Məhəmməd Xurşid Daquqlu

Məhəmməd Xurşid Daquqlufolklorşünas, ədəbiyyatşünas, publisist

Məhəmməd Xurşid Daquqlu
Doğum tarixi
Doğum yeri Daquq
Vəfat tarixi
Vəfat yeri Kərkük
Dəfn yeri Daquq
Uşağı 7

Məhəmməd Xurşid Daquqlu 1932-ci ildə Kərkükə bağlı Daquq qəsəbəsində anadan olmuşdur[1]. Hələ 1 ayı tamam olmamış anasını itirmiş, bacısının himayəsində böyümüşdür. 1947-ci ildən başlayaraq bir il Ərbil şəhərində, üç il Duxoq və Bakubə şəhərlərində təhsil alır[2] 1952-ci ildə diplomunu aldıqdan sonra Havicə qəsəbəsində 8 il müəllim kimi çalışır. Həmçinin, bu illərdə Ziraat Meslek Lisesinə aid yataqxananın müdiri vəzifəsini icra etmişdir. M.Xurşidin təyinatı 1966-cı ildə Daquq şəhərinə verilir. Buradakı 9 illik müəllimlik fəaliyyətinin son 3 ilini İmam Zeynalabidin kəndində tamamlayır[2]. 1970-ci ildən Kərkükdə bir neçə məktəbdə müəllimliklə məşğul olur. 1983-cü ildən təqaüdə ayrılır. 1960-cı ildə ailə qurur. Bu evlilikdən 7 övladı dünyaya gəlir. Bir neçə dəfə Qurani-Kərimi xətm edən M.X.Daquqlu uzun sürən amansız xəstəlikdən sonra 16 avqust 2011-ci il tarixində vəfat edir[3].

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

İraq-türkman elminin və mədəniyyətinin inkişafında çox dəyərli araşdırmaları olan M.X.Daquqlu İraq-türkman folklorunun tədqiqi və təbliği sahəsində uğurlu fəaliyyət göstərmiş, saysız-hesabsız şifahi xalq ədəbiyyatı nümunələri toplayıb çap etdirmişdir[1]. Kiçik yaşlarından ədəbiyyata, türk tarixinə maraq göstərən M.Xurşidin 1961-ci ildə Qardaşlıq dərgisinin yayımlanmağa başlaması ilə içində yazıb-yaratmaq sevgisi oyanır. 800-dən çox elmi və publisistik yazıları "Birlik və Türkməneli", "Qardaşlıq" dərgilərində, "Yurd", "Türkməneli" qəzetlərində çap olunmuşdur. Məqalələrində bir çox məsələlərə aydınlıq gətirmiş, həmçinin, Türkmən bölgəsindəki şairyazıçılarının həyatlarını və əsərlərini araşdırmışdır[4]. Məhəmməd Xurşidin İraq-türkman mətbuatı tarixində mühüm yeri və rolu olan bir çox şəxsiyyətlərin və mətbu orqanların fəaliyyətinə həsr etdiyi araşdırmaları da vardır[1]. Məhəmməd Xurşid Daquqlunun əsas yaradıcılıq məqsədi xalqına daha çox xidmət edə bilmək, millətinə, yurduna fayda verə bilmək olmuşdur[5].

  • "Türkceyi nasıl öyrenirsiniz?" Bağdat 1965.
  • "سى باغجھ سوزلر اسكى" "Əski sözlər bağçası", 1989, Bağdad[6]
  • "Türkmən xalq ədəbiyyatında işlənmiş özəl adlar qılavuzu". Bağdad, 1984.
  • "Basılmış kitablar qılavuzu". 1986, Bağdat.
  • Türkcə-ərəbcə sözlük. 4 cilddə. Ə.Bəndəroğlu və İbrahim Daquqla birgə.
  • Türkmən əlifbası.1971, Bağdat.
  • Dil bilgisi. 1972, Bağdat.
  • Okuma kitabı 2,3,4 sınıflar. 1972, 1973, 1974.Bağdat.
  • Nurlu sözlər bağçası. 1996. Bağdat.
  • Daquq kasabası və İmam Zeynel Abidin köyü. 2007, Kərkük.
  • Daquq dağarçığı. 2009, Kərkük.
  • Daquq küçələri. 2010, Kərkük.
  • Xalq şeirindən örnəklər[7]
  • Bəşirdə toy hekayəsi[8]
  • Təvatur və əfsanələrə görə bəzi qəsəbə və köylərin adları[9].
  • İnanclar [10]
  • Yanıltmacalar[11]
  • Məsəllər[9]
  • Bilməcələr[10]
  • Leylələr[11]
  • Xoyratlarımız və Azərbaycanlı bir əsər[9]
  • Azərbaycan xoyrat və manilərindən seçmələr[9]
  • Azərbaycan ata sözləri ilə İraq türkmənləri ata sözləri arasında kiçik bir qarşılaşdırma[10]
  • Qonuşma dili ilə yazı dili arasında bir qarşılaşdırma (“Qardaşlıq”, 13/12, nisan 1974, s. 20-22)
  • Qəzetəçilik tariximizin qaynaqları haqqında (12/9, ocaq 1973, /24-26)
  • Paşayev Qəzənfər. İraq-türkman folkoru. Yazıçı, Bakı– 1992. 216 s.
  • Paşayev Qəzənfər. İraq-türkman ləhcəsi. (ortaqlı), Bakı,“Elm”,2004,432 s.
  • Bayat Fazil Mehdi. İraqda türkman ədəbiyyatı tarixi. 1958-1968. Türkman Qardaşlıq Ocağı Yay. Bağdad – 1984. 416 s
  • Bəndəroğlu Əbdüllətif. İraq türkman ədəbiyyatı yolunda bir addım. Bağdad – 1962, 105 s
  • Daquqlu İbrahim. İraq Cümhuriyyəti. Ankara – 1972
  1. 1 2 3 Səkinə Qayıbalıyeva.iraq-türkmən folklor mühiti. Bakı, Elm və təhsil, 2020
  2. 1 2 Fatma.N.Beyatlı. Nurlu sözler bahçesi, bitirme tezi. Kerkük üniversitesi, 2016
  3. H.Ş.Dakuklu. "El-delil" qazetesi. S.1081, 20111
  4. S.Saatçi. Türkmeneli dergisi.
  5. Bəndəroğlu Əbdüllətif. İraq-türkmən ədəbiyyatı tarixinə bir baxış. 2 cilddə. II c. TKMY. Bağdad-1989, 430 s.
  6. Daquqlu Məhəmməd Xurşid. Əski sözlər bağçası.Folklor. TMMY. Bağdad, 1989. 220 s.
  7. Qardaşlıq. Aylıq ədəbi və kültür dərgisi.1970, yıl 10, sayı 9, sayfa 34 Bağdad.
  8. Qardaşlıq. Aylıq ədəbi və kültür dərgisi.1970, yıl 10,sayı 7-8. s.30-32 Bağdad
  9. 1 2 3 4 Qardaşlıq. Aylıq ədəbi və kültür dərgisi.1971, ekimkasım, yıl 11, sayı 6-7, sayfa 22-24, 30, 39 Bağdad
  10. 1 2 3 Qardaşlıq. Aylıq ədəbi və kültür dərgisi.1971-1972, aralıq-ocaq, yıl 11-12, sayı 8-9, sayfa 28, 35 Bağdad
  11. 1 2 Qardaşlıq. Aylıq ədəbi və kültür dərgisi.1973, mayıshaziran, yıl 12, sayfa 34, 54 Bağdad.