Məhəmmədəmin Riyahi (1 iyun 1923[2], Xoy – 15 may 2009[3][2], Tehran) — Azərbaycan əsilli İran tarixçisi, ədəbiyyatşünası və dövlət xadimi.[4]
Məhəmmədəmin Riyahi | |
---|---|
fars. محمدامین ریاحی | |
Doğum tarixi | |
Doğum yeri | Xoy |
Vəfat tarixi | (85 yaşında) |
Vəfat yeri | Tehran |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | tarixçi, ədib, professor, yazıçı, ədəbiyyat tənqidçisi |
Elmi dərəcəsi |
Azərbaycan əsilli tədqiqatçı, tarixçi və ədəbiyyatçı Məhəmmədəmin Riyahi 1923-də Qərbi Azərbaycan ostanının Xoy şəhərində anadan olmuşdur. O, 2009-cu ilin may ayında 86 yaşında Tehranda dünyasını dəyişmişdir.
İbtidai və orta təhsilini Xoyda bitirib, ikinci dünya müharibəsinin başlanması və Azərbaycanın işğal olunmasının ardınca təhsilini davam etdirmək məsədi ilə Tehran şəhərinə köçmüşdür. Tehran Universitetinin ədəbiyyat fakültəsində Bədiülzaman Furuzanfər, Abbas İqbali Aştiyani, Məliküşşüəra Bahar, Əbdüləzim Qərib və s… alimlərdən dərs almışdır. 1958-də fars dili və ədəbiyyatı sahəsində diplom almışdır, daha sonra təhsilini davam etdirib, ədəbiyyat üzrə doktorluq dərəcəsinə yiyələnmişdir.
Məhəmmədəmin Riyahi illərlə təlim işində çalışaraq ədəbiyyat və tarix üzrə tədqiqatlar aparmışdır. İran mədəniyyəti, Firdovsinin "Şahnamə" əsəri və İran tarixi haqqında dəyərli tədqiqi əsərlər yaratmışdır. Həmçinin tarix üzrə məktə dərsliklərinin yazılmasında da yaxından iştirak etmişdir.
Onun əsas araşdırma mövzusu Firdovsinin, Hafizin yaradıcılığı və fars dili olmuşdur. Həmçinin, İranika Ensiklopediyasının yazarlarından biri olmuşdur.
O, Tehran Universitetində professor kimi çalışmışdır. Şahnamə fondunun qurucu üzvlərindən biri və sonradan rəhbəri olmuşdur (1971–1979). İran Ədəbiyyat və İncəsənət Akademiyasının vitse-prezidenti olmuşdur. O, həmçinin 1979-cu ildə İranın Mədəniyyət və Təhsil naziri kimi də çalışmışdır.[5]
Qədim əsərlərlə bağlı yazdığı əsərlər:
Tarix və ədəbiyyatla bağlı tədqiqatları: