Azərbaycan filmlərinin siyahısı
- 80 yaşlı violençelist — Murad(Ələddin Abbasov) özünün ad günündə, ömrünün boş və hədər keçdiyini hiss edib sarsılır. Gəncliyindən bəri ürəyində gəzdirdiyi melodiyanı heç cür tamamlaya bilməyən qəhrəmanın fikrindən hətta intihar da keçir. Amma parkda təsadüfən rastlaşdığı Rəna (Ayan Mirqasımova) ilə tanışlığı onu bu fikirdən daşındırır. Çünki özünün xərçəng xəstələyinə tutulduğundan şübhələnən rəqqasə Rəna da, az qala intihar ərəfəsindədir. Bunu bilən Murad o cavan qadının xilaskarına çevrilir. Rəna isə bu xeyirxah qocanın haçansa gənclik illərində ilk baxışdan görüb sevdiyi, amma iradəsizlik göstərib həmişəlik itirdiyi Minanın axtarışına çıxır. Bu, həm də o nakam sevginin ifadəsi olan itirilmiş melodiyanın axtarışıdır. Tamaşaçının bir çox dramatik məqamlarıyla rastlaşdığı bu film qəhrəmanın uzun ömrünün cəmi iki gününü göstərsə də, əslində onun bütün həyatını əhatə edir.
- Filmdə söhbət idealların məhv olmasından gedir. Və idealların məhv olması fonunda insanların arasında olan münasibətlərin dəyişməsi, eləcə də onların psixoloji məqamları diqqət mərkəzindədir. Bu filmin qəhrəmanı bütün ömrü boyu cəmiyyətin qanunları ilə yaşayıb. Cəmiyyətdə mövcud olan əxlaqi-mənəvi dəyərlər çərçivəsindən kənara çıxmayıb. Və cavanlığında özü də fərqinə varmadan təbiətinə qarşı çıxıb və bu addımı ilə də bütün həyatı və yaradıcılığı qarşısına sədd çəkib. Qəhrəman bu səddi yalnız həyatının sonunda duyur, başa düşür. Və bu səddə üsyan edir. Ancaq artıq gecdir. Onun bu üsyanı ölümü ilə nəticələnir.
- 1)Bakı – Şərq-Qərb Beynəlxalq Festivalı
- 2)MDB və Baltikyanı dövlətlərin Anapa beynəlxalq kinofestivalı (Rusiya, 2004)
- 3)"AsoloArtFilmFestival" Beynəlxalq Kino Festivalı (İtaliya-2004)
- Film 1999-cu ildən kinostudiyanın planına salınmışdı.
- Filmin çəkilişləri 2004-cü ilin yayında tamamlandı.
- Film 180 min ABŞ dollarına başa gəlmişdir.
- Ssenari müəllifi : Ramiz Rövşən, Hüseyn Mehdiyev
- Quruluşçu rejissor : Hüseyn Mehdiyev
- Quruluşçu operator : Nadir Mehdiyev
- Quruluşçu rəssam : Mayis Ağabəyov
- Bəstəkar : Azər Dadaşov
- Geyim rəssamı : Mehriban Əfəndiyeva
- Montaj edən : Nelli Dadaşova
- İkinci Rejissor : Süleyman Əhmədov
- Qrim rəssamı : Rəna Əliyeva
- Səs operatoru : Əsəd Əsədov, Nataliya Nuriyeva
- İcraçı prodüser : Nadir Əliyev
- Ələddin Abbasov-Murad
- Ayan Mirqasımova-Rəna
- Mehriban Zəki-Gülya
- Mobil Əhmədov-dirijor
- Şəfiqə Qasımova
- Təzəgül Məmmədova
- Muxtar Avşarov
- Məmmədkamal Kazımov-çəkməçi
- Elmira Şabanova — Rənanın xalası
- Natəvan Hacıyeva
- Nizami Şıxməmmədov
- Fuad Abbaszadə
- Gülxar Həsənova
- Zümrüd Qasımova
- Yaşar Nuri-Murad (Ələddin Abbasov) (titrlərdə yoxdur)
- Rəqs müəlliməsi (Sona Mikayılova) (titrlərdə yoxdur)
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 380.