Mərcimək (lat. Lens)[2] - paxlakimilər fəsiləsinə aid (paxlalılar fəsiləsindən birillik) bitki cinsi.[3] fars mənşəli olan mərcimək kəlməsi, bəzi türk dillərində yasmıq adlanır.
Mərcimək | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Mərcimək |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Proteinlə zəngin olan bitki növüdür. Vətəni həm Avropa, həm də Asiyadır. Hətta qədim Misir piramidalarında da mərciməyin qalıqları tapılmışdır. Yarpaqları yaşıl, çiçəkləri ağ, çəhrayı, bənövşəyidir. Toxumlarının ölçüsünə görə həm iritoxumlu, həm də xırdatoxumlu mərciməklər var. Ən çox məlum olan növləri qırmızı, sarı və yaşıl mərciməkdir.
Mərcimək ən çox Avropa, Asiya, Afrika ölkələrində yayılmışdır. İstisevən bitki olduğu üçün isti yerlərdə daha çox yetişir. İyun, iyul aylarında çiçək, avqust-sentyabr aylarında isə meyvə verir.
Mərcimək həm də dərman təsirli bir bitkidir. Xüsusən də menopoz simptonlarını yüngülləşdirir. Xərçəng xəstəliyinə qarşı qoruyucu təsir göstərir. Kalium səviyyəsi çox yüksəkdir. Bu özəlliyi təzyiqi aşağı salır və nizamlayır.
Mərcimək təkcə zülalla yox, nişasta ilə də zəngindir. Mərciməyin tərkibində 30%-ə qədər zülal, 60%-ə qədər nişasta mövcuddur. Mərciməyin tərkibində B1, B2, B9 vitaminləri, dəmir, kalsium, fosfor minerallari var. Daha maraqlı bir fakt isə budur ki, mərciməyin tərkibində olan zülal ətin tərkibində olan zülaldan daha çoxdur. Qədim dövrdə mərciməkdən dərman bitkisi kimi də istifadə edilmişdir.
Digər tərəfdən mərcimək qədim Romada mədə-bağırsaq dərmanı kimi işlədilmişdir. Qədim Romada mərcimək ən yaxşı sakitləşdirici dərman kimi də elmə məlum olmuşdur.[4]
Mərcimək lap qədimdən insanın qida rasionuna daxildir. Qədim Misirdə fironların, Qədim Yunanıstanda və Babilistanda imperatorların və sadə camaatın sevimli yeməklərindən biri də mərcimək idi. Orta əsrlərdə Rusiyada isə mərcimək əsas qida növü idi. Hətta mərci unundan çörək də bişirilirdi. Almaniya, Çin, Hindistan, Cənubi Amerika və Avstraliyada mərci indi də ən sevimli qida elementidir. Türkiyədə isə lap qədim zamanlardan milli xörəklərin əsas komponenti olmuşdur.[5]
Mərcimək antik dövrlərdən həm də dərman bitkisi kimi məşhurdur. Qədim loğmanlar deyərmişlər ki, qidası mərcimək olan insanlar ruhi tarazlıq əldə edirlər. Daha sonralar isə Avropa təbibləri mərcini Revalenta arabica adlı, çox xəstəliklərin əlacı olan dərmanın tərkibinə daxil etmişlər. Məlumdur ki, paxlalıların cücərdikdə onlarda C vitamini 600 dəfə artır. Mərcimək də bu xüsusiyyətə malikdir. Cücərdikdə eyni zamanda B1, B6, biotin, fol turşusu, kalium, maqnezium, dəmir, sink cəhətdən də zənginləşən mərcimək həm də güclü zülal mənbəyidir. Mərciməyin cücərmişləri orqanik dəmir mənbəyi olub qanda hemoqlobinin miqdarını artırır. Zəngin C vitamini mənbəyi olduğu üçün mərcimək qrip əleyhinə vasitə kimi istifadə olunur. Tərkibində böyük miqdarda kalium olması mərciməyi ateroskleroz və ürək ritminin pozulması zamanı faydalı edir. Mərciməyin cücərtilərini anemiyanın müxtəlif formaları, damarlarda qanaxması, uşaqlıqda qanaxmalar və qadınlarda kritik günlərdə həddən artıq qan itirmələr zamanı xörəklərdə istifadə etmək müsbət nəticələr verir. Onlar həmçinin ağciyər vərəmi və sidik-cinsiyyət sistemi xəstəliklərinin müalicəsində, bronxitlərin və pnevmaniyaların qarşısının alınmasında, angina və soyuqdəymələrdən sonra bərpaedici vasitə kimi istifadə olunur. Mərcimək maddələr mübadiləsini normallaşdırır və sinir sisteminin tam fəaliyyətini təmin edir, həzmi yaxşılaşdırır, ekzema və mədə xorasını müalicə edir. Mərciməyin cücərtiləri xüsusilə tez-tez viruslu xəstəliklərə, soyuqdəymələrə yoluxan uşaqlara və böyüklərə xeyirdir.
Mərciməyin müalicəvi əhəmiyyətini onun müxtəlif xalqların təbabətində geniş yer alması müəyyən edir. Misal üçün, Bolqar loğmanları mərci unundan hazırlanmış cövhər və qurudulmuş kartof çiçəkləri ilə bədxassəli şişləri müalicə edirlər.
Resept belədir: 1 xörək qaşığı mərci unu və 1 xörək qaşığı quru kartof çiçəkləri 0,5 l qaynar suda dəmlənilir, 3 saat istidə saxlanılır və gündə 3 dəfə yeməkdən 30 dəq əvvəl qəbul edilir. Bütöv müalicə kursuna 4 l cövhər tələb olunur.
Bütün bunlarla bərabər qeyd edək ki, mərciməkdə kobud sellüloz çoxdur, ona görə də xroniki enterit, kolit, pankreotit xəstələri onu xörəklərdə ehtiyatla istifadə etməlidirlər.
Faydaları:
Müqavimətin artması
İmmunitetin möhkəmlənməsi
Ürək-damar xəstəliklərinin müalicəsi
Mədə-bağırsaq xəstəliklərinin müalicəsi
Halsızlığın aradan qaldırılması
Mənfi enerjinin azalması
Qan azlığının aradan qaldırılması
Şəkərin miqdarının azalması
Xolesterolun miqdarının azalması
Böyrək daşlarının salınması
Aritmiyanın aradan qaldırılması
Hipertoniyanın aradan qaldırılması
Qaraciyər xəstəliklərinin müalicəsi
Qanın zərərli maddələrdən təmizlənməsi
Sümüklərin möhkəmlənməsi
Sinirlərin möhkəmlənməsi
Əzələ ağrılarının aradan qaldırılması
Babasil xəstəliklərinin müalicəsi
Bundan başqa mərcimək, antikanserogen və antioksidant xassələri ilə də məlumdur. [1]
"Quran"da mərcimək haqqında belə bir ifadə var:
"Ey Musa, biz tək növ yeməyə əsla dözə bilməyəcəyik, yetər artıq bizim üçün Rəbbinə dua et, bizə yetişdirdiyi şeylərdən; tərəvəzindən, sarımsağından, mərciməyindən və soğanından çıxarsın."[6]
— Bəqərə surəsi, 61
Mərcimək (cins):The Plant List saytında takson barədə məlumat. (ing.)
İkiləpəlilər haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |