Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi və ya qısaca MAU BM (ing. Central European University Business School və ya qısaca CEU BS)- menecerləri inkişaf etdirmək üçün qərb təhsili verən Mərkəzi və Şərqi Avropada ilk təhsil müəssisəsidir. Regionda iqtisadiyyatın dəyişməsini nəzərə alaraq fəaliyyətə başladığı vaxtdan qərb təhsil müəssisələrinə xas inkişaf standartlarını məqsəd seçib.[1] Biznes məktəbin rəsmiləri onu adətən MAU Biznes Məktəbi adlandırır.
MAU Biznes Məktəbi | |
---|---|
47°30′59″ şm. e. 19°02′11″ ş. u. | |
Əsası qoyulub | 1988 |
Tip | Özəl |
Rektor | Con Şatak (Mərkəzi Avropa Universiteti), dekan: Mel Horviç |
Şəhər | Budapeşt |
Ölkə | |
Ünvan | Frankel Leó út 30-34, 1023 Budapest, Hungary |
Sayt | business.ceu.hu |
MAU Biznes Məktəbinin əsası Beynəlxalq Menecment Mərkəzi (BMM) adı altında 1988-ci ildə əfsanəvi investor və filantrop Corc Soros və digər uzaqgörən liderlər tərəfindən qoyulub.[1] Biznes Məktəb o vaxtdan (onun Beynəlxalq Menecment Mərkəzi (BMM) kimi yaradılmasından) bu yana üç təkamül mərhələsi keçib:
MAU Biznes Məktəbinin liderləri inanır ki, dünyada sürətlə dəyişən şəraiti idarəetməyə bacaran menecerlərə ehtiyac var və onların fəaliyyətləri biznes, ictimai və təbii şəraitə əhəmiyyətli dərəcədə təsir edə bilər. Buna görə də bu biznes məktəbin missiyası inkişaf edərək daha qlobal missiyaya çevrildi və inkişaf etməkdə olan iqtisadiyyatlara fokuslandı. Ona görə ki, bu cür iqtisadi sistemlər dünyanın gələcəyinə təsir etmək imkanına malik olan yeni menecerlər tələb edir.[1] Təsadüfi deyil ki, bu biznes məktəbin məzunları dünyanın aparıcı şirkətlərində, beynəlxalq təşkilatlarda, dövlət qurumlarında, yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarında nüfuzlu vəzifələrdə çalışırlar.[2]
2011-ci ildən etibarən bu biznes məktəbin hər tələbəsinə düşən məbləğ Oksford və Kembricdəkindən 3 dəfə daha çoxdur. Universitetin proqramları unikal olaraq məhz günün dəyişikliklərini öyrənməyə yönəlib və subsidiyalaşdırılmış aşağı təhsil haqları təklif edir. Təhsil haqlarının aşağı olmasına baxmayaraq QHT-lərdə çalışmış şəxslərə və Mərkəzi Avropa Universitetinin dərəcə proqramlarından birini bitirmiş şəxslərə güzəştlər edilir, qəbul prosesi zamanı seçilmiş bir neçə namizədlər təhsil haqqından tamamilə azad edilir və onlara xərclərini qarşılamaq üçün aylıq təqaüd verilir.[3]
Mərkəzi Avropa Universiteti (MAU) Amerikan universiteti kimi akkreditasiyadan keçib və Qəyyumlar Şurası tərəfindən idarə olunur. MAU Biznes Məktəbi təhsil müəssisəsi kimi Macarıstanda Ali Təhsil Akkreditasiya Orqanı tərəfindən də qeydiyyatdan keçib. İnstitusional və proqram akkreditasiyası sənədləri baxımından Mərkəzi Avropa Universiteti ali təhsil müəssisəsi kimi Macarıstanda fəaliyyət göstərir (Ali Təhsil Qeydiyyat Nömrəsi: 00871-2010, İnstitusional Akkreditasiya Nömrəsi ALF-051).
MAU Biznes Məktəbinin MBA proqramları dünyada 3 beynəlxalq səviyyədə tanınmış MBA/Biznes Məktəbi akkreditasiya agentliklərindən biri olan MBA-lar Assosiasiyası (ing. Association of MBAs və ya qısaca AMBA) tərəfindən akkreditasiya olunub.[1]
MAU BM hazırda menecment üzrə üç dərəcə proqramı təklif edir. Onlardan ikisi MBA (əyani və ya qiyabi olmaqla) dərəcəsi, biri isə Beynəlxalq İcraedici MBA (ing. International Executive MBA) dərəcəsi verir.[4]
Bu proqram hər il martda başlayır, öz tamştatlı işlərini saxlamaq istəyən təcrübəli mütəxəssislər üçün nəzərdə tutulub. Proqram beş ədəd iki həftəlik sessiyalardan ibarətdir. Proqram biznes problemlərin həllində analitik yanaşmanı inkişaf etdirir ki, bu da menecerlərə karyeralarını inkişaf etdirməyə kömək edir. Bu proqram "Financial Times 2010 EMBA" reytinqində dünyada "Beynəlxalq Kurs Təcrübəsi" üzrə 1-ci, "Karyera İnkişafı" üzrə 2-ci yerə layiq görülüb.[6]
Mərkəzi Avropa Universitetinin kitabxanası Şərqi Avropada sosial və humanitar elmlər sahəsində rəqəmsal və qeyri-rəqəmsal kolleksiyalara malik ən böyük ingilis dilli kitabxanalardandır. Kitabxanada 255 000-dən çox müxtəlif formatda sənədlər və əksər akademik məcmuələrə daxil olma imkanları var.[9]
İlk iki MBA dərəcəsinə (bir illik əyani və qiyabi icraedici) qəbul qaydaları oxşardır. MAU Biznes Məktəbinə sənəd verən namizədlərə verilən tələblər[10]:
İstisnalar:
Menecment üzrə Beynəlxalq Magistr İcraedici MBA (ing. International Master's in Management Executive MBA) proqramına[5] qəbul isə fərqli formada aparılır. Əsas tələblər bunlardır[12]:
Praktikada adətən bu xüsusiyyətlərə malik şəxslər proqrama qəbul ola bilirlər:
GMAT vacib meyar deyil, əhəmiyyətli iş təcrübəsi və ya əvvəlki təhsil GMAT imtahanından azad etmə ilə nəticələnə bilər. Buna baxmayaraq GMAT testi vermək tövsiyə olunur, çünki əla GMAT göstəricisi namizədin proqrama seçilmə şansını artırır. Daha əvvəl GRE (Graduate Record Examination) və ya LSAT (Law School Admission Test) imtahanı verənlər həmin testlər üzrə ballarını GMAT-la əvəzləyə bilərlər. Eləcə də bakalavrdan sonra dərəcə oxumuş şəxslərdən GMAT tələb olunmur.