaktə. Bakı:Günəş, 1999.
  3. Керамова Шовкет. Изучение творчества азербайджанских писателей. Баку:Элм, 2000.
  4. İsrafilov İsrafil. Adil İsgəndərovun teatrı. Bakı: Mars-Print, 2001.
  5. İsrafilov İsrafil. Düşündüklərim. Bakı: Mars-Print, 2000.
  6. İsrafilov İsrafil. Mehdi Məmmədovun rejissorluq sənəti. Bakı: Mars-Print, 2002.
  7. Nəbioğlu Alim. Vüqar Əhmədin söz dünyası. Bakı: El-Alliançe, 2003.
  8. Nəbioğlu Sabir. Əsrin övladı. Bakı, 2004.
  9. Fərhadov Rauf. Vaqif Mustafazadə. Bakı: Heydər Əliyev Fondunun nəşri, 2012.
  10. Heydər Əliyev. Kitab-Albom. Bakı, Heydər Əliyev Fondunun nəşri, 2013.
  11. Əmirov Cəmil. Fikrət Əmirov. Bakı, Heydər Əliyev Fondunun nəşri, 2013.
  12. Мирза Шафи Вазех. Лирика. Баку, Издание Фонда Гейдара Алиева, 2014.
  13. Мирза Шафи в русских переводах. Баку, Издание Фонда Гейдара Алиева. 2015.
  14. Akif Bayram. Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri. Bakı, Heydər Əliyev Fondunun nəşri, 2015.
  15. Mirzə Şəfi Vazeh. Nəğmələr. Bakı, Heydər Əliyev Fondunun nəşri, 2015.
  16. Mirzə Şəfi Vazehin ədəbi irsi. Bakı: Heydər Əliyev Fondunun nəşri, 2015.
  17. Toğrul Nərimanbəyov. İstanbul: Heydər Əliyev Fondunun nəşri, 2015.
  18. Azərbaycan kulinariyası. Lavur: Heydər Əliyev Fondunun nəşri, 2017.
  19. Ələkbərova Əzizə. Zərdabi “Ədəbiyyat qəzeti”nin səhifələrində. “Əkinçi” qəzetinin 145-illiyinə ithaf olunur. Bakı:Mütərcim, 2020.
  20. Xocalı şəhidləri-613. Bakı, Heydər Əliyev Fondunun nəşri, 2020.
  21. Xocalıya ədalət. Bakı, Heydər Əliyev Fondunun nəşri, 2021.
  22. Əhmədova Əminə.Qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün. Bakı, 2021.
  23. Azərbaycan gömrüyü. Dünən, bu gün, sabah. Bakı,Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, 2002.

Tərcümələri:

[redaktə | mənbəni redaktə et]
  1. Ахмедов Галиб. Первое лицо: штрихи к портрету. Баку: Дунья, 1998.
  2. Акперов Бахтияр. Гейдар Алиев – основоположник и создатель национальной конституции Азербайджана. Баку: Азербайджанская энциклопедия, 1998.
  3. Гафарлы Рамазан. Философия любви на Древнем Востоке и Низами. Санкт-Петербург: Лейла, 2001.
  4. Бейзаде Ганира. Контаминационные средства. Bakу: Элм, 2002, I том.
  5. Бейзаде Ганира. Семантико- синтаксические модели текста. Баку: Элм, 2002, в 2-х томах..
  6. Вугар Ахмед. Мир Джафар Пишавари. Жизнь, пройденная в борьбе. Предисловие и перевод. Баку:Элм, 2002.
  7. Гусейн Джавид. Буклет. Баку:Элм, 2003.
  8. Ганира Бейзаде. Формы проявления надфразовой единицы. Баку:Тахсил, 2005.
  9. Алиев Ильгар. Тайна и ключ. Bakı, 2013.
  10. Рустамова-Тохиди Солмаз. Rüstəmova-Tohidi. Мусульманские погромы в документах. Баку, Издание Фонда Гейдара Алиева, 2013.
  11. Рустамова-Тохиди Солмаз. Кубинские погромы в документах. Баку, Издание Фонда Гейдара Алиева, 2013.
  12. Рустамова-Тохиди Солмаз. Азербайджанские погромы в рисунках и документах. Баку, Издание Фонда Гейдара Алиева, 2013.
  13. Аббаслы Эльмира. Воплощение. Баку, Издание Фонда Гейдара Алиева, 2014.
  14. Литературное наследие Мирзы Шафи Вазеха. Баку, Издание Фонда Гейдара Алиева, 2015.
  15. Гейдар Алиев. Личность, миссия, наследие. Русско-азербайджанская историко-документальная книга. М.:Кучково поле, 2018.
  16. Иконописные Сокровища Российской Империи. Книга-альбом. Италия: Артвенето, 2019.
  17. Справедливость Ходжалы. Баку, Издание Фонда Гейдара Алиева, 2021.
  1. President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 27.05.2018. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.
  2. E-qanun.az. "Heydər Əliyev Fondu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). E-qanun.az. 10.05.2014. 2024-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-10.