"Məzəli sima" (ing. Funny Face) — rejissor Stenli Donenin filmi.
Məzəli sima | |
---|---|
ing. Funny Face | |
Janr |
komediya musiqili melodram |
Əsas mövzu | dəb |
Rejissor | Stenli Donen |
Prodüser | Rocer İdens |
Ssenari müəllifi | Leonard Qerş |
Baş rollarda |
Odri Hepbern Fred Aster |
Operator | Rey Cun |
Bəstəkarlar |
Adolf Doyç Corc Gerşvin |
Quruluşçu rəssam | Hel Pereyra[d] |
İstehsalçı | Paramount Pictures |
Distribütor | Paramount Pictures, Netflix |
İlk baxış tarixi | 1957, 13 fevral 1957 |
Filmin digər adı | Şən sima |
Filmin növü | bədii film |
Müddət | 103 dəqiqə[1] |
Büdcə | 3 milyon $ |
Gəlir | 2,5 milyon $[2] |
Ölkə | ABŞ |
Dillər | ingilis dili, fransız dili |
İl | 1957 |
Rəng | rəngli |
Çəkiliş yeri | Los-Anceles |
IMDb | ID0050419 |
Vikianbarda əlaqəli mediafayllar |
"Quality" qadın jurnalının redaktoru Meqqi Preskott və onun bir nömrəli fotoqrafı Dik Eyvern jurnalın üz qabığı üçün yeni sima axtarırlar. Elə bir sima ki, bütün moda dünyasını alt-üst eləsin. Onlar qadını təkcə gözəl kimi yox, həm də intellektual kimi göstərmək istəyirlər. Bunun üçün jurnalın heyəti kiçik kitab mağazasına gedir və fotoları orada çəkməyə başlayırlar. Orada satıcı Coya rast gələn Dik başa düşür ki, onun çox şən və məzəli siması var. Gələcəyin gözəllik etalonu. Co isə kitab mağazasına icazəsiz soxulanları əvvəl dəli hesab edir, lakin sonra onların Parisə çəkilişə getmək təkliflərinə razılaşdı. Getməyinə əsas səbəb isə onun kumiri professor Flosterin orada mühazirələr təşkil etməsidir. Kampaniya Parisə yollanır, amma onlar orada işləməyin necə çətin olduğunu yaddan çıxarırlar. Axı ora sevgililər şəhəridir…