Məmməd Abdulla oğlu Cəfərov (16 dekabr 1926, Şahtaxtı, Naxçıvan MSSR – 13 noyabr 1997, Naxçıvan) — Sosialist əməyi qəhrəmanı (1949).
Məmməd Cəfərov | |
---|---|
Doğum tarixi | 16 dekabr 1926 |
Doğum yeri | |
Vəfat tarixi | 13 noyabr 1997 (70 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | baytar |
Mükafatları |
|
Məmməd Cəfərov Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. 1941–82-ci illərdə keçmiş Naxçıvan rayonundakı "Azərbaycan" kolxozunda briqadir, sonralar sədr, Naxçıvan şəhər inkubator stansiyasında direktor, Şərur rayonundakı 3 saylı tütünçülük sovxozunda direktor və s. vəzifələrdə işləmişdir.[1]
1982-ci ildən Babək rayonundakı Böyükdüz cins düyə yetişdirmə kompleksinin direktoru idi. 1948-ci ildə qoyunçuluq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Azərbaycan SSR Ali Sovetinin (3-cü çağırış) deputatı seçilmişdir.[1]
"Əmək şöhrəti" ordeni ilə təltif edilmişdir.[1]