Xan qəbiristanlığı - Bağçasarayda yerləşən, Krım tatar Xan sarayının qəbiristanlığı. Burada 9 Krım xanı və onların 45 ailə üzvü dəfn edilib. Qəbiristanlığın ərazisində iki türbə də mövcuddur.[1] [2]
Qəbiristanlıq | |
Xan qəbiristanlığı | |
---|---|
Ölkə | Ukrayna |
Yerləşdiyi yer | Bağçasaray |
44°44′54″ şm. e. 33°52′58″ ş. u. | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Krım tatar Xan sarayının qəbiristanlığı Böyük məscidin cənubunda yerləşir. Bu qəbiristanlıqda 9 Krım xanı və onların 45 ailə üzvü dəfn edilib. Bundan başqa burada XVI əsrə aid içərisində 6 məzar olan I Dövlət Gərayın türbəsi, XVII əsrə aid içərisində 9 məzar olan III İslam Gərayın türbəsi və içərisində II Məngli Gərayın məzarı olan rotunda yerləşir. Hər türbənin daxilində və cığırlar boyunca mərmərdən və ya əhəngdaşından yonulmuş qəbirüstü abidələr yerləşir. Türbələrin kənarında salamat qalmış baş daşları ilə yanaşı bir qismi salamat qalmış məzar daşları da mövcuddur. Onların ümumi sayı 98 ədəddir. Uzun illər boyunca bəzi qəbirlər itib ya da məzar daşları dağılıb. Baş daşlarının bəzilərinin üst hissəsi qadın və ya kişi papağı şəklində düzəldilib. Baş daşlarının üzərində olan epitafiyaların bəzilərində dünyasını dəyişmiş şəxs üçün duaların edilməsi və ya hər hansısa şeirlərdən hissələr qeyd edilib.[1][2]
Xan nəslinin tədqiqatçısı bioqraf Halim Gərayın məlumatına görə Xansarayda Krım xanlığının bu xanları dəfn ediliblər: