Məmmədrza Həsən oğlu Dadaşov (16 avqust 1909, Bico, Şamaxı qəzası – 16 iyun 1984, Bico, Ağsu rayonu) — Azərbaycan kənd təsərrüfatı nümayəndəsi, Sosialist Əməyi Qəhrəmanı.
Məmmədrza Dadaşov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 avqust 1909 |
Doğum yeri | |
Vəfat tarixi | 16 iyun 1984 (74 yaşında) |
Vəfat yeri | |
|
|
Təltifləri |
|
1909-cu ildə avqustun 16-da indiki Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndində doğulmuşdur. 1934–1976-cı illərdə müəllim, Şamaxı və Ağsu rayonlarının müxtəlif təsərrüfat idarələrində kollektiv rəhbəri işləmişdir. 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
Eyni ildə Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif edilmiş, eyni kənddən olan 6 nəfərdən biridir.
Fəaliyyəti dövründə Azərbaycan SSR Ali Sovetinə (6-cı çağırış) deputat seçilmiş, "Lenin", "Oktyabr inqlabi", "Qırmızı Əmək bayrağı" ordenləri ilə təltif olunmuşdur. 1978-ci ildən ömrünün sonuna kimi Bico kəndi XDS İcraiyə Komitəsinin sədri olmuşdur.
1984-cü il iyunun 16-da vəfat etmişdir.