Məhəmməd Şah bəy Ben Yude Sultan türbəsi

Məhəmməd Şah bəy Ben Yude Sultan türbəsi
Şəhər Bağçasaray
Yerləşməsi Frunze küç. 10a, Eski Yurt
Konfessiya İslam
İnşaatçı Məhəmməd Şah bəy
İnşası təxminən XIV əsrin sonu—XV əsrin əvvəlləri illər
Vəziyyəti Bərpa edilmiş tikili

Məhəmməd Şah Bəy Ben Yude Sultan türbəsi (bəzən həmçinin Eski Türbə də deyilir) — Bivede Sultanın türbəsi. Bivede Sultan Acağan bəyin qızı və Məhəməəd Şah Bəyin anası olmuşdur. Tikili təxminən XIV əsrin sonu — XV əsrin əvvəllərinə aid edilir. Əvvəl Əziz (qəbiristanlıq) ərazisində Eski Yurtda (indiki Bağçasaray şəhərinin bir hissəsi) Çürük Su çayının aşağı axarı boyunca yerləşirdi.[1] Hazırda obyekt yaşayış binalasının kvartalı içərisində, fərdi mülklər arasında yerləşir.

2014-cü ildən Krımı işğal edən Rusiya Federasiyasında bura federal əhəmiyyətli mədəni irs obyektidir, beynəlxalq səviyyədə bu əraziləri ölkəsinin bir hissəsi sayan Ukrayna isə buranı milli əhəmiyyətli mədəni irs abidəsi hesab edir.[2]

1793-cü ildə Eski Yurt. Peter Simon Pallasın kitabında Kristian Qotfrid Henrix Geyslerin qravürası.

Yazılı tarixi mənbələr olmadığı üçün adı kimi tikilinin inşa edilmə tarixi şərtdir. Mütəxəssislər tikilinin memarlıq üslubuna görə düşünürlər ki, o, XIV əsrin sonlarında — XV əsrin əvvəllərində inşa olunub, ancaq Orda dövründə də tikilməsi istisna edilmir. Daha sonralarda, Krım xanlığı dövründə inşa edilən türbələr çoxşaxəli idi. Kvadrat şəkli isə köhnə Krım-Tatar memarlığına xasdır və xeyli qədimliyin göstəricisidir: bu cür tikililər (məscidlər) Krımın şərqində də yerləşir və XIII — XVI əsrin əvvəllərinə aiddir.[3]

Planda kvadrat şəklində olan divarlar hündürlüyün yarısında maili enişlər yaradırlar, hansı ki yuxarı hissədən adi səkkizguşəyə keçir. Ona yelkən şəklində olan əyrixətli səthlər üzərində olan düz yarımsfera günbəzi söykənir. Şimal divarının yuxarı hissəsində kiçik düzbucaqlı işıq pəncərəsi var. Divarlara tünd boz rəngli əhəngdaşından olan və daşla yaxşı işlənmiş şaqul hörmə ilə üz çəkilib. Günbəzin bir hissəsi çöküb. Cənub girişi piştağı ilə vurğulanmışdır, amma ondan ancaq yarımdairəvi taxçalı pilon qalıb. Girişin üstündə oyma yazılı lövhə var:

"Bu türbəni Məhəmməd bəyin oğlu Məhəmməd Şah bəy anası və Acaqan bəyin qızı Ben Yude Sultan üçün tikdirmək əmrini verdi."

Kiçik ölçülü (5.3 x 5.3 metr) olmasına baxmayaraq abidə böyük üz çəkmə blokları və dekorasiya olmaması səbəbindən monumental tikili təsiri bağışlayır. Forması ilə ona ən yaxın Əhməd bəy türbəsidir, amma onun divar enişləri üfüqidir, sferik günbəzin əvəzinə isə çoxşaxəli qübbədir. Oxşar türbə Bağçasaray rayonunun Ayvove kəndində də qorunub saxlanılmışdır.[3][4]

Müasir vəziyyəti

[redaktə | mənbəni redaktə et]

Memarlıq abidəsinin ətrafındakı torpaq sahələri hələ 1950-ci illərdə yaşayış sahəsi üçün ayrılmış və hazırda özəl mülkiyyətdədir. 1970-ci illərdə türbənin giriş piştağının bir hissəsi itirildi. XX əsrin 1990-cı illərinin sonunda abidə üzərində kiçik bərpa işləri aparıldı, mütəxəssislərin fikrincə bu işlər arxeoloji tədqiqatlardan sonra davam etdirilməlidir. Həmçinin, Bağçasaray Tarix, Mədəniyyət və Arxeoloji Muzey-Qoruğu işçilərinin təkidi ilə mədəni irs sahəsinə onun vəziyyətinə nəzarəti təmin edəcək mütəxəssislər tərəfindən maneəsiz giriş təmin edilməlidir.[5]

2004-cü ildə Bağçasaray Tarix, Mədəniyyət və Arxeoloji Muzey-Qoruğu Əzizin bütün obyektlərini (məqbərələr, fərdi qəbirlər, qazıntı yerləri) əhatə edəcək mənəvi mədəniyyət muzeyinin yaradılması konsepsiyasını təklif etdi.[6]

  1. Башкиров, Боданинский, 1925. səh. 294—295
  2. "Перечень объектов культурного наследия федерального значения, расположенных на территориях Республики Крым и г. Севастополя. Приложение к распоряжению Правительства Российской Федерации от 17 октября 2015 г. № 2073-р с. 8" (PDF). Официальный сайт Правительства России. 2015-10-17. 2022-01-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-04-26.
  3. 1 2 Жариков, 1983. səh. 311
  4. Байцар, 2017. səh. 300
  5. "Концепция развития ГБУ РК «Бахчисарайский историко-культурный и археологический музей-заповедник»" (PDF). Бахчисарайский историко-культурный и археологический музей-заповедник. 2017. 2018-09-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-04-26.
  6. Источник: "Бахчисарайский историко-культурный заповедник". 2012-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-16.
  • Боданинский У. Татарские мавзолеи «Дурбе» в Крыму // ИТОИАиЭ . 1 (rus). Симферополь. 1927. 195—201.
  • Под ред. Жарикова Н. Л. Памятники градостроительства и архитектуры Украинской ССР: иллюстрированный справочник-каталог в четырёх томах, Том 3. К.: Будiвельник. 1983. 311.
  • Байцар А. Л. География Крыма (Учеб.-метод. пособие). Львов: ЛНУ имени Ивана Франко. 2017.
  • Башкиров А. С., Боданинский У. Э. Памятники крымско-татарской старины. Эски-Юрт // Новый Восток (rus). № 8—9. 1925. 294—310.