Məmməd Salmanov

Məmməd Salmanov (Salmanov Məmməd Əhəd oğlu; 12 yanvar 1932, Qaraqışlaq) — mikrobioloq alim, biologiya elmləri doktoru (1982), professor (1996), AMEA-nın müxbir üzvü (2001), AMEA-nın həqiqi üzvü (2007).[1][2][3][4]

Məmməd Əhməd oğlu Salmanov
Məmməd Əhməd oğlu Salmanov
Doğum tarixi 12 yanvar 1932(1932-01-12) (92 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi
Elmi adı
İş yeri AMEA Mikrobiologiya İnstitutu
Təhsili
Üzvlüyü
Mükafatları "Şöhrət" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məmməd Salmanov 1932-ci il yanvarın 12-də İrəvan mahalının Uluxanlı-Zəngibasar rayonunun Qaraqışlaq kəndində anadan olub. O, 1955-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq fakültəsini fərqlənmə diplomu bitirərək, Azərbaycan SSR EA-nın Zoologiya İnstitutunun aspiranturasına daxil olub.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Məmməd Salmanov 1959–1969-cu illərdə AMEA-nın Zoologiya İnstitutunda, 1970-ci ildən isə AMEA-nın Mikrobiologiya İnstitutunda böyük elmi işçi, 1973–1999-cu illərdə Su mikrobiologiyası laboratoriyasının müdiri vəzifəsində işləyib. O, 1999–2002-ci illərdə Azərbaycan Tibb Universitetinin Ümumi biologiya və genetika kafedrasının müdiri olub. Alim 2002-ci ildən 2020-ci ilin may ayına kimi AMEA-nın Mikrobiologiya İnstitutunun direktoru vəzifəsində çalışıb. Hazırda həmin müəssisənin baş elmi işçisi vəzifəsində işləyir.

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Məmməd Salmanov müxtəlif illərdə Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji UniversitetindəAzərbaycan Tibb Universitetində dərs deyib. Hal-hazırda pedaqoji fəaliyyətini Lənkəran Dövlət Universitetində davam etdirir.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan Mikrobiologiya, Hidrobiologiya elmi cəmiyyətləri;
  • Azərbaycan Milli Yüksək Texnologiyalar və Bioetika Komitəsi;
  • "İnsan və Biosfer" (MAB, YUNESKO) Milli Komitəsi;

Digər fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan Mikrobiologiya Cəmiyyətinin sədri;
  • AMEA-nın Mikrobiologiya İnstitutunun Müdafiə Şurasının sədri;
  • AMEA-nın Biologiya "Xəbərlər"i;
  • "İnsan və Biosfer" jurnalı redaksiya heyətinin üzvü;
  • "Azərbaycan standartları" jurnalının baş redaktoru;
  • Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Elm" fondunun eksperti;
  • AMEA Coğrafiya İnstitutunun toplusunun redaktoru;
  • UNESCO yanında "Bioetika, elmi biliklərin və texnologiyanın etikası" üzrə Milli Komitənin üzvü;

Akademik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Məmməd Salmanov 1960-cı ildə "Mikrobiologiya" ixtisası üzrə "Kuybışev və Mingəçevir su anbarlarının formalaşmasında mikrobların rolunun müqayisəli öyrənilməsi" mövzusunda dissertasiya müdafiə edərək biologiya üzrə elmlər namizədi, 1982-ci ildə "Mikrobiologiya" ixtisası üzrə "Xəzər dənizində mikrobioloji rejim, fitoplanktonun ilkin məhsulu və üzvi maddələrin destruksiyası" mövzusunda dissertasiya müdafiə edərək biologiya üzrə elmlər doktoru elmi dərəcəsini, 1996-cı ildə isə professor elmi adını alıb. Məmməd Salmanov 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilib.

Alim 385 elmi əsərin, o cümlədən 6 monoqrafiya, 3 kitab və 1 patentin, 280-dan çox oçerk, elmi-populyar məqalənin müəllifidir. Alimin monoqrafiyaları Rusiya ("Nauka") və İranın ("Rəşt") nəşriyyatlarında da dərc olunub. Onun elmi rəhbərliyi ilə 20 fəlsəfə doktoru hazırlanıb.

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Akademik Məmməd Salmanovun əsas elmi fəaliyyəti Azərbaycanda su mikrobiologiyasının əsasının qoyulması və inkişaf etdirilməsi ilə bağlıdır. Belə ki, ölkənin bütün su hövzələrinin, habelə Xəzər dənizinin mikrobioloji, eləcə də ekoloji və hidrobioloji aspektləri baxımından araşdırılması onun birbaşa rəhbərliyi və iştirakı ilə həyata keçirilib. Son 50 ildə Xəzər dənizində, 5 dövlət ərazisi üzrə Kür, Araz çaylarında və hövzə boyu onların əsas qollarında, illər və fəsillər üzrə alim tərəfindən ilk dəfə həyata keçirilmiş monitorinq yönümlü fundamental mikrobioloji və ekoloji tədqiqatlar mühüm əhəmiyyət daşıyır.

  • "Bir içim su";
  • "Ekologiya və biz";
  • "Tətbiqi ekologiyanın əsasları";

Monoqrafiyaları

[redaktə | mənbəni redaktə et]
  • "Kür çayı hövzəsinin ekologiyası";
  • "Xəzər dənizinin bioloji məhsuldarlığının ekologiyası";

Əsas elmi əsərlərin adları

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycanın su hövzələrinin müasir ekoloji vəziyyəti (1973, monoqrafiya, Bakı);
  • Xəzərin məhsuldarlığı proseslərində mikroflora və fitoplanktonun rolu (1987, Moskva "Nauka"-monoqrafiya
  • Həmin əsər 1994-cü ildə İİR-da çap olunub-farsca);
  • Kür çayı və Kür hövzəsinə aid sututarların ekologiyası (1996, monoqrafiya, Bakı);
  • Xəzər dənizinin bioloji məhsuldarlığı və ekologiyası (1999, Bakı -monoqrafiya);
  • Orta və Cənubi Xəzərin dərin yerlərinin mikrobiologiyası (Həştərxan, 2001);
  • Qızılağac körfəzi – Dövlət Təbiət qoruğu: ekologiyası, bioloji məhsuldarlığı (dünəni, bu günü və sabahı) (monoqrafiya-Bakı, 2011);
  • Türkiye Cumhuriyyəti Sınırları içinde Kura ve Aras nehrlerinin ekoloji mikrobiologiyası (monoqrafiya-İstanbul, 2011 (Türk dilində);
  • Praktiki aqrobioekologiya (Bakı, 2013 — monoqrafiya);
  • Mikroorqanizmlərin iştirakı ilə deqradasiya və transformasiya (Bakı, 2013, "Elm" — monoqrafiya);
  • Биодеструкция нефтяных загрязнений на территории морских месторождений // Гидробиология 2014;
  • Микробиологическая характеристика Ашыгбайрамлинского водохранилища, Труды БГТУ, Минск 2015;
  • Влияние разрушения берегов и общего загрязнения на изменение прозрачности воды и сокращения биомассы бентосного сообщества в западной части;
  • Южного Каспия., Журн. Юг. России – Экология, развития. Тем. 10, № 2, 2015;
  • Pollution of the middle part of Kura by petro-phenols and their biodegradation by microbits // Sylwan 2016 (ICI indexed);
  • Microbiological specification of the Araz // Sylwan 2016 (ICI indexed);[3][4]
  • AMEA-nın Fəxri Fərmanı — 2002;
  • "Şöhrət" ordeni — 2005;
  • Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 11 yanvar 2022;[5]

AMEA Mikrobiologiya İnstitutun direktoru, kafedra müdiri, elmi məşvərətçi.

İş yeri və ünvanı

[redaktə | mənbəni redaktə et]

AMEA Mikrobiologiya İnstitutu, AZ1073, Azərbaycan Respublikası, Bakı ş., Mikayıl Müşfiq küçəsi 103; Azərbaycan Tibb Universiteti, Azərbaycan Respublikası, Bakı ş., Vaqif pr., 3/39.

  1. Nakhiyev, Toghrul Nasirli, Alakhber. "Akademik Məmməd Salmanovun 90 yaşı tamam olur". science.gov.az (az.). 2023-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-15.
  2. "Məmməd Əhəd oğlu Salmanov". www.nkpi.az. 15.02.2024. 2024-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-12.
  3. 1 2 "Salmanov Məmməd Əhəd oğlu". science.gov.az. 2023-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-15.
  4. 1 2 "Məmməd Əhəd oğlu Salmanov" (PDF). files.preslib.az. 15.02.2024. 2024-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-02-15.
  5. "M.Ə.Salmanovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında". 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-17.