Qaraqışlaq, Dostluq (1978), Hayanist (1991) — Qərbi Azərbaycanda (indiki Ermənistanda) kənd.[2]
Qaraqışlaq | |
---|---|
40°07′11″ şm. e. 44°22′39″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1831 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 850 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Toponim qədim türk dilində «böyük, geniş» mənasında işlənən qara sözü ilə[3], «qış vaxtı heyvandarların yaşadığı yer, yaşayış yeri» mənasında işlənən qışlaq sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.[2]
Qaraqışlaq İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 9 km məsafədə, Zəngi çayından axan arxın sağ sahilində, Qarnıgöz bulağının yanında yerləşir. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə[4], Qafqazın 5 verstlik xəritəsində[5] qeyd edilmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə adı dəyişdirilib Dostluq, Ermənistanın prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə yenidən dəyişdirilərək Hayanist qoyulmuşdur.[2]
Kənddə 1831-ci ildə 151 nəfər, 1873-cü ildə 735 nəfər, 1886-cı ildə 735 nəfər, 1897-ci ildə 1007 nəfər, 1904-cü ildə 832 nəfər, 1914-cü ildə 1123 nəfər, 1916-cı ildə 1052 nəfər azərbaycanlı yaşamışdır[6]. 1918-ci ildə kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 514 nəfər, 1926-cı ildə 753 nəfər, 1931-ci ildə 850 nəfər azərbaycanlı yaşamışdır[6]. 1988-ci ilin oktyabr-noyabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Hazırda kənddə ermənilər yaşayır.[2]
* Məmməd Salmanov--akademik