Məhərrəm Məmmədov (tam adı: Məhərrəm Əvəz oğlu Məmmədov; d. 10 oktyabr 1958, Əlvənd, Zərdab rayonu) — Bakı Dövlət Universiteti, türkologiya kafedrası, Azərbaycan dialektologiyası tədqiqat sahəsi üzrə müəllim, filoloq, filologiya elmləri doktoru, professor.
Məhərrəm Məmmədov | |
---|---|
Məhərrəm Əvəz oğlu Məmmədov | |
| |
Doğum tarixi | |
Doğum yeri | Əlvənd, Zərdab rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | filologiya |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | professor |
İş yerləri | Bakı Dövlət Universiteti, Türkologiya kafedrası |
Təhsili | Bakı Dövlət Universiteti Filologiya fakültəsi |
Elmi rəhbərləri | 3 doktorant, 1 elmlər doktoru (proqramına məsləhətçi), 16 magistrant |
Vikianbarda əlaqəli mediafayllar |
10 oktyabr 1958-ci ildə Azərbaycanın Zərdab rayonunun Əlvənd kəndində anadan olmuşdur.
1981-1985-ci illərdə İsmayıllı rayonunda Azərbaycan dili-Ədəbiyyat müəllimi işləmişdir.
1998-ci ildən hal-hazıra qədər BDU-nun türkologiya kafedrasında "Azərbaycan dialektologiyası", "Altayşünaslığın əsasları", "Türk dilçiliyinin əsasları", "Qədim türk dili", "Türkologiyaya giriş" fənlərindən dərs deyir.
1975-ci ildə Göyçay şəhəri 6 saylı orta məktəbi bitirmişdir.
1975-1980-ci illərdə BDU-nun filologiya fakültəsində oxumuşdur.
1986-1989-cu illərdə AMEA-nın Dilçilik İnstitutunun əyani aspirantı olmuşdur.
1990-1998-ci illərdə AMEA-nın Dilçilik İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır.
1989-cu ildə “Azərbaycan dilinin Təbriz dialekti” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1991-ci ildə Ufada, 1999-cu ildə Bakıda, 2010-cu ildə Krımda və 2017-ci ildə Türkiyədə "VIII Uluslararası Böyük Türk Dili Qurultayı" elmi konfranslarında iştirak etmişdir.
2006-cı ildə “Azərbaycan dili şivələrində ismin qrammatik kateqoriyaları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
2007-ci ildə dosent, 2009-cu ildə professor elmi adını almışdır.
100-dən çox məqalə, 1 monoqrafiya və 7 kitabın müəllifidir.
Məhərrəm Məmmədov İsmayıl Qaspiralının abidəsi önündə. "Krım tatarlarının latın qrafikasına keçməsi ilə bağlı konfrans" çərçivəsində. (28 may 2010, Bağçasaray, Krım, Ukrayna)