Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzi

MARİƏM (CARICC) – Narkotik vasitələrin, psixotrop maddələrin və onların hazırlanması üçün xammalın qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzi (Central Asian Regional Information and Coordination Centre for Combating Illicit Trafficking of Narcotic Drugs, Psychotropic Substances and their Precursors)[1]

Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzi
CARİCC
ЦАРИКЦ
Центральноазиатский региональный информационный координационный центр
Central Asian Regional Information and Coordination Centre
Loqonun şəkli
Növü Beynəlxalq Təşkilat
Yaranma tarixi 22 mart 2009
Rəsmi dili Rus
İngilis
Mərkəzi Almatı, Qazaxıstan
Üzvləri
CARICC.Org

Əfqanıstandan yayılan narkotiklərin qarşısını almaq məqsədilə Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (BMT NCİ – UNODC)[2] Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, TürkmənistanÖzbəkistan ilə birlikdə MARİƏM-in yaradılması üzrə layihəni həyata keçirir.

Qazaxıstanın Almatı şəhərində yerləşən Mərkəzin məqsədləri narkotiklər sahəsində qeyri-qanuni əməllər üzrə məlumat mübadiləsinin təmin edilməsi və bu əməllərin qarşısını almağa yönələn birgə əməliyyatların təşkili və həyata keçirilməsinə yardım göstərməkdən ibarətdir.

Mərkəz üzv ölkələrdə narkotiklərlə mübarizə aparan və bu sahədə əməliyyat-axtarış fəaliyyətinin subyekti olan yəni, polis, milli təhlükəsizlik, gömrük, sərhəd xidməti orqanları ilə əməkdaşlıq edir.

Mərkəzin şəxsi heyəti yuxarıda qeyd olunan orqanların əməkdaşları sırasından açıq müsabiqə yolu ilə beynəlxalq komisiya tərəfindən müəyyən edilir. Bundan başqa hər bir üzv ölkə, habelə müşahidəçi statusuna malik olan digər ölkə və yaxud səlahiyyətli beynəlxalq təşkilat Mərkəzə səlahiyyətli nümayəndə (əlaqələndərici zabit) ezam etməklə əməliyyat məlumatının mübadiləsi və birgə əməliyyatların təşkilində güclü mexanizm qurmuş olurlar. Bu mexanizmi daha da gücləndirmək məqsədi ilə İnterpol[3], Avropol[4], Ümumdünya Gömrük Təşkilatı[5] və sair təşkilatlarla sıx əlaqələr qurulmaqdadır.

MARİƏM-in hüquqi bazasını "MARİƏM-in yaradılması haqqında Razılaşma" təşkil edir[6]. Həmin Razılaşma üzv ölkələrin prezidentləri tərəfindən imzalandıqdan və Azərbaycan, Qazaxıstan, Qırğızıstan, TacikistanTürkmənistanın ali qanunvericilik orqanları tərəfindən ratifikasiya edildikdən sonra 22 mart 2009-cu il tarixdə qüvvəyə minmişdir.[7]. Rusiya həmin razılaşmanı 9 mart 2011-ci il tarixində ratifikasiya etmişdir.

MARİƏM-in xüsusiyyətləri ondan ibarətdir ki, o, heç bir siyasi, hərbi, iqtisadi və yaxud hər hansi qurumdan asılı deyil, bütün əlaqədar orqanlarla (polis, milli təhlükəsizlik orqanları, gömrük, sərhəd xidməti) əməkdaşliq edir və onlara xidmət göstərir, narkotik vasitələrlə mübarizə sahəsində marağı olan hər bir ölkə MARİƏM-ə üzv ola bilər.

Hal-hazırda ABŞ, Almaniya, Avstriya, Böyük Britaniya, Çin, Əfqanıstan, Finlandiya, Fransa, İtaliya, Kanada, Pakistan, Rumıniya, Türkiyə, Ukrayna, İnterpol və SELEC Mərkəzi[8] MARİƏM-də müşahidəçi statusuna malikdirlər.

16 sentyabr 2009 il tarixdə Qazaxıstan Hökuməti ilə MARİƏM arasında Mərkəzin Almatı şəhərində yerləşməsi barədə razilaşma imzalanmışdır. Həmin sənəddə Mərkəzin və onun şəxsi heyətinin imtiyaz və diplomatik immunitetləri də müəyyən edilmişdir.

9 dekabr 2009-cu il tarixdə MARİƏM binasının rəsmi açılışı olmuşdur.

MARİƏM-ın yaradılması üzrə layihəni UNODC-nin Orta Asiya üzrə Regional Nümayəndəliyinin[9] Almatı ofisi həyata keçirir.

Bu layihənin əsas donorları – ABŞ, Böyük Britaniya, Çexiya, Finlandiya, Fransa, İtaliya, Yaponiya, Kanada, LüksemburqTürkiyədir.

  1. "MARİƏM-CARİCC-in rəsmi İnternet səhifəsi". 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-09-01.
  2. "UNODC-nin rəsmi saytı". 2014-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-09-01.
  3. "I.C.P.O. – İnterpolun rəsmi İnternet Saytı". 2019-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-01.
  4. "Avropolun rəsmi İnternet saytı". 2008-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-01.
  5. "WCO – Ümumdünya Gömrük Təşkilatının rəsmi İnternet saytı". 2009-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-01.
  6. "MARİƏM-in yaradılması haqqında Razılaşmanın mətni". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-09-01.
  7. "MARİƏM-in yaradılması haqqında Razılaşmanın qüvvəyə minməsi barədə məlumat" (PDF). 2022-03-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2009-09-01.
  8. "SELEC-in rəsmi İnternet Saytı". 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-03.
  9. "UNODC-nin Orta Asiya üzrə Regional Nümayəndəliyinin İnternet saytı". 2009-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-09-01.