Məhəmməd Mian Samro

Məhəmməd Mian Somro (19 avqust 1950, Kəraçi, Sind[d]) — Pakistan İslam Respublikasının 10-cu prezidenti.Soomro, 1923-cü ildən bəri milli siyasətdə fəal olan Sindhi feodal ailəsində anadan olub. Atası, mərhum Əhməd Mian Soomro, Qərbi Pakistan Məclisi sədrinin müavini və Senatın üzvü idi və Senat Komitə Sistemlərinin qurulmasına kömək edirdi. O, başqa bir siyasətçinin xan Bahadur Hacı Molla Bux Samro-nun nəvəsidir. 2007-ci il 16 Noyabr — 25 Mart 2008-ci il tarixlərində Ümumi Seçkilərə nəzarət etmək üçün Pakistanın Baş naziri idi və 2008-ci il Avqustun 18-də Pərviz Müşərrəf istefa verdikdən sonra Pakistanın 3-cü Prezident vəzifəsini icra etdi.

Məhəmməd Mian Somro
urdu محمد میاں سومرو
Mian Somro
Mian Somro
14 avqust,2008 – 9 sentyabr,2008
Baş nazirYusuf Reza Gilani
ƏvvəlkiPərviz Müşərrəf
SonrakıAsif Əli Zərdari
Şəxsi məlumatlar
Doğum tarixi (74 yaş)
Doğum yeri Kəraçi,Pakistan Pakistan
Milliyyəti Pakistanlı
Vətəndaşlığı Pakistan Pakistan
Partiya Pakistan Təhrik-i İnsaf
İxtisası bankir
Fəaliyyəti siyasətçi
Atası Əhməd Mian Samro
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Siyasi Karyerası

[redaktə | mənbəni redaktə et]

Beynəlxalq səviyyədə tanınan peşəkar bir bankir olan Samro həm ölkə daxilində, həm də xaricdə milli və beynəlxalq təşkilatlarda müxtəlif yüksək vəzifələr tutmuşdur.[1]

Böyük banklar üçün də mühüm vəzifələrdə çalışmışdır:

  • Amerika Bankı
  • Yəmən Beynəlxalq Bankının baş meneceri və baş icraçı direktoru:
  • Bəhreyn Faysal İslam Bankı:
  • MCB Bank:
  • Rəsmi Pakistanın Kənd Təsərrüfatı İnkişaf Bankı kimi tanınan Zarai Taraqiati Bank Limited:
  • Federal Kooperativ Bankı:
  • Pakistan Milli Bankının prezidenti

Samro bu təşkilatlarla işlədiyi müddətdə qazandığı uğurlar üçün böyük bir rəğbət qazanıb. Pakistanda mikrokredit bankçılığının qurulmasında da mühüm rol oynamışdır. O, həmçinin Shell Pakistan şirkətinin idarə heyətində mühüm bir vəzifə tutmuşdur.

Samro'nun dövlət qulluğu vəzifəsi 25 May 2000-ci ildə Sind valisi təyin edilməsindən sonra başladı.

Senatın Sədri

[redaktə | mənbəni redaktə et]

Samro Senat seçkilərində iştirak etmək üçün 26 dekabr 2002-ci ildə Sind Qubernatoru vəzifəsindən istefa etdi. 23 Fevral 2003-cü ildə Senator seçildi və ardından da 12 Mart 2003-cü ildə Senatın sədri seçildi.

Vasitəçi Baş nazir

[redaktə | mənbəni redaktə et]

Samro, 15 noyabr 2007-ci ildə, yeni parlament seçkiləri öncəsi, əvvəlki baş nazir Şövkət Əzizin səlahiyyət müddəti bitdikdən sonra müvəqqəti baş nazir təyin edildi.[2] Noyabrın 16-da Soomro, prezident Pərviz Müşərrəf tərəfindən baş nazir olaraq and içdi.[3] Onun səlahiyyət müddəti,Yousaf Raza Gilani baş nazir olaraq and içdikdən sonra, 25 Mart 2008-ci ildə başa çatdı

Pakistan prezidenti

[redaktə | mənbəni redaktə et]

Konstitusiyanın tələb etdiyi kimi, Samro (Senatın sədri vəzifəsində) Pərviz Müşərrəfin istefası ilə 18 avqust 2008-ci ildə avtomatik olaraq Prezident oldu.[4] Konstitusiya eyni zamanda yeni Prezidentin 30 gün ərzində Məclis tərəfindən seçilməsini tələb etdi.

Daha sonra Asif Əli Zərdari Prezident seçildi və sonradan 9 Sentyabr 2008-ci ildə and içdi,[5].

  1. DAWN.com "Soomro heads interim govt: Inamul Haq, Ishrat Hussain, Salman Taseer, Nisar Memon, Pir of Taunsa Sharif among ministers" Arxiv surəti 19 noyabr 2008 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 19 noyabr 2008 at the Wayback Machine
  2. Khalid Qayum and Khaleeq Ahmed, "Musharraf Picks Soomro as Interim Premier Until Polls" Arxivləşdirilib 2023-08-03 at the Wayback Machine, Bloomberg.com, 15 November 2007.
  3. "Soomro takes oath as Pakistan's caretaker PM" Arxiv surəti 20 noyabr 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 20 noyabr 2007 at the Wayback Machine, Xinhua (chinadaily.com.cn), 16 November 2007.
  4. "Soomro takes over as Pak President" Arxivləşdirilib 2019-07-17 at the Wayback Machine, Press Trust of India, 18 August 2008.
  5. Jane Perlez, "Bhutto's widower takes office in Pakistan" Arxiv surəti 10 sentyabr 2008 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 10 sentyabr 2008 at the Wayback Machine, International Herald Tribune, 9 September 2008.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]