Məhkəmə (roman)

Məhkəmə (alm. Der Prozess‎) — Frans Kafkanın yazdığı, ancaq tamamlaya bilmədiyi yarımçıq qalmış roman. Roman Kafkanın ölümündən sonra çap olunmuşdur.

Məhkəmə
alm. Der Prozess
Müəllif Frans Kafka
Orijinalın dili alman dili
Ölkələr
Orijinalın nəşr ili 1925
Elektron versiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Romanın azərbaycanca nəşri

Bu roman müəllifin həyatında baş verən vacib hadisələr dövründə meydana gəlmişdir (1914–1915-ci illər). 1914-cü ilin iyulunda o Felise Bauer ilə nişanlanır. Bu vaxtda Birinci dünya müharibəsi başlayır. Həmin ilin payızından başlayaraq ailəsindən ayrı otaqda yaşamağa başlayır. Roman üzərində iş onun protaqonisti Yozefin ölümü ilə başa çatır. Məhkəmə prosesi Kafkanın orijinal əsərlərindəndir. Bu kitab Kafkaya XX əsrin ikinci yarısında teatr və kinoda hökm sürən postmodernizmdə böyük ad qazandırır. Romanda təsvir olunan proses "heç nədən" başalyır və heç də "əhəmiyyətli olmayan ölümlə" başa çatır.

K. Yozef

Yozef bankda işləyir, sübaydır. Atası rəhmətə gedib.

Xanım Bürstner

Yozefin qonşusu.

Vəkil Huld

Yozefin əmisinin tanışı. Xəsətədir, yataqda yatır, vəkildir.

Leni

Vəkil Huldun qulluqçusudur.

Titorelli

Məhkəmə zamanı rəsm çəkən rəssam.

Həbsxana keşişi

"Qanun qarşısında" Yozefə əfsanə söyləyir.

Yozefin otuz yaşı tamam olduğu gün hər hansı bir idarənin əməkdaşları tərəfindən səbəbi deyilmədən həbs olunur. Ancaq Yozef əvvəlki kimi öz həyatını davam etdirir, çünki idarə onun qaçmamağından əmindirlər. Bütün bu vaxt ərzində o həbs olunmasının səbəbini anlamağa çalışır, amma ətrafda mövcud olan bürokratik mühitdən buna nail ola bilmir. Səhnələrin birində Yozefin kilsədə təsadüfən rastlaşdığı həbsxana keşişi ona idarə qarşısında düzgünlüyünü sübut etməyi rəmzi ifadə edən "qanun qarşısında" əfasnəvi əhvalat danışır.

Uzun sürən məhkəmə prosesindən sonra, Yozefə ölüm hökmü kəsilir. Onun 31 yaşı tamam olduğu gün idarə məmurları tərəfindən yenə də həbs olunaraq aparılır. O müqavimət göstərmək istəyir, anacq sonra fikrini dəyişərək özü onlarla gedir. O bir daşlığa gətirilir və döşünə bıçaq vurulmalqa qətlə yetirlir. Məmurların gözü qarşısında Yozef əzabla ölür.

Xəbərdarlığın sonu

Roman "Der Prozeß", ilk dəfə 1925-ci ildə Berlində "Die Schmiede" nəşriyyatında çap olunur. Kitabın əlyazması Kafkanın yaxın dostu Maks Brod tərəfindən çapa hazırlanmışdır. O kitabı Kafka ilə söhbətlərinə əsaslanaraq struklaşdırmışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • "MƏHKƏMƏ – FRANS KAFKA" (az.). qanun.az. 2016-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-15.